Qadin indd


Şeyx Məhəmməd Qəzalinin kitaba yazdığı ön söz



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə5/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   2   3   4   5   6   7   8   9   ...   158

Şeyx Məhəmməd Qəzalinin kitaba yazdığı ön söz

16

mın  qeyrətini  çəkən,  dərin  biliklərə  sahib,  haqqın  qələbə  çal-



ması  üçün  əlindən  gələni  edən,  insafl ı  alimlərin  “yox”  dedi-

yi  mübahisələrdən  çəkinən  birisidir.  O,  Buxari  və  Müslimin  

hədislərini  olduğu  kimi  oxucuya  çatdırmaq  üslubuna  üstlük  

vermişdir.  Az  hallarda  isə  başqa  mənbələrdən  hədis  iqtibas  

gətirmişdir.  

Oxucu  həmin  hədis  və  rəvayətləri,  həm  də  şərhləri  oxuduq-

da  görəcəkdir  ki,  islamın  qadın-kişi  münasibətləri  üçün  cızdığı  

dairə  çox  genişdir;  islamın  qadına  yüklədiyi  vəzifə  şərəfl i  və  

böyükdür.  

İslam  həqiqətlərini  olduğu  kimi  göstərməyə  çalışan  müəllif  

müsəlmanları  qalib  Qərbin  ixrac  etdiyi  “dəyərlər”dən  uzaq  qal-

mağa  çağırır.  O,  müsəlmanların  diqqətini  modern  mədəniyyətin  

doğurduğu  “nəticə”yə  yönəldir.  Həmin  mədəniyyət  bizdə  də  

özünə  müəyyən  qədər  yer  edib.  Biz  ondan  qurtulmaq  istəyirik-

sə,  sayəsində  onların  bizi  məğlub  etdikləri  çatışmazlığa  deyil,  

ilk  sələfl ərimizin  –  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  Raşidi  xəlifələrinin  ənənəsinə  qayıtmalıyıq.  Bu  ənənənin  

xaricində  nə  sonrakı  nəsillərin  uydurmalarının,  nə  də  cahillərin  

nəfsi  istəklərinin  hörməz-izzəti  vardır!

  Şeyx  Məhəmməd Qəzali  



ÖN SÖZ

Həmd  Allahadır!  Ona  şükür  edir,  Ondan  kömək,  bağışlan-

ma  və  hidayət  diləyirik.  Şər  və  bədxah  əməllərimizdən  Allaha  

pənah  aparırıq.  Allahın  yol  göstərdiyini  heç  kəs  azdıra  bilməz.  

Azdırdığına  isə  kimsə  yol  göstərə  bilməyəcəkdir.  Təsdiqləyirəm  

ki,  Allahdan  başqa  ilah  yoxdur;  Allah  təkdir  və  ortaqsızdır.  Və  

təsdiq  edirəm  ki,  Məhəmməd  Onun  qulu  və  peyğəmbəridir!

Allah  Təala  buyurur:

“Ey  iman  gətirənlər!  Allahdan  layiqincə  qorxun.  Yalnız  mü-

səlman  olduğunuz  halda  (müsəlman  kimi)  ölün!”  (Ali-İmran,  

102);

“Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  



ondan  zövcəsini  (Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  

kişi  və  qadınlar  törədən  Rəbbinizdən  qorxun!  (Adı  ilə)  bir-

birinizdən  (cürbəcür  şeylər)  istədiyiniz  Allahdan,  həmçinin  qo-

humluq  əlaqələrini  kəsməkdən  həzər  edin!  Şübhəsiz  ki,  Allah  

sizin  üzərinizdə  gözətçidir!”  (ən-Nisa,  1);

“Ey  iman  gətirənlər!  Allahdan  qorxun  və  doğru  söz  söyləyin!

(Əgər  belə  etsəniz,  Allah)  əməllərinizi  islah  edər  və  günah-

larınızı  bağışlayar.  Hər  kəs  Allaha  və  Peyğəmbərinə  itaət  etsə,  

böyük  bir  səadətə  (Cənnətə)  nail  olar”  (əl-Əhzab,  70-71).

Qələmə  aldıqlarımız  ciddi  və  böyük  mövzuya  dair  cüzi  

zəhmətdən  ibarətdir.  Kömək  yalnız  Allahdandır.  Yalnız  Ona  

təvəkkül  edir,  yalnız  ona  əl  açırıq.  




Ön söz 

18

Kitabın yazılmasında məqsəd

İllər  əvvəl  Peyğəmbərin  həyatından  bəhs  edəcək,  hədis  ki-

tablarına  əsaslanacaq  ciddi  araşdırma  aparmaq  qərarına  gəlmiş-

dim.  Məqsəd  mövzunu  mötəbər  məlumatlar  əsasında  oxucu-

ya  təqdim  etmək  idi.  Çünki  “sirət”

1

  rəvayətləri  hədislər  qədər  



araşdırılmamış,  istinadları  öyrənilməmiş,  “səhih”i  “zəif ”indən  

fərqləndirilməmişdi.  Bu  işi  ona  görə  etmək  istəyirdim  ki,  “sirət”  

Peyğəmbərin  həyatından  bəhs  edir,  onun  Sünnə  hesab  olunan  

bir  çox  sözləri,  davranış  və  təsdiqləyici  hərəkətlərini  özündə  

birləşdirir;  müsəlmanlar  üçün  nümunə  rolunu  oynayır.  Odur  

ki  “sirət”i  müsəlmanlara  son  dərəcə  mötəbər  şəkildə  təqdim  

etmək  lazımdır  ki,  öyrəndiklərinin  düzgünlüyünə  əmin  olaraq  

onun  yolgöstərənliyi  əsasında  hərəkət  etsinlər.  

Qeyd  edim  ki,  bu  tədqiqata  dair  ilk  addımları  İmam  Müs-

limin  “Səhih”inin  İmam  Nəvəvinin  şərhi  ilə  birlikdə  icmalını  

apararkən  atdım.  Bu  zaman  qadınlarla  əlaqəli  praktik  və  tətbiqi  

hədislərə  rast  gəldim.  Bu  hədislər  həyatın  müxtəlif  sahələrində  

qadın-kişi  münasibətlərinin  necəliyindən  bəhs  edirdi.  

Mühüm  və  ciddi  olduğundan  həmin  hədislər  məndə  əhə-

miyyətli  təsəvvür  dəyişikliyinə  gətirib  çıxardı.  Peyğəmbərin  

zamanında  müsəlman  qadınının  şəxsiyyəti,  həyatın  müxtəlif  

sahələrində  iştirak  dərəcəsi  haqda  ənənəvi  təsəvvürlərimi  təshih  

etməli  oldum.  Axırda,  qəti  qərara  gəldim  ki,  Peyğəmbərin  

dövründə  qadının  əldə  etdiyi  azadlığı  bütün  detalları  ilə  izah  

edən  hərtərəfl i  tədqiqata  başlayım.  Bu  yeni  layihəni  həyata  

1

 Peyğəmbərin  həyatı  –  tərcüməçinin  qeydi.  




Ön söz 

19

keçirməyə,  həm  də  ona  görə  can  atdım  ki,  hənif  islamın  qadın-



lara  verdiyi  geniş  azadlığa  zidd  təsəvvür  və  anlayışlar  cəmiyyət-

də  özünəməxsus  ciddi  çəkiyə  sahibdir.  

Şəriətin  istənilən  sahəsində  olduğu  kimi  qadın  mövzusunda  

da  haqqı  demək  Allahın  dininə  xidmət  etməkdir.  Çünki  qadın  

mövzusu  bir  sıra  cəhətlərinə  görə  xüsusi  əhəmiyyət  daşıyır:

Qadın  müsəlmanın  həm  anası,  həm  də  bacısıdır,  həm  

zövcəsi,  həm  də  qızıdır.  Əgər  qadın  bütün  bunları  özündə  

birləşdirirsə,  ondan  daha  dəyərli  kimsə  vardırmı?!  

Müsəlman  qadın  iki  növ  cəhalətin  vəhşiliyinə  daha  çox  

məruz  qalır:  a)  hicri  XIV  əsrin  –  ifratçılıq,  təzyiqlər  və  

ənənəvi  kor  təqlid  əsrinin  cəhaləti;  b)  miladi  XX  əsrin  –  

çılpaqlıq,  ifrat  sərbəstlik  (nihilizm)  və  Qərbi  koru-koruna  

təqlid  əsrinin  cəhaləti

1

.  Hər  iki  növ  cəhalət  Allahın  qanun-



larına  ziddir.

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Qa-

dınlar  və  kişilər  bir  bütövün  parçalarıdır  (və  ya:  qadın-

lar  kişilərin  bacılarıdır)”

2

.  Müsəlman  qadına  kömək  etmək  



müsəlman  kişiyə  kömək  etməkdir.  Bu  kömək  o  deməkdir  ki,  

məzluma  insaf  göstərilir,  zalımın  da  zülmünə  əngəl  yaradılır.  

1

 Görkəmli  mütəfəkkir  və  alim  Məhəmməd  Qəzalinin  (1917-1996)  de-



dikləri  necə  də  məqamına  çəkir:  “Hal-hazırda  bəziləri  istəyirlər  ki,  İslam  

ümməti  bu  ikisindən  birini  seçsin:  

a)  ya  qadını  dörd  divar  arasında  həbs  etsin;  

b)  ya  da  onu  küçəyə  atsın  (yəni  küçə  qadını  halına  gətirsin).  

Bu,  iki  şərdən  birini  seçmək  deməkdir!”  (M.  Qəzali.  Dini-mədəni  

islam  fi kri:  tənqidi  mülahizələr  /  ərəb  dilindən  tərcümə  edəni:  Elvüsal  

Məmmədov.  Bakı:  “İdrak”  İctimai  Birliyi”,  2012,  səh.  128)  –  tərcüməçinin  

qeydi.  

2

 Hədisi  Əbu  Davud  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə