Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə92/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   88   89   90   91   92   93   94   95   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

298


Qadınlarla  ünsiyyət  zamanı  yarana  biləcək  mümkün  fitnə-

fəsadı  aradan  qaldırmada  (həm  də  gözü  haramdan  qorumada  

–  bu  haqda  Abdullah  ibn  Məsudun  rəvayət  etdiyi  hədisdə  

danışılıb)  evliliyin  rolunu  başa  düşmək  üçün  aşağıdakı  hədisə  

nəzər  salaq:

Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitmişəm:  “Bir  qadından  xoşunuz  gəlib  ona  meylini  salsanız,  

dərhal  zövcənizin  yanına  gedib  onunla  münasibətdə  olun.  Çün-

ki  bu,  nəfsinizdəki  şeyi  öldürür”

1

.



Üçüncü amil. Həddi-buluğa çatmışların 

ciddi nəzarət altında müəyyən dərəcədə 

ünsiyyətini asanlaşdırmaq və sosial 

həyatda iştirakını təmin etmək

Abdullah  ibn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Fəzli  


miniyinin  təkinə  mindirmişdi.  Bu  əsnada  Xəs`əm  qəbiləsindən  

bir  qadın  gəldi.  Fəzl  ona,  o  da  Fəzlə  baxmağa  başladı.  Peyğəm-

bər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Fəzlin  üzünü  başqa  səmtə  

çevirdi”

2

.  



Bu  hədisin  Əli  ibn  əbu  Talibə  

(Allah  ondan  razı  qalsın!)

  istinadla  

Təbəri  tərəfindən  rəvayət  edilmiş  versiyasında  deyilir:

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

299


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Azyaşlı  

oğlan  və  azyaşlı  cariyə  gördüm.  Qorxdum  ki,  aralarına  şeytan  

girər”


1

.

Digər  versiyada  oxuyuruq:



“Gənc  oğlan  və  gənc  qız  gördüm.  Aralarına  şeytanın  girmə-

məyindən  əmin  deyildim”

2

.

Rəvayət  olunur  ki,  Ümmi-Ətiyyə  



(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:  

“Bayram  günləri  bizə  (namazgaha,  məscidə)  getmək  əmr  

olunmuşdu.  Biz  də  bakirə  qızları  evlərindəki  pərdənin

3

  arxasın-



dan  çıxarıb  (bayram  namazına  aparırdıq)”

4

.  



Hədisin  başqa  versiyasında  deyilir:  

“Peyğəmbərimiz  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əmr  etdi  ki,  

(bayram  günləri)  evlilik  yaşına  çatan,  evdə  pərdə  arxasında  əy-

ləşən  qızları  (namazgaha)  çıxaraq”

5

.

Abdullah  ibn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Məkkənin  fəthi  günü)  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

ətrafına  çoxlu  adam  toplaşmışdı.  Onlar:  “Bu  Məhəm-

məddir!  Bu  Məhəmməddir!”  –  deyə  səslənirdilər.  Gənc  qızlar  

da  evlərindən  çölə  çıxmışdılar”

6

.

Sərəxsinin  “əl-Məbsut”  kitabında  deyilir:



“...Cariyə  həddi-buluğa  çatdığında  evlənməlidir  (O  dövrün  

adəti  belə  idi).  ...Fitnə-fəsad  onu  hədəf  alır  və  o,  kişilərin  ar-

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  IV  cild,  səh.  439.



2

 Yenə  orada.  

3

 Evə  yad  şəxs  gəldikdə  arxasında  bakirə  qızların  oturduğu  pərdə



4

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

5

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.



6

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

300


zusuna  çevrilir...  Bakirə  qız  yetkinlik  yaşına  qədəm  basdıqda  

düşüncə  və  mühakimə  bacarığı  formalaşır...  Qardaşı  və  əmisi  

onun  (gənc  qızın)  fitnə-fəsada  düşməməyindən  əmin  deyillər.  

Elə  isə  o,  (iff ətinə  təhlükənin  gəlməyəcəyindən)  əmin  olduğu  

yerdə  yaşamalıdır.  (Qardaş  və  əmi  ilə)  birlikdə  yaşamaq  ona  

görədir  ki,  aldadılma  və  ehtirasa  düşmə  səbəbindən  fitnə-fəsad  

qorxusu  vardır.  Bakirə  qız  yetkinlik  yaşına  çatıb  düşüncə  və  

mühakimə  bacarığı  formalaşdıqda  bu  (qorxu)  yox  olur”

1

.

Yetkinlik  yaşında  ünsiyyət  imkanlarının  məhdudlaşdırılması  



bunun  biryolluq  qadağan  edilməsi  demək  deyildir.  Belə  məh-

dudlaşdırma  həm  hədd-hüdud  qoymağı,  həm  də  nəzarətdə  

saxlamağı  ifadə  edir.  Ailədaxili  nəzarət  –  valideynlərin,  bəzi  

qohumların  iştirakı  ilə  baş  verir.  Ailədənkənar  nəzarət  isə  

gənclərin  ehtiram  bəslədikləri,  həm  də  çəkindikləri  şəxslərin  

iştirakı  ilədir.  

Belə  ünsiyyət  gənclərə  müsbət  təsir  göstərir,  onlara  nəfslərini  

nəzarətdə  saxlamağa  kömək  edir,  gələcəkdə  ciddi  görüşmələrə  

şərait  yaradır.  Ciddi  mühitlərdə,  ləyaqətin  hökm  sürdüyü  ailə  

abı-havasında  gənclərin  bir-birini  görməsi  yersiz  utancaqlığı  

aradan  qaldırır.  Təbii  abır-həya  hissi,  utancaqlıq  şəhvətə  qalib  

gəlir  –  bu,  ağıllı  və  dürüst  insanlara  xasdır.  “Xəstə”  –  qəlbində  

mərəz  olanlar  isə  iff ətli  mühitlərdə  də  şəhvətlərinə  qalib  gələ  

bilməzlər.  

1

 əs-Sərəxsi.  əl-Məbsut,  səh.  208,  213.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə