İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
338
İsmayıl onu boşadıqdan sonra başqa bir qızla evləndi. Bir
müddət keçdikdən sonra İbrahim yenə oğluna baş çəkməyə
gəldi, lakin onu evdə tapmadı. İbrahim evə daxil oldu və İsma-
yılı zövcəsindən xəbər aldı. Qadın dedi: “Gedib ki, bizim üçün
yeməyə bir şey gətirsin.” Sonra o, qadından onların yaşayış
tərzi və dolanışıqları haqda soruşdu. Qadın: “Vəziyyətimiz çox
yaxşıdır, hər şeyimiz var!” – deyib Allaha şükür etdi. İbrahim:
“Nə yeyirsiniz?” – deyə soruşdu. Qadın: “Ət (yeyirik)”, – deyə
cavab verdi. İbrahim: “Nə içirsiniz?” – deyə soruşdu. Qadın:
“Su (içirik)”, – deyə cavab verdi. İbrahim dua edib dedi: “Alla-
hım, bunların yediyi ətə və içdikləri suya bərəkət ver!”
Peyğəmbər demişdir: “O vaxt onlarda buğda yox idi. Əgər
yedikləri buğda olsaydı, İbrahim bunun üçün də Allahdan xe-
yir-bərəkət diləyərdi.”
(İbn Abbas sözünə davam edir:) “...İbrahim dedi: “Ərin evə
gəldikdə salamımı ona çatdır və de ki, evinin kandarını qo-
rusun.” İsmayıl evə qayıtdıqda zövcəsindən: “Bizə gələn olub-
mu?” – deyə soruşdu. Qadın dedi: “Bəli, üzündən xeyirxahlıq
yağan ixtiyar bir qoca gəlmişdi.” Qadın onu tərifl ədikdən sonra
dedi: “O, məndən səni soruşdu, mən də ona sənin haqqında
xəbər verdim. Sonra o, dolanışığımız barədə soruşdu, mən də
ona vəziyyətimizin çox yaxşı olduğunu söylədim.” İsmayıl so-
ruşdu: “O, sənə bir şey tövsiyə etdimi?” Qadın dedi: “Bəli, o
mənə dedi ki, salamını sənə çatdırım, həm də deyim ki, evinin
kandarını qoruyasan.” İsmayıl dedi: “O gələn mənim atam idi.
Evimizin kandarı isə sənsən. O, mənə səndən bərk yapışmağı
tövsiyə edir”
1
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
Üçüncü fəsil. Peyğəmbərlərin dövründə qadınların sosial həyatda...
339
Qonaqlıq zamanı
Allah Təala buyurur:
“Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın
anadan olacağı xəbərini) gətirib: “Salam!” – dedilər. (İbrahim
də: ) “Salam!” – deyə cavab verdi və dərhal (gedib onlara)
qızarmış bir buzov gətirdi.
(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gör-
dükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü.
Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut
tayfasına (onu məhv etmək üçün) göndərilmişik!”
(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya
qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının
başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca
yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra
Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan
sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik.
(İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı,
bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bi-
lərəm?! Bu çox təəccüblü bir şeydir!”
(Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə)
təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti
üstünüzdə olsun. Allah tərifl ənib şükür olunmağa, öyünüb
mədh edilməyə layiqdir!” (Allahın bütün işləri bəyənilmişdir.
O, tükənməz və əvəzsiz nemət, ehsan və kərəm sahibidir!)”
(Hud, 69-73).
“Cəlaleyn” təfsirində deyilir:
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
340
“...arvadı”, yəni İbrahimin arvadı onlara qulluq edirdi. On-
ların (Lut tayfasının) məhv olacağından sevinərək gülmüş-
dü”. Təbəri və Qurtubi də bir rəvayətdə bu məzmunda şərh
vermişlər”.
Buxarinin rəvayət etdiyi “Ey Aişə! Bu Cəbrayıldır, sənə sa-
lam söyləyir” hədisi də “Kişilərin qadınlara salam verməsi”
başlığı altında göstərilmişdir.
Mələkləri kişi cinsində varlıq hesab etməyənlərə İbn Həcərin
cavabı bu olmuşdur ki, Cəbrayıl Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yanına kişi şəklində gəlirmiş
1
.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XIII cild, səh. 271.
Dördüncü fəsil
HİCAB ƏMRİNDƏN ƏVVƏL VƏ SONRA
PEYĞƏMBƏR XANIMLARININ
KİŞİLƏRLƏ ÜNSİYYƏTİ
Möminlərin zövcələrində olduğu kimi Peyğəmbərin xanım-
ları da hicab əmri gəlmədən əvvəl sosial həyatda iştirak edir,
ümumi və xüsusi vəziyyətlərdə kişilərlə ünsiyyətdə olurdular.
Bəzi misallar gətirək:
Bilik öyrənərkən
Rəvayət olunur ki, Möminlərin anası Həzrəti Aişə
(Allah ondan
razı qalsın!)
demişdir:
“Allahın elçisinə ilk vəhyin gəlməsi gözəl yuxularla olmuşdu.
Onun gördüyü elə yuxu yox idi ki, sübh aydınlığı kimi gerçək
olmasın. Sonra onun qəlbinə tənhalığa çəkilmək meyli salındı.
Peyğəmbər Hira mağarasında xəlvətə çəkilib, ailəsinin yanına
qayıdanadək bir neçə gecə orada ibadət edərdi. Özü ilə azuqə
götürərdi. Sonra Xədicənin yanına qayıdar, azuqəsini tədarük
görərdi. Nəhayət, Peyğəmbər Hira mağarasında olarkən ona
haqq nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!” – dedi. O isə:
“Mən oxumağı bacarmıram!” – deyə cavab verdi. (Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:) “O zaman mələk məni tu-
tub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!” – dedi.
Dostları ilə paylaş: |