Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə15/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   11   12   13   14   15   16   17   18   ...   158

Birinci fəsil. Qadın şəxsiyyəti 

49

Bundan  sonra  biz  və  uşaqlarımız  bu  orucu  tuturduq.  Biz  onlara  



yundan  oyuncaq  düzəldirdik.  Onlardan  biri  yemək  istəyib  ağ-

ladıqda  bu  oyuncağı  ift ara  qədər  ona  verir  (başını  qatırdıq)”

1

.  


Qadınlar camaat ibadətlərində 

iştirak etmişlər

Vacib  namazlar.  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Mömin  qadınlar  paltarlarına  bürünərək  sübh  namazını  

Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qılırdılar.  Namazı  

qıldıqdan  sonra  evlərinə  qayıdır,  qaranlıq  olduğundan  heç  kəs  

onları  tanımırdı”

2

.  


Küsuf  (günəş  tutulması)  namazı.  Rəvayət  olunur  ki,  Əsma  

bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Günəş  tutulduğu  zaman  Peyğəmbərin  zövcəsi  Aişənin  ya-

nına  getmişdim.  Camaatla  namaz  qılırdı.  Soruşdum:  “İnsanlara  

nə  olub?”  Əli  ilə  göyə  işarə  edib:  “Sübhənallah!”  –  dedi.  “Bu  

bir  əlamətmi?”  –  deyə  soruşdum.  İşarə  etdi  ki,  bəli.  Mən  də  

namaz  qılmağa  başladım.  O  qədər  qıldım  ki,  gözlərimə  qaranlıq  

çökdü.  Başıma  su  tökməyə  başladım.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

gəldi  və  Allaha  həmd-səna  edib  buyurdu...”

3

.  


Cənazə  namazı.  Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  

razı  qalsın!)

  deyib:  

“Sə`d  ibn  əbu  Vəqqas  vəfat  etdiyində  Peyğəmbərin  zövcələri  

xəbər  göndərdilər  ki,  cənazəni  məscidə  aparsınlar,  çünki  ona  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

50

cənazə  namazı  qılmaq  istəyirdilər.  İnsanlar  bu  cür  də  etdilər:  



cənazəni  Peyğəmbərin  zövcələrinin  hücrələrinin  qabağına  qoy-

dular,  onlar  da  (öz  otaqlarında)  ona  cənazə  namazı  qıldılar...”

1

.

Həmçinin  qadınlar  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

cənazə  namazını  qılmışdılar.  İmam  Nəvəvi  demişdir:  

“Cümhur”

2

  təsdiqləyir  ki,  onlar  Peyğəmbərin  cənazə  nama-



zını  tək-tək  qılmışlar.  Belə  ki  əvvəlcə  bir  dəstə  daxil  olub  qılır,  

sonra  çıxırdı.  Sonra  qadınlar,  daha  sonra  isə  uşaqlar  Peyğəmbərə  

cənazə  namazı  qıldılar”

3

.  



Etikaf.  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vəfat  edənədək  

Ramazanın  son  on  günündə  etikafa  çəkilərdi.  Ondan  sonra  

zövcələri  də  etikafa  çəkilərdilər”

4

.

Həcc.  Ümmi-Sələmə  demişdir:  



“Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xəstə  olduğu-

mu  dedim.  Dedi:  “Miniyə  minərək,  insanların  arxasında  təvaf  

et.”  Təvaf  etdim.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

isə  


Kəbənin  yanında  namaz  qılır,  “Tur”  surəsini  oxuyurdu”

5

.



Yəhya  ibn  Hüseyn  nənəsi  Ümmi-Hüseynin  belə  dediyini  

rəvayət  etmişdir:

“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Vida  həccində  

iştirak  etdim.  Gördüm  ki,  Əqəbə  sütununa  daş  atıb,  geri  

qayıdır”


6

.

1



 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.

2

 Alimlərin  böyük  əksəriyyəti  –  tərcüməçinin  qeydi.  



3

 İmam  Nəvəvi.  Şərh  Səhihi-Müslim,  VII  cild,  səh.  36.  

4

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



5

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

6

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci fəsil. Qadın şəxsiyyəti 

51

Qadınlar ümumi mərasimlərdə 



iştirak etmişlər

Toylar.  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

toydan  qayıdan  

qadın  və  uşaqları  gördükdə  dikəlib  dedi:  “Allah  şahid  olsun  ki,  

siz  ən  çox  sevdiyim  insanlarsınız”

1

.  


Bayramlar.  Ümmi-Ətiyyə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Bayram  günləri  bizə  (namazgaha,  məscidə)  getmək  əmr  

olunmuşdu.  Bakirə  qızlar,  evdə  oturan  iff ətli  qadınlar  və  aybaşı  

qadınlar  (namazgaha)  gedərdik.  Amma  aybaşı  qadınlar  (namaz-

gahdan  uzaqda)  insanların  arxasında  dayanır,  onlara  birlikdə  

təkbir  gətirir,  dua  edir,  həmin  günün  bərəkətini  (Allahdan)  

diləyirdilər”

2

.

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Bayram  günü  idi.  Zəncilər  (həbəşlər)  nizə-qalxan  oyunu  

oynayırdılar.  (Dəqiq  xatırlamıram)  ya  mən  istədim,  ya  da  o  

(Peyğəmbər)  soruşdu:  “Baxmaq  istəyirsənmi?”  “Bəli”,  –  dedim.  

Məni  arxasında  saxladı.  Yanağım  yanağına  dəyirdi.  Bu  zaman  

o  (oynayanlara)  səslənirdi:  “Haydı!  Ərfidəoğulları  (oynayın!)”  

Axırda  bezdim.  Soruşdu:  “Bəsdirmi?”  “Bəli”,  –  dedim.  O  da:  

“Elə  isə  get”,  –  dedi”

3

.



Qarşılama  mərasimləri.  Rəvayət  olunur  ki,  Əbubəkr  əs-

Siddiq  


(Allah  ondan  razı  qalsın!)

  demişdir:

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə