Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə8/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   4   5   6   7   8   9   10   11   ...   158

Ön söz 

26

sonra  İmam  Müslimin  və  digər  müəllifl ərin  hədis  topluları-



nı  tədqiqata  cəlb  etmişəm.  Ümumiyyətlə,  tədqiqatda  on  dörd  

hədis  ədəbiyyatından  istifadə  olunub:  Buxarinin  “Ca`me  əs-

səhih”,  Müslimin  “Səhih”,  Əbu  Davudun  “Sünən”,  Tirmizinin  

“Sünən”,  Nəsainin  “Sünən”,  İbn  Macənin  “Sünən”,  İmam  Mali-

kin  “Müvətt a”,  İbn  Hibbanın  “Zəvaid  əs-səhih”,  İmam  Əhmədin  

“Müsnəd”,  Təbəraninin  “əl-Mö`cəm  əl-kəbir”,  “əl-Mö`cəm  əl-

övsət”,  “əl-Mö`cəm  əs-səğir”,  Bəzzarın  “Müsnəd”  və  Əbu  Yə`lanın  

“Müsnəd”  kitabları.  Son  altı  kitab  üçün  “Məcmə  əz-zəvaid  və  

mənbə  əl-fəvaid”  kitabına  müraciət  etmişəm.  Bu  kitabda  Hafiz  

Heysəmi  ilk  altı  kitabda:  Buxari  və  Müslimin  “Səhih”ləri,  Əbu  

Davud,  Tirmizi,  Nəsai  və  İbn  Macənin  “Sünən”lərində  mövcud  

olmayan  hədisləri  toplamışdır.  

Hədisləri  diqqətlə  araşdırmaq  Allahın  kəlamını  –  ayələri  

ikinci  plana  atmaq  və  ya  tədqiq  etməmək  mənasına  gəlmir.  

Allahın  sözləri  İlk  Mənbədir.  İlahi  Kəlamın  böyüklüyü,  əzəmət  

və  zənginliyi  o  dərəcədədir  ki,  hər  bir  ayə  barədə  dərindən  

düşünmək  lazım  gəlir.  

Kitabı  iki  mərhələdə  ərsəyə  gətirməyi  düşünürəm:  

Birinci  mərhələdə  mövzu  ilə  əlaqəli  ayələri,  Buxari  və  Müs-

limin  “Səhih”lərindəki  hədisləri  əsas  götürmüşəm.  Digər  hədis  

mənbələrinə  isə  çox  az  müraciət  etmişəm.  Bunu  mövzuya  

daha  da  aydınlıq  gətirmək  məqsədilə  etmişəm.  Onu  da  de-

yim  ki,  həmin  hədislərin  səhihliyi  barədə  mühəqqiq-alimlərin

1

  



dediklərini  araşdırmışam.  Bir  məsələ  haqqında  həm  Buxarinin,  

1

 Mühəqqiq  (ərəb.  araşdıran,  tədqiq  edən):  bir  mövzuya  aid  müxtəlif  

məlumatları,  dəlilləri  araşdıran,  müqayisə  aparıb  doğru  nəticəyə  gələn  

alim  –  tərcüməçinin  qeydi.




Ön söz 

27

həm  də  Müslimin  eyni  hədisi  rəvayət  etdiyini  gördükdə  birin-



cinin  hədisini  iqtibas  gətirmiş,  az  hallarda  isə  konkret  olarsa,  

ikincinin  hədisini  əsas  götürmüş,  “İmam  Müslim  rəvayət  etmiş-

dir”  qeydini  aparmışam.  İkinci  mərhələdə  isə,  inşallah,  başqa  

hədis  mənbələrindən  səhih  məlumatları  ayələrlə  birlikdə  kita-

bımda  toplayacağam.  

Kitabın  ümumi  metodu  bir  mövzuya  dair  konkret  məz-

munlu  bütün  dini  mətnləri  müəyyənləşdirməkdir.  Bu  dini  

mətnlər  ümumilikdə  tətbiqi-əməli  arqumentləri  ifadə  edir.  

Odur  ki  hökm  çıxararkən  çətinlik  yaranmayacaqdır.  İslam  mə-

dəniyyətinə  yaxşı  bələd  olanlar  bunu  sezəcəklər.  Bununla  yana-

şı,  İbn  Həcərin  ensiklopedik  əsəri  –  “Fəth  əl-Bari”dən  fəqihlərin  

bəzi  sözlərini  iqtibas  gətirmişik.  Məqsəd  dini  mətnin  konkret-

liyini,  məzmununu  aydınlaşdırmaqdır.  Bununla  da,  bildirmək  

istəmişik  ki,  həmin  dini  mətnləri  izah  edərkən  özümüzdən  

yeni  şey  deməmişik;  əksinə,  bizdən  əvvəlki  böyük  alimlərin  

dediklərini  təkrar  etmişik.  

Yeri  gəlmişkən,  qeyd  edək  ki,  müəyyən  dini  mətni  izah  

etdiyimizdə  təsdiqləyici  arqument  olaraq  əlaqədar  bütün  fiki-

rləri  deyil,  ancaq  bir  alimin  görüşünü  göstərmişik.  Bütün  

görüşləri  –  fərqi  yoxdur  mövqeyimizlə  üst-üstə  düşür,  ya  yox  

–  nəql  etməyi  lazım  bilməmişik.  Çünki  bu,  kitabın  metodo-

loji  üslubuna  xələl  gətirir.  Bütün  əlaqədar  fikirlərə  toxunmaq  

müqayisəli  metodun  işidir  ki,  bu  da  kitabımızın  metodologi-

yasına  daxil  deyil.  Bunun  üçün  ensiklopedik  fiqhi  tədqiqat  

tələb  olunur,  ayə  və  səhih  hədislər  çərçivəsində  aparılmış  sosial  

araşdırma  deyil!  Kim  fəqihlərin  müxtəlif  görüşlərini  öyrənmək  

istəyirsə,  şərh  kitablarına,  yaxud  da  fiqh  ensiklopediyalarına  



Ön söz 

28

müraciət  etsin.  Onu  da  deyim  ki,  fiqhin,  haradasa,  bütün  



məsələləri  barədə  alimlərin  fərqli  görüşləri  mövcuddur.  Fiqhin  

ikinci  dərəcəli  məsələlərində  (füruat)  müxtəlif  fikirlərin  möv-

cudluğu  məqbul  haldır.  Kitabın  metodu  imkan  verir  ki,  ağıl  

və  könül  rahat  olsun.  Çünki  mövzu  ilə  əlaqəli  dəlillərlə  tanış  

olan  oxucu  nəyi  oxuduğunun  fərqinə  varır.  Düşünürük  ki,  ixti-

laf  zamanı  seçiləcək  ən  mötəbər  üsul  dini  mətnlərə  (dəlillərə)  

əsaslanan  rəyi  əsas  götürməkdir.  

Kitabın  metodu  imkan  vermişdir  ki,  qadınlarla  əlaqəli  

ayə  və  hədisləri  mövzular  üzrə  təsnif  edək.  Bunu  Müsəlman  

ümmətinin  yeni  tələblərinə  uyğun  olaraq,  ayə  və  hədislərin  

qeyri-ənənəvi  təsnifatında  əməli  addım  hesab  etmək  mümkün-

dür.  Yeni  tələblərə  isə  humanitar  elmləri:  psixologiya,  sosiolo-

giya,  iqtisadiyyat,  siyasətşünaslıq  və  pedaqogikanı  öyrənmək,  

ayə  və  hədisləri  buna  uyğun  təsnif  etmək  daxildir.  Qadın  

problemləri,  sosial  həmrəylik,  islahatçılıq  və  dəyişdirmə  yolla-

rı,  müsəlmanın  zehniyyət  böhranı  da  mühüm  məsələlər  hesab  

olunur.  Bu  məsələlər  fiqhdə  tələb  olunan  ictihadı,  dinə  baxışda  

vacib  sayılan  “yenilənmə”ni  (təcdid)  canlandıracaq  yeni  meto-

doloji  əməliyyatlara  stimul  yaradır.  Onu  da  deyək  ki,  ayə  və  

hədislərin  mövzular  üzrə  təsnifi  son  vaxtlar  alimlərin  diqqətini  

özünə  cəlb  edir.  

Allahın  lütfüdür  ki,  həm  Quran,  həm  də  İlahi  Kəlamı  izah  

edən  Sünnə  qorunub  saxlanılıb.  Qurani-Kərim  Allah  Təala  

tərəfindən  qorunub  saxlanıldığı  kimi

1

  Sünnəni  də  müsəlmanlar  



1

 Qurani-Kərimdə  bu  haqda  oxuyuruq:  “Şübhəsiz  ki,  Quranı  Biz  nazil  

etdik  və  sözsüz  ki,  Biz  də  onu  (hər  cür  təhrif  və  təbdildən;  artırıb-

əskiltmədən)  qoruyub  saxlayacağıq!”  (əl-Hicr,  9).  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə