Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə104/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   100   101   102   103   104   105   106   107   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

338


İsmayıl  onu  boşadıqdan  sonra  başqa  bir  qızla  evləndi.  Bir  

müddət  keçdikdən  sonra  İbrahim  yenə  oğluna  baş  çəkməyə  

gəldi,  lakin  onu  evdə  tapmadı.  İbrahim  evə  daxil  oldu  və  İsma-

yılı  zövcəsindən  xəbər  aldı.  Qadın  dedi:  “Gedib  ki,  bizim  üçün  

yeməyə  bir  şey  gətirsin.”  Sonra  o,  qadından  onların  yaşayış  

tərzi  və  dolanışıqları  haqda  soruşdu.  Qadın:  “Vəziyyətimiz  çox  

yaxşıdır,  hər  şeyimiz  var!”  –  deyib  Allaha  şükür  etdi.  İbrahim:  

“Nə  yeyirsiniz?”  –  deyə  soruşdu.  Qadın:  “Ət  (yeyirik)”,  –  deyə  

cavab  verdi.  İbrahim:  “Nə  içirsiniz?”  –  deyə  soruşdu.  Qadın:  

“Su  (içirik)”,  –  deyə  cavab  verdi.  İbrahim  dua  edib  dedi:  “Alla-

hım,  bunların  yediyi  ətə  və  içdikləri  suya  bərəkət  ver!”  

Peyğəmbər  demişdir:  “O  vaxt  onlarda  buğda  yox  idi.  Əgər  

yedikləri  buğda  olsaydı,  İbrahim  bunun  üçün  də  Allahdan  xe-

yir-bərəkət  diləyərdi.”

(İbn  Abbas  sözünə  davam  edir:)  “...İbrahim  dedi:  “Ərin  evə  

gəldikdə  salamımı  ona  çatdır  və  de  ki,  evinin  kandarını  qo-

rusun.”  İsmayıl  evə  qayıtdıqda  zövcəsindən:  “Bizə  gələn  olub-

mu?”  –  deyə  soruşdu.  Qadın  dedi:  “Bəli,  üzündən  xeyirxahlıq  

yağan  ixtiyar  bir  qoca  gəlmişdi.”  Qadın  onu  tərifl ədikdən  sonra  

dedi:  “O,  məndən  səni  soruşdu,  mən  də  ona  sənin  haqqında  

xəbər  verdim.  Sonra  o,  dolanışığımız  barədə  soruşdu,  mən  də  

ona  vəziyyətimizin  çox  yaxşı  olduğunu  söylədim.”  İsmayıl  so-

ruşdu:  “O,  sənə  bir  şey  tövsiyə  etdimi?”  Qadın  dedi:  “Bəli,  o  

mənə  dedi  ki,  salamını  sənə  çatdırım,  həm  də  deyim  ki,  evinin  

kandarını  qoruyasan.”  İsmayıl  dedi:  “O  gələn  mənim  atam  idi.  

Evimizin  kandarı  isə  sənsən.  O,  mənə  səndən  bərk  yapışmağı  

tövsiyə  edir”

1

.



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Üçüncü fəsil. Peyğəmbərlərin dövründə qadınların sosial həyatda...

339


Qonaqlıq zamanı

Allah  Təala  buyurur:

“Həqiqətən,  elçilərimiz  (mələklər)  İbrahimə  müjdə  (İshaqın  

anadan  olacağı  xəbərini)  gətirib:  “Salam!”  –  dedilər.  (İbrahim  

də:  )  “Salam!”  –  deyə  cavab  verdi  və  dərhal  (gedib  onlara)  

qızarmış  bir  buzov  gətirdi.

(İbrahim  qonaqların)  əllərinin  yeməyə  uzanmadıqlarını  gör-

dükdə  onların  bu  hərəkəti  xoşuna  gəlmədi  və  qorxuya  düşdü.  

Onlar  dedilər:  “Qorxma  (biz  Allahın  mələkləriyik),  biz  Lut  

tayfasına  (onu  məhv  etmək  üçün)  göndərilmişik!”

(İbrahimin)  arvadı  (Sara  pərdə  arxasında)  durmuşdu  (və  ya  

qonaqlara  qulluq  edirdi).  O  (bu  sözləri  eşidib  Lut  tayfasının  

başına  gələcək  müsibətdən  qafil  olduğuna  sevinərək  və  ya  qoca  

yaşında  oğlu  olacağına  təəccüblənərək)  güldü.  Bundan  sonra  

Biz  onu  İshaqla,  İshaqın  da  ardınca  Yəqubla  (İshaqın,  ondan  

sonra  Yəqubun  dünyaya  gələcəyi  ilə)  müjdələdik.

(İbrahimin  arvadı)  dedi:  “Vay  halıma!  Mən  qoca  bir  qarı,  

bu  ərim  də  ixtiyar  bir  kişi  olduğu  halda,  mən  necə  doğa  bi-

lərəm?!  Bu  çox  təəccüblü  bir  şeydir!”

(Mələklər  ona)  dedilər:  “Allahın  əmrinə  (əmr  etdiyi  bir  şeyə)  

təəccübmü  edirsən?  Ey  ev  əhli!  Allahın  bərəkəti  və  mərhəməti  

üstünüzdə  olsun.  Allah  tərifl ənib  şükür  olunmağa,  öyünüb  

mədh  edilməyə  layiqdir!”  (Allahın  bütün  işləri  bəyənilmişdir.  

O,  tükənməz  və  əvəzsiz  nemət,  ehsan  və  kərəm  sahibidir!)”  

(Hud,  69-73).  

“Cəlaleyn”  təfsirində  deyilir:  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

340


“...arvadı”,  yəni  İbrahimin  arvadı  onlara  qulluq  edirdi.  On-

ların  (Lut  tayfasının)  məhv  olacağından  sevinərək  gülmüş-

dü”.  Təbəri  və  Qurtubi  də  bir  rəvayətdə  bu  məzmunda  şərh  

vermişlər”.

Buxarinin  rəvayət  etdiyi  “Ey  Aişə!  Bu  Cəbrayıldır,  sənə  sa-

lam  söyləyir”  hədisi  də  “Kişilərin  qadınlara  salam  verməsi”  

başlığı  altında  göstərilmişdir.  

Mələkləri  kişi  cinsində  varlıq  hesab  etməyənlərə  İbn  Həcərin  

cavabı  bu  olmuşdur  ki,  Cəbrayıl  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanına  kişi  şəklində  gəlirmiş

1

.  


1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  271.




Dördüncü fəsil

HİCAB ƏMRİNDƏN ƏVVƏL VƏ SONRA 

PEYĞƏMBƏR XANIMLARININ 

KİŞİLƏRLƏ ÜNSİYYƏTİ      

Möminlərin  zövcələrində  olduğu  kimi  Peyğəmbərin  xanım-

ları  da  hicab  əmri  gəlmədən  əvvəl  sosial  həyatda  iştirak  edir,  

ümumi  və  xüsusi  vəziyyətlərdə  kişilərlə  ünsiyyətdə  olurdular.  

Bəzi  misallar  gətirək:

Bilik öyrənərkən

Rəvayət  olunur  ki,  Möminlərin  anası  Həzrəti  Aişə  



(Allah  ondan  

razı  qalsın!)  

demişdir:  

“Allahın  elçisinə  ilk  vəhyin  gəlməsi  gözəl  yuxularla  olmuşdu.  

Onun  gördüyü  elə  yuxu  yox  idi  ki,  sübh  aydınlığı  kimi  gerçək  

olmasın.  Sonra  onun  qəlbinə  tənhalığa  çəkilmək  meyli  salındı.  

Peyğəmbər  Hira  mağarasında  xəlvətə  çəkilib,  ailəsinin  yanına  

qayıdanadək  bir  neçə  gecə  orada  ibadət  edərdi.  Özü  ilə  azuqə  

götürərdi.  Sonra  Xədicənin  yanına  qayıdar,  azuqəsini  tədarük  

görərdi.  Nəhayət,  Peyğəmbər  Hira  mağarasında  olarkən  ona  

haqq  nazil  oldu.  Mələk  onun  yanına  gəlib:  “Oxu!”  –  dedi.  O  isə:  

“Mən  oxumağı  bacarmıram!”  –  deyə  cavab  verdi.  (Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:)  “O  zaman  mələk  məni  tu-

tub  taqətim  kəsilənədək  sıxdı,  sonra  da  buraxıb:  “Oxu!”  –  dedi.  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə