Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə23/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   19   20   21   22   23   24   25   26   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

76

(nəzir  demişdi),  amma  vəfat  etdi.  (Onun  yerinə  nə  isə  etməli-



yəmmi?)”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Əgər  

borcu  olsaydı,  ödəyərdinmi?”  Həmin  şəxs:  “Bəli”,  –  dediyində  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Allahın  

borcunu  ödə.  Çünki  o,  ödənilməyə  daha  layiqdir”

1

.



Üqbə  ibn  Amir  demişdir:  

“Bacım  nəzir  etmişdi  ki,  həccə  piyada  getsin.  Məndən  istədi  

ki,  bu  haqda  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

rəyini  


öyrənim.  Peyğəmbərdən  bunu  soruşduğumda  dedi:  “Həm  pi-

yada  getsin,  həm  də  miniyə  minsin”

2

.

Hədislərdən  məlum  olur  ki,  qadınlar  ibadətə  həris  idilər,  –  



bu  tərifəlayiq  haldır.  Lakin  insanlara  xeyri  öyrədən  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ibadətdə  ifrata  varmağı  qadağan  

etmişdir.  İbadətdə  ifrata  varan  həm  qadınlar,  həm  də  kişilər  

(Abdullah  ibn  Əmr  ibn  As,  Əbu  Dərda  və  başqaları)  Peyğəm-

bərin  bu  məsələdə  tövsiyələrini  qəbul  etmişdilər.  Allah  onlar-

dan  razı  qalsın!  



Qadınlar səxavətli olub 

çoxlu sədəqə vermişlər

Əbu  Səid  əl-Xudri  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Qurban  və  Ramazan  bayramlarında  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

məscidə  gedər,  əvvəlcə,  namaz  qılardı.  

Namaz  qılıb  salam  verdikdən  sonra  ayağa  qalxıb  üzünü  na-

mazgahda  oturmuş  camaata  tərəf  çevirərdi...  (Xütbə  zamanı:)  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci fəsil. İslamda qadının üstün mövqeyi 

77

“Sədəqə  verin,  sədəqə  verin,  sədəqə  verin!”  –  deyərdi.  Ən  çox  



sədəqə  verənlər  qadınlar  idi”

1

.



Rəvayət  olunur  ki,  İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Ramazan  bayramı  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

bayram  namazı  qıldım...  Sonra  kişiləri  yara-yara  qadınla-

rın  yanına  getdi.  Yanında  Bilal  var  idi...  Onlara  dedi:  “Sədəqə  

verin!”  Bilal  paltarını  yerə  sərdi  və  dedi:  “Gəlin!  Anam  və  

atam  sizə  fəda  olsun!”  Qadınlar  üzük  və  bilərziklərini  Bilalın  

paltarının  üstünə  atdılar”

2

.  


Hafiz  ibn  Həcər  əl-Əsqəlani  demişdir:

“Həmin  ağır  günlərdə  verilməsi  çətin  olan  zinət  əşyalarını  

qadınların  sədəqə  çıxması  onların  dindəki  üstün  məqamlarını  

və  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əmrinə  böyük  

istəklə  uymalarını  göstərir.  Allah  onlardan  razı  qalsın!”

3

Qadınlar valideynlərinə 



yaxşılıq etmişlər

Abdullah  ibn  Büreydə  rəvayət  edir  ki,  atası  deyib:  

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanında  oturdu-

ğum  zaman  bir  qadın  gələrək  dedi:  “Anama  bir  cariyə  sədəqə  

etdim.  Amma  anam  vəfat  etdi.”  Peyğəmbər  dedi:  “Savab  qazan-

mışsan.  Mirasa  görə  cariyə  sənindir.”  Qadın  dedi:  “Ey  Allahın  

rəsulu,  anamın  boynunda  bir  ayın  orucu  var  idi.  Onun  yerinə  

tutummu?”  Peyğəmbər  dedi:  “Bəli,  onun  yerinə  tut.”  Qadın  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  Müslim  və  Buxari  rəvayət  etmişdir.  

3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  121.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

78

soruşdu:  “Anam  heç  həccə  getməmişdi.  Onun  yerinə  həccə  



gedimmi?”  Peyğəmbər  buyurdu:  “Bəli,  get”

1

.



İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlib  dedi:  “Ey  Allahın  rəsulu,  anam  vəfat  edib.  

Boynunda  nəzir  orucu  var  idi.  Onun  yerinə  oruc  tutummu?”  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Əgər  ananın  

borcu  olsaydı  və  sən  onu  ödəsəydin,  borcu  bitməzdimi?”  Qa-

dın:  “Bəli  (bitərdi)”,  –  dedikdə  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

buyurdu:  “Ananın  yerinə  oruc  tut”

2

.

Qadınlar Allaha gözəl şəkildə 



təvəkkül etmişlər

Rəvayət  edilir  ki,  Cabir  ibn  Abdullah  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Biz  Xəndək  döyüşündən  əvvəl  xəndək  qazarkən  qabağımıza  

olduqca  sərt  qaya  parçası  çıxdı.  (Səhabələr  qayanı  parçalaya  

bilmədikləri  üçün)  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

yanına  gəlib  dedilər:  “Xəndəkdən  bir  qaya  parçası  çıxıb.”  

Peyğəmbər:  “Mən  (xəndəyə)  düşərəm”,  –  deyib  ayağa  qalxdı.  

Həmin  vaxt  o,  (aclığı  hiss  etməsin  deyə)  qarnına  daş  bağlamış-

dı.  Üç  gün  idi  ki,  dilimizə  bir  şey  dəymirdi.  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

külüng  götürüb  (qaya  parçasına)  bir  

zərbə  endirdi  və  o,  dağılıb  xırdalandı.  Mən  (Peyğəmbərə)  de-

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Bu  Müslimin  

versiyasıdır.  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə