Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə11/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   7   8   9   10   11   12   13   14   ...   158

Ön söz 

35

dür  ki,  əməyimiz  böyük  və  ciddi  mövzunun  ancaq  bir  tərəfini  



əhatə  etsin.

Ayə  və  hədislərin  məzmunu  haqda  mülahizələrimə  gəlincə,  

bu,  təbii  ki,  nisbidir.  Dini  mətnlərdəki  bütün  mənaları  izah  

etməyə  aciz  bəndənin  gücü  çatarmı?!  Bu  mətnlərdəki  bütün  

məqamlara  təmas  etmək,  bütün  məna  çalarlıqlarını  üzə  çıxar-

maq  qeyri-mümkündür.  Bunun  üçün,  bəlkə  də,  davamlı,  cid-

di  zəhmət  tələb  olunur.  Özü  də  bu  işə  tədqiqatçıların  bütöv  

dəstəsi  cəlb  olunmalıdır.  





Birinci fəsil

QADIN ŞƏXSİYYƏTİ

Giriş

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:


“Qadınlar  və  kişilər  bir  bütövün  hissələridir”

1

.



Həzrəti  Ömər  

(Allah  ondan  razı  qalsın!)

  deyirdi:

“Cahiliyyətdə  qadınları  heç  nə  hesab  edirdik.  Elə  ki  Allah  

onlar  haqqında  endirdiyini  endirdi  və  onlara  verdiyini  verdi  

(onları  qiymətləndirməyə  başladıq)”.

2

Hədisin  başqa  versiyasında  deyilir:



“Cahiliyyət  zamanı  qadınları  bir  heç  sayırdıq.  İslam  gəldiyi  

zaman  Allah  (Quranda)  onların  adlarını  çəkdi.  Bildik  ki,  onla-

rın  üzərimizdə  haqqı  vardır”

3

.



Qadın ayrıca şəxsiyyətdir

İslamın  ilk  günlərindən  kişilər  kimi  qadınlar  da  Allahın  

dininə  çağırılmışlar.  Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  

(Allah  ondan  

razı  qalsın!)

  demişdir:  

1

 Hədis  Əbu  Davud  rəvayət  etmişdir.  Bax:  Əlbani.  Səhih  əl-came  əs-



səğir,  hədis  №  2329.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

38

“Və  ən  yaxın  qohumlarına  xəbərdarlıq  et!”  ayəsi



1

  nazil  ol-

duqda  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səslənmişdi:  

“Ey  Qüreyşlilər!  Canınızı  satın  alın!  Allahın  dərgahında  sizin  

üçün  heç  nə  edə  bilmərəm.  Ey  Əbdülmənafoğulları!  Allahın  

dərgahında  sizin  üçün  heç  nə  edə  bilmərəm.  Ey  Əbdülmütt əli-

bin  oğlu  Abbas!  Allahın  dərgahında  sənin  üçün  heç  nə  edə  

bilmərəm.  Ey  Peyğəmbərin  bibisi  Səfiyyə!  Allahın  dərgahında  

sənin  üçün  heç  nə  edə  bilmərəm.  Ey  Məhəmmədin  qızı  Fatimə!  

Varımdan  nə  istəyirsənsə  istə,  amma  Allahın  dərgahında  sənin  

üçün  heç  nə  edə  bilmərəm”

2

.  


Qadın ərindən qabaq yeni dinə 

iman gətirmişdir

Abdullah  ibn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  deyirdi:  

“Anam  və  mən  köməksiz  idik.  Mən  köməksiz  uşaqlardan,  

anam  isə  köməksiz  qadınlardan  idi”

3

.  


Buxari  bu  hədisin  şərhində  yazmışdı:  

“İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  və  anası  köməksiz  insanlar  

idilər.  Atası  ilə  birlikdə  xalqının  dinini  tərk  etmişdi”.

Hafiz  ibn  Həcər  əl-Əsqəlani  bu  hədisi  izah  edərkən  demişdi:  

“Onun  anasının  adı  Lübabə  bint  əl-Haris  əl-Hilaliyyə  idi.  

Künyəsi  Ümmi-Fəzl  olmuşdur.  Fəzl  isə  Abbasın  ən  böyük  

oğludur”

4

.



1

 “əş-Şüəra”  surəsi,  214-cü  ayə.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

4

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  462.




Birinci fəsil. Qadın şəxsiyyəti 

39

Qadın xalqını yeni dinə 



iman etməyə çağırmışdır

İmran  ibn  əl-Hüseyn  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səfərə  çıxmışdıq.  

Bütün  gecəni  yol  getmiş,  səhərə  yaxın  dincəlmək  üçün  mənzil  

salmışdıq.  Yuxu  bizə  üstün  gəlmiş,  günəş  adam  boyu  qalxmış-

dı.  İlk  oyanan  Əbubəkr  oldu.  Özü  oyanar  deyə  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

oyatmadı.  Sonra  Ömər  oyandı.  

Əbubəkr  Peyğəmbərin  baş  tərəfində  əyləşdi.  “Allahu  Əkbər”  

deməyə  başladı,  səsini  yüksəltdi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

oyandı.  Bizə  günorta  namazını  qıldırdı.  Dəstədən  

bir  kişi  ayrıldı  və  bizimlə  namaz  qılmadı.  Namaz  başa  çatdıq-

da  Peyğəmbər  həmin  kişidən  soruşdu:  “Ey  filankəs.  Bizimlə  

namaz  qılmağına  nə  əngəl  oldu?”  Kişi:  “Cünub  olmuşam”,  –  

deyə  cavab  verdi.  Peyğəmbər  əmr  etdi  ki,  torpaqla  təyəmmüm  

alsın.  Kişi  namaz  qıldı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

məni  miniyinin  təkinə  almışdı.  Bərk  susamışdıq.  Yolla  

gedərkən  bir  qadın  gördük.  Ayaqlarınadək  iki  tuluq  sallanmış-

dı.  Soruşduq:  “Su  harada  var?”  Dedi:  “Buralarda  su  yoxdur.”  

Dedik:  “Ailənlə  su  (mənbəyi)  arasında  nə  qədər  məsafə  var?”  

“Bir  gün  və  bir  gecəlik  məsafə”,  –  deyə  cavab  verdi.  Dedik:  

“Peyğəmbərin  yanına  get.”  Təəccübləndi:  “Peyğəmbər  nədir?”  

Qadını  heç  tanımırdıq.  Birlikdə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

yanına  çatdıq.  Bizə  danışdığını  ona  da  danışdı.  

Onu  da  əlavə  etdi  ki,  yetimləri  var.  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

əmr  etdi  ki,  tuluqları  gətirsinlər.  Tuluğun  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə