Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə18/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   14   15   16   17   18   19   20   21   ...   158

Birinci fəsil. Qadın şəxsiyyəti 

59

ayrı  durmuşdu.”  Bu  sözlər  məni  dəhşətə  saldı.  Dedim:  “Onlar-



dan  kim  belə  hərəkət  edərsə,  şübhəsiz  ziyan  içərisində  olar”

1

.



Hafiz  ibn  Həcər  yazır:

“Bu  hədisə  görə  qadınlara  təzyiq  göstərmək  məzəmmətlənib.  

Çünki  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınlara  

münasibətdə  mədinəlilərin  rəft arını  mənimsəmiş,  öz  qəbiləsi-

ninkindən  isə  imtina  etmişdi”

2

.

Birlikdə  xərcləmə.  Əbu  Səid  əl-Xudri  



(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Abdullah  ibn  

Məsudun  zövcəsi  Zeynəbə  demişdi:  “Ərin  və  uşaqların  sədəqə  

verməyinə  daha  layiqdirlər”

3

.  


Uşaqları  birlikdə  tərbiyə  etmək.  Abdullah  ibn  Əmr  ibn  As  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənə  


dedi:  “Şübhəsiz,  övladının  sənin  üzərində  haqqı  vardır”

4

.



Ev  işlərini  birlikdə  görmək.  Əsvəd  demişdir:  

“(Bir  dəfə)  Həzrəti  Aişədən  soruşdum  ki,  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

evdə  olarkən  nə  edərdi?  Cavab  verdi  

ki:  “Ailəsinin  xidmətində  dayanar  (ev  işlərini  görər),  namaz  

vaxtı  gələndə  dəstəmaz  alıb,  namaza  gedərdi”

5

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  202.



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



5

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

60

Hafiz  ibn  Həcər  demişdir:



“Əhməd  ibn  Hənbəl  və  İbn  Sə`din  rəvayət  etdikləri,  İbn  

Hibbanın  da  səhih  saydığı  başqa  bir  hədisdə  Həzrəti  Aişə  

deyib:  “Paltarının  söküyünü  tikər,  səndəlini  yamayar,  başqa  

kişilərin  evdə  gördükləri  işləri  görərdi”

1

.

Qadının  ərindən  ayrılmaq  hüququ  vardır.  İbn  Abbas  



(Allah  

ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  (bir  dəfə)  Sabit  ibn  Qeysin  zövcəsi  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlib  dedi:  

“Ey  Allahın  rəsulu,  Sabitin  nə  əxlaqına,  nə  də  dindarlığına  eti-

razım  yoxdur,  sadəcə  olaraq  (o  mənim  ürəyimə  yatmır  və  mən)  

istəmirəm  ki,  müsəlman  olduğum  halda  küfr  edəm.”  Peyğəm-

bər  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Onun  (mehr  ola-

raq)  verdiyi  bağı  özünə  qaytararsanmı?”  Qadın:  “Bəli”,  –  deyə  

cavab  verdi.  Peyğəmbər  (Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!  –  Sabitə)  dedi:  “Bağı  götür,  ondan  ayrıl”

2

.



Hafiz  ibn  Həcər  demişdir:

“Hədisdə  bir  çox  faydalı  məqamlara  toxunulub.  Əgər  ayrıl-

ma  təkcə  qadın  tərəfindən  baş  verərsə,  “müxaliət”

3

  və  “fidyə”



4

  

almaq  caizdir.  (Hədisdə)  hər  iki  tərəfin  boşanmaq  istəməsi  



haqda  heç  nə  deyilməyib.  Qadın  əri  ilə  yaşamaq  istəməzsə,  bu,  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  70.



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

3

 Müxaliət:  bu  və  ya  digər  səbəbdən  əri  ilə  yaşamaq  istəməyən  qadının  

müəyyən  əvəz  (pul...)  müqabilində  nikahdan  azad  olmağı  –  tərcüməçinin  



qeydi.

4

  Fidyə:  müəyyən  vəziyyətdən  qurtulmaq  üçün  verilən  var-dövlət  və  ya  



pul.  Bu  mətndə  qadının  boşanmaq  üçün  ərinə  verəcəyi  puldan  söhbət  

gedir  –  tərcüməçinin  qeydi.  




Birinci fəsil. Qadın şəxsiyyəti 

61

dinə  görə  düzgündür  (məşru).  Hətt a  əri  onu  istəsə  də,  ayrılma-



ğı  zəruri  edən  səbəblər  olmasa  da,  (vəziyyət  dəyişmir)”

1

.



İbn  Rüşd  demişdir:

“Ər  arvadından  xoşlanmazsa,  onu  boşaya,  arvad  da  ərindən  

xoşlanmazsa,  əvəz  ödəyib  nikahdan  azad  ola  bilər”

2

.  



1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  320.  

2

 İbn  Rüşd.  Bidayə  əl-Müctəhid.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

62

ALLAH TƏALA QADINLARI HÖRMƏTLİ-



İZZƏTLİ ETMİŞDİR (TƏRİFLƏMİŞDİR)      

Qadın ana olaraq hörmətlidir

1.  Ümmi-Cüreyc  (Cüreycin  anası).  Əbu  Hüreyrə  

(Allah  ondan  

razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

demişdir:  

“Beşikdə  ikən  ancaq  üç  körpə  danışmışdır.  (Onlardan  biri)  

İsa  ibn  Məryəmdir.  Digəri  Cüreycin  yoldaşıdır.  O,  abid  in-

san  idi.  Bir  sövməə  tikdi.  İçərisində  yaşayırdı.  Bir  dəfə  namaz  

qılarkən  anası  gəldi  və  dedi:  “Ey  Cüreyc!”  Cüreyc  öz-özünə  

dedi:  “Yarəb,  anama  cavab  verim,  ya  namazıma  davam  edim?”  

Və  namazını  qılmağa  davam  etdi.  Anası  çıxıb  getdi.  Səhəri  

gün  anası  bir  də  gəldi  və  oğlunu  çağırdı:  “Ey  Cüreyc!”  Cüreyc  

öz-özünə  dedi:  “Yarəb,  anama  cavab  verim,  ya  namazıma  da-

vam  edim?”  Və  namazını  qılmağa  davam  etdi.  Anası  dua  edib  

dedi:  “Allahım,  oğlum  pozğun  qadınların  üzünə  baxmayınca  

canını  alma!”  (Bir  dəfə)  İsrail  oğulları  Cüreyci  və  abidliyini  

müzakirə  edirdilər.  Gözəlliyi  dillərə  düşmüş  pozğun  bir  qadın  

vardı.  Dedi:  “Əgər  istəsəniz,  onu  sizin  üçün  fitnəyə  soxaram.”  

(Gedib  özünü)  ona  göstərdi.  Lakin  Cüreyc  ona  fikir  vermədi.  

Bundan  sonra  qadın  Cüreycin  sövməəsində  sığınacaq  tapan  

bir  çobanın  yanına  gəldi.  Ona  onunla  yaxınlıq  etmək  imkanı  

verdi.  O  da  onunla  yaxınlıq  etdi.  Qadın  hamilə  qaldı.  Uşağını  

doğduqda  dedi:  “Bu  uşaq  Cüreycdəndir.”  (İnsanlar)  Cüreycin  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə