Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə2/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   2   3   4   5   6   7   8   9   ...   158

Tərcüməçinin ön sözü

6

Amma  Quranda  bildirilir  ki,  kök  birliyi  onların  eyniyyətindən  



xəbər  vermir  (Quran,  III/36).  

Kişi  ilə  qadın,  təbii  ki,  eyni  ola  bilməzlər.  Bu  eyniyyətsizlik  

onların  arasındakı  fiziki  və  psixoloji  fərqlərlə  əlaqəəlidir.  Qu-

rani-Kərim  və  Sünnədə  qadın  və  kişilərin  hüquq  və  vəzifələri  

təsis  edilərkən  bu  fiziki  və  psixoloji  fərqlər  nəzərə  alınmışdır.  

Ayə  və  hədisləri  diqqətlə  nəzərdən  keçirdikdə  görürük  ki,  ox-

şar  bacarıq  və  xüsusiyyətlər  tələb  edən  mövzularda  qadın  və  

kişilərin  hüquq  və  vəzifələri  eynidir.  Lakin  fərqli  bacarıq  və  

xarakteri  zəruri  edən  məsələlərdə  həmin  hüquq  və  vəzifələr  

bir-birindən  fərqləndirilir.  

İslama  görə,  kişi  ilə  qadının  eyniyyəti  mümkün  olmadığı  

kimi,  aralarında  ayrı-seçkiliyə  yol  vermək  də  qəbuledilməzdir.  

Ayələrdə  deyilir  ki,  hər  iki  tərəf  qazandıqlarına  uyğun  olaraq  

bir-birindən  üstün  ola  bilərlər.  Qurani-Kərimdə  oxuyuruq:  “Al-

lahın  (maddi,  yaxud  mənəvi  cəhətdən)  birinizi  digərindən  üs-

tün  tutduğu  (birinizə  digərinizdən  artıq  verdiyi)  şeyi  (özünüzə)  

arzulamayın.  Kişilərin  öz  qazandıqlarından  öz  payı,  qadınların  

da  öz  qazandıqlarından  öz  payı  vardır.  (Dilədiyiniz  şeyi)  Alla-

hın  lütfündən  (mərhəmətindən)  istəyin!  Şübhəsiz  ki,  Allah  hər  

şeyi  (olduğu  kimi)  biləndir”  (ən-Nisa,  32).  

İslam  dini  qadınlara  lazımi  hüquq  və  vəzifələri  versə  də,  

sonrakı  dövrlərdə  onlar  sosial-mədəni  maarifl əndirmə  işindən  

kənarda  qalmışlar.  XX  əsrin  ortalarınadək  Müsəlman  ölkələrində  

müsəlman  qadınlar  arasında  maarifl əndirmə  işinin  müxtəlif  sa-

hələri  üzrə  təşkilatlanma  faktına  nadir  hallarda  rast  gəlmək  

mümkündür.  Düzdür,  SSRİ-yə  daxil  olan  müsəlman-türk  əhalili  

respublikalar  və  Türkiyə  bundan  istisnadır.  



Tərcüməçinin ön sözü

7

Erkən  islam  dövründən  fərqli  olaraq,  sonrakı  əsrlərdə  müsəl-



man  qadını  cəmiyyətin  sosial-mədəni  maarifl əndirilməsi  işindən  

təcrid  edilmiş,  heç  bir  islahatçı  hərəkatlarda  iştirakına  imkan  

verilməmişdir.  Suriyalı  mütəfəkkir,  ədib  və  jurnalist  Ömər  

Übeyd  Həsənə  (1935)  yazır:  “İslam  hərəkat  və  müəssisələrinin  

yol  verdiyi  ciddi  səhvlərdən  biri  budur  ki,  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  Raşidi  xəlifələrinin  dövründə  qa-

dınlara  verilmiş  hüquqlar  sonralar  inkişaf  etdirilməyib;  islam  

fəaliyyəti  təsisatlarında  qadınlara  lazımi  mövqe  tutmaq  imkanı  

yaradılmayıb.  Qadınlar  islam  islahatçılığı  işində  kənar  və  alt  

haşiyələrlə  məhdudlaşdırılmışlar...”.  

XX  əsrin  görkəmli  islam  maarifçisi  və  mütəfəkkiri  Yusif  

əl-Qərdavi  (1926)  də  sosial  islahatçılıq  sahəsində  qadınlara  

laqeyd  münasibətdən  və  bu  istiqamətdə  təqdirəlayiq  addım-

ların  atılmamağından  şikayətlənir:  “Etiraf  etməliyik  ki,  cə-

miyyətdə  qadınların  fəaliyyəti  tələb  olunan  səviyyədə  deyildir.  

Əslində,  maarifl əndirmə  işi  qadınlar,  xüsusilə  orta  və  ali  təhsil  

müəssisələrinin  şagird  və  tələbə  qızları  arasında  aparılmalıdır...”.

Əlcəzairli  mütəfəkkir,  böyük  alim  İbn  Badisin  (1889-1940)  

dedikləri  də  maraq  doğurur:  “Bu  ümmət  qadın  və  kişilər-

dən  ibarət  “qanad”lara  sahib  olmadıqca  pərvazlanıb  uça  bil-

məyəcəkdir”.  

Qadınlara  olan  ənənəvi  baxışa  rəğmən  ərəb-islam  ölkə-

lərində  başa  düşürdülər  ki,  cəmiyyətin  maarifl əndirilib  is-

lah  edilməsində  onların  rolunu  danmaq  mümkün  deyildir.  

Odur  ki  yaradılmış  bəzi  islahatçı-maarifl əndirici  təşkilat  və  

müəssisələrdə  “Qadın  fəaliyyəti”  şöbələri  açılmışdı.  Məsələn,  

Misirdəki  “Müsəlman  qardaşlar”  təşkilatının  bölmələrindən  



Tərcüməçinin ön sözü

8

biri  “Müsəlman  bacılar”  adlanırdı



1

.  Bölməyə  qadınlar  rəhbərlik  

edirdilər,  əsas  vəzifələri  həmcinsləri  arasında  maarifl əndirmə  işi-

nin  aparılması  idi.  Bu  bölmənin  ən  fədakar  qadın  üzvlərindən  

Zeynəb  əl-Qəzalini  (1919-2005)  misal  göstərə  bilərik.  

“Müsəlman  qardaşlar”  təşkilatının  banisi  Həsən  əl-Bənna  

(1906-1949)  da  cəmiyyətdə  qadınların  rolunu  yüksək  qiymət-

ləndirərək,  onların  təhsil  almağına  böyük  əhəmiyyət  verirdi.  O,  

gənclərə  ünvanladığı  traktatların  birində  yazmışdı:  “Biz  həqiqi  

müsəlman  fərdə,  ...müsəlman  ailəsinə  sahib  olmaq  istəyirik;  

...biz  düşüncəsində,  əqidəsində,  əxlaqında,  vicdanında,  işi  və  

davranışında  həqiqi  müsəlman  ailəsinin  arzusundayıq.  Elə  isə  

buna  nail  olmaq  üçün  qadınlara  kişilərə  olduğu  kimi  diqqət  

yetirməli,  onların  qayğısına  qalmalıyıq”.  

Ümumiyyətlə,  digər  müsəlman  ölkələri  ilə  müqayisədə  Mi-

sirdə  qadınların  ictimai-mədəni  fəaliyyəti  daha  erkən  başlan-

mışdı.  Artıq  1919-cu  ildə  ingilis  müstəmləkəçiliyinə  qarşı  

Qahirədə  qadınların  mitinqi  baş  vermişdi.  1924-cü  ildə  isə  

Misir  Feministlər  İtt ifaqı  yaradılmışdı.  Amma  qeyd  edilməlidir  

ki,  Misirdə  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  qurulmuş  

qadın  cəmiyyətləri  daha  çox  sekulyar  (dünyəvi)  xarakter  daşı-

yırdı.  Odur  ki  bu  cəmiyyətlər  Misir  qadınları  arasında  o  qədər  

də  nüfuz  qazanmamış,  onlarla  sıx  əlaqə  yarada  bilməmişdi.  

Lakin  sonralar  Fələstin  və  Əlcəzairdəki  siyasi  hadisələr  zamanı  

müsəlman  qadınlar  daha  çox  fəallıq  nümayiş  etdirmişdilər.  Elə-

cə  də  son  dövrdə  Fələstin  problemi  ilə  əlaqədar  olaraq,  Misirdə  

1

 İnsafən  deməliyik  ki,  XX  əsr  İslam  hərəkatları  və  məktəbləri  arasında  



qadınların  sosial  fəaliyyəti  və  təhsili  probleminin  həllinə  ən  çox  çağıran  

subyekt  kimi  məhz  “Müsəlman  qardaşlar”  hərəkatı  çıxış  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə