Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə19/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   15   16   17   18   19   20   21   22   ...   158

Birinci fəsil. Qadın şəxsiyyəti 

63

yanına  gələrək,  onu  aşağı  çağırdılar,  sövməəsini  dağıdıb,  özünü  



də  döyməyə  başladılar.  Cüreyc  dedi:  “Sizə  nə  olub?”  Dedilər:  

“Bu  pozğunla  zina  etmişsən  və  səndən  uşaq  doğub.”  Cüreyc  

soruşdu:  “Uşaq  haradadır?”  Uşağı  gətirdilər.  Dedi:  “Qoyun  na-

maz  qılım.”  Namazını  qıldı.  Qılıb  qurtardıqdan  sonra  uşağa  

yaxınlaşıb  qarnına  toxundu  və  dedi:  “Ey  uşaq,  atan  kimdir?”  

Uşaq  danışdı:  “Filan  çoban.”  İnsanlar  Cüreycə  yaxınlaşıb  onu  

öpməyə,  sığallamağa  başladılar.  Dedilər:  “Sənə  qızıldan  sövməə  

tikəkmi?”  Dedi:  “Xeyr.  Onu  əvvəlki  kimi  gildən  tikin.”  Onlar  

da  tikdilər”

1

.



2.  Ümmi-Rəzi  (Beşikdə  danışan  südəmərin  anası).  Əbu  Hü-

reyrə  


(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


“Bir  vaxtlar  südəmər  bir  uşaq  vardı.  Bir  dəfə  süd  əmərkən  

yanlarından  gözəl  libasda,  yaraşıqlı  ata  minmiş  birisi  keçdi.  Uşa-

ğın  anası  dua  etdi:  “Allahım,  oğlumu  da  bunun  kimi  et!”  Bu  za-

man  uşaq  anasının  döşünü  buraxıb,  həmin  şəxsə  baxaraq  dedi:  

“Allahım,  məni  bunun  kimi  etmə!”  Sonra  anasının  döşündən  

tutub  əmməyə  başladı.  (Əbu  Hüreyrə  deyir:  “Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

uşağın  anasını  əmməsini  danışarkən  

şəhadət  barmağını  göstərdi  və  onu  ağzı  ilə  sormağa  başladı.  

Və  bu  mənzərə  hələ  də  gözümün  qabağından  getmir).  Sonra  

həmin  yerdən  bir  cariyəni  aparır,  döyərək  deyirdilər:  “Sən  zina  

və  oğurluq  etmişsən.”  Cariyə  isə  deyirdi:  “Allah  mənə  bəs  edər.  

O  nə  yaxşı  himayədardır!”  Uşağın  anası  dua  etdi:  “Allahım,  

oğlumu  bunun  kimi  etmə!”  Uşaq  isə  əmməyi  kəsərək  cariyəyə  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  mətn  



Müslimindir.  


Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

64

baxdı  və  dedi:  “Allahım,  məni  bunun  kimi  et!”  Bu  məqamda  



ana  və  balası  danışmağa  başladılar.  Anası  dedi:  “(Əmdiyin)  bo-

ğazında  qalsın!  Görünüşü  yaraşıqlı  kişi  keçdi.  Mən:  “Allahım,  

oğlumu  bunun  kimi  et!”  –  dedim,  sən  isə  “Etmə!”  dedin.  Son-

ra  həmin  cariyəni  keçirib  apardılar  və  onu  döyərək  deyirdilər:  

“Sən  zina  və  oğurluq  etmişsən.”  Mən:  “Allahım,  oğlumu  bunun  

kimi  etmə!”  –  dedim,  sən  isə:  “Allahım,  məni  bunun  kimi  

etmə!”  –  dedin.  Uşaq  belə  cavab  verdi:  “Həmin  kişi  qoluzor-

lu  birisi  idi.  Buna  görə  də  mən:  “Allahım,  məni  bunun  kimi  

etmə!”  –  dedim.  “Zina  və  oğurluq  etmişsən!”  –  dedikləri  qadın  

isə  nə  zina,  nə  də  oğurluq  etmişdi.  Bu  üzdən:  “Allahım,  məni  

bunu  kimi  et!”  –  dedim”

1

.  



Qadın həyat yoldaşı olaraq hörmətlidir

1.  Xədicə  bint  Xüveylid.  Əbu  Hüreyrə  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:  



“Cəbrayıl  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


gəlib  dedi:  “Ey  Allahın  rəsulu!  Bu  Xədicədir.  O,  sənin  yanına  

gəldikdə  rəbbi  və  məndən  ona  salam  söylə”

2

.

2.  Aişə  bint  Əbubəkr.  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  

edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  deyib-

miş:  “Ey  Aişə,  bu  Cəbrayıldır,  sənə  salam  söyləyir!”

3

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  mətn  

Müslimindir.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Birinci fəsil. Qadın şəxsiyyəti 

65

Qadın qız övladı olaraq hörmətlidir



Həzrəti  Fatimə.  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  

ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Həzrəti  Fatiməyə  

deyibmiş:  “İstəməzsənmi  ki,  Cənnət  qadınlarının  və  ya  mömin  

qadınların  böyüyü  olasan?!”

1

  

Peyğəmbər qadınlara 



ehtiram göstərmişdir

1.  Anasına  ehtiram  bəsləmişdir.  Əbu  Hüreyrə  

(Allah  ondan  razı  

qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

anası-


nın  qəbrinə  baş  çəkib  ağladı  və  yanındakıları  da  ağlatdı.  Dedi:  

“Onlar  üçün  bağışlanma  diləyim  deyə  rəbbimdən  izn  istədim.  

Mənə  izn  verilmədi.  Onun  (anamın  –  mütərcim)  qəbrini  

ziyarət  etmək  izni  istədim.  İzn  verildi.  Elə  isə  qəbirləri  ziyarət  

edin,  çünki  bu,  (insana)  ölümü  xatırladır”

2

.  



2.  Həyat  yoldaşına  ehtiram  bəsləmişdir.  Həzrəti  Aişə  

(Allah  

ondan  razı  qalsın!)

  demişdir:  

“Mən  Xədicəyə  qısqandığım  qədər  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

zövcələrindən  heç  birinə  qısqanmamışam.  

Hərçənd  mən  onu  heç  görməmişdim,  lakin  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  çox  tez-tez  yad  edərdi.  Olurdu  

ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qoç  kəsib,  onu  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə