Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə12/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   8   9   10   11   12   13   14   15   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

40

ağzına  toxundu.  Qırx  nəfər  doyanadək  içdik.  Tuluqlarımızı  da  



doldurduq,  amma  dəvələrimizə  su  vermədik.  Tuluqlardakı  su  

o  qədər  də  azalmamışdı.  Sonra  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

dedi:  “Yanınızdakıları  gətirin.”  Qadın  üçün  xurma  

toplayıb  (ona  verdi).  Sonra  qadın  ailəsinin  yanına  qayıtdı  və  

dedi:  “Ən  sehrbaz  insanı  (başqa  bir  rəvayətdə:  “insanların:  

“Peyğəmbərdir”,  –  dedikləri  şəxsi”)  gördüm.”  Beləliklə,  Allah  

bu  qadın  vasitəsilə  həmin  qövmü  doğru  yola  yönəltdi:  onlar  

və  qadın  müsəlman  oldular”.

Hədisin  digər  versiyasında  deyilir:  

“Bundan  sonra  müsəlmanlar  onun  (həmin  qadının  –  

mütərcim)  ətrafındakı  müşrikləri  müsəlmanlaşdırmağa  başladı-

lar.  Amma  qadının  qövmünə  (qəbiləsinə)  toxunmurdular.  Bir  

gün  qadın  qəbiləsinə  dedi:  “Görürəm  ki,  onlar  (müsəlmanlar)  

sizi  zorla  müsəlman  etmək  istəmirlər.  Müsəlman  olmayacaqsı-

nızmı?”  Qəbiləsi  də  onun  sözünə  qulaq  asıb  müsəlman  oldu”

1

.



Qadınların təlim-təhsil haqqı vardır

Vəzifələrini  icra  etsinlər  deyə  qadınlar  təhsil  almalıdırlar.  

Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:


“Kim  bu  qızlara  bir  şeydə  (tərbiyədə,  qayğıda)  sahib  çıxıb,  

onlara  yaxşılıq  edərsə,  onlar  onunla  cəhənnəm  arasında  əngəl  

olarlar”

2

.



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Birinci fəsil. Qadın şəxsiyyəti 

41

Qızlara  tərbiyə  və  təhsil  verməkdən  daha  böyük  yaxşılıq  nə  



ola  bilər  ki?!  

Əbu  Bürdə  atasına  istinadən  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


“Bir  insanın  cariyədən  qızı  olarsa  və  o,  ona  təhsil,  özü  də  

yaxşı  təhsil,  tərbiyə,  özü  də  gözəl  tərbiyə  verərsə  və  onu  azad  

edib  evləndirərsə,  iki  savab  qazanar”

1

.  



Əgər  bir  müsəlmandan  cariyəsinin  qızına  yaxşı  təhsil  və  gözəl  

tərbiyə  vermək  tələb  olunursa,  onda  onun  azad  qadından  olan  

qızları  buna  daha  layiqdirlər.  Gözəl  əxlaq  və  faydalı  təhsildən  

üstün  nə  ola  bilər  ki?!  Gözəl  əxlaq  sabit  qaldığı  halda,  faydalı  

təhsilin  məzmunu  isə  əsrdən  əsrə  dəyişə  bilir.  

Ətaya  istinadən  İbn  Cüreyc  rəvayət  edir  ki,  Cabir  ibn  Ab-

dullah  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Ramazan  bayramı  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

bayram  namazı  qıldı.  Sonra  dua  edib,  xütbə  söylədi.  Sö-

zünü  bitirib  minbərdən  endi  və  qadınların  yanına  getdi.  Bilala  

söykənərək  onlara  öyüd-nəsihət  verdi.  Bilal  paltarını  yerə  sərdi  

ki,  qadınlar  sədəqələrini  onun  üzərinə  yığsınlar  (Hədisin  İbn  

Abbas  versiyasında  isə  deyilir:  “Peyğəmbər  elə  güman  etdi  ki,  

qadınlar  xütbəni  eşidə  bilməyiblər.  Odur  ki  (yanlarına  gedib)  

onlara  öyüd-nəsihət  verdi,  sədəqə  çıxarmalarını  əmr  etdi)”.  

İbn  Cüreyc  Ətadan  soruşdu:  “Səncə,  qadınlara  öyüd-nəsihət  

vermək  imamların  haqqıdırmı?”  Əta  dedi:  “Bu,  onların  borcu-

dur.  Amma  onlara  nə  olub  ki,  bunu  etmirlər?!”

2

  



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

42

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

görəndə  ki,  qadın-

lar  onun  dediklərini  eşidə  bilməyiblər,  –  həm  sayları  çox  idi,  

həm  də  kişilərdən  arxada  dayanmışdılar  –  yanlarına  getmiş,  

təlim  və  təhsil  borcunu  yerinə  yetirmişdi.  Allah  Ətaya  rəhmət  

etsin!  Dövrünün  imamlarını  qadınlara  təlim-təhsil  vermədikləri  

üçün  məzəmmətləmiş,  bunun  vacib  olduğunu  bildirmişdi.  

Qadınların  təlim-təhsil  hüququnu  təsdiqləyən  belə  bir  fiqhi  

qayda  vardır:  “Vacibi  vacib  edən  hər  bir  şey  vacibdir”  (Mə  lə  

yətimmu  əl-vacib  illə  bih,  fə  huvə  vacib)

1

.  Deməli,  qadının  



məsul  olduğu  şeylər  ya  vacibdir,  ya  da  məndub

2

.  



Qadınlar hədis rəvayət etmiş, 

insanlara öyrətmişlər

Hafiz  əz-Zəhəbi  demişdir:  

“Qadınların  yalandan  hədis  rəvayət  etmələri  haqda  (bizə)  

heç  bir  məlumat  gəlib  çatmayıb”

3

.

İmam  Şövkani  demişdir:  



“Alimlərdən  heç  kəs  “ravisi  qadındır”  deyə  bir  hədisi  rədd  

etməyib.  Bu  haqda  bizə  heç  bir  məlumat  çatmayıb.  Neçə-neçə  

hədis  vardır  ki,  yalnız  bir  qadından  rəvayət  olunmağına  baxma-

1

 Yəni,  vacibin  vaciblik  statusunu  zədələməyən,  onu  təmin  edən  hər  bir  



şeydən  istifadə  zəruridir.  Ancaq  bu,  haram  yolla  vacib  əməlləri  icra  etmək  

kimi  başa  düşülməməlidir.  Çünki  vacib  sayılan  bir  işi  haram  yolla  görmək  

ona  xələl  gətirir  –  tərcüməçinin  qeydi.  

2

 Məndub  –  edilməsini  Allahın  və  ya  peyğəmbərinin  qəti  şəkildə  tələb  

etmədiyi  şeydir.  Edənə  savab  yazılar,  etməyənə  də  cəza  düşməz  –  tər-

cüməçinin  qeydi.  

3

 əz-Zəhəbi.  Mizan  əl-Etidal,  “müqəddimə”  hissəsi.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə