Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə16/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   12   13   14   15   16   17   18   19   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

52

“Hicrət  günü  Mədinəyə  gecə  çatmışdıq.  Kişilər  və  qadınlar  



evlərin  üstünə  çıxmış,  qulam  və  xidmətçilər  də  küçələrə  dağı-

lışmışdılar.  (Hamı  Peyğəmbərə)  səslənirdi:  “Ey  Məhəmməd!  Ey  

Allahın  elçisi!  Ey  Məhəmməd!  Ey  Allahın  elçisi!”

1

Qadınlar cəmiyyətə xidmət göstərmişlər

Peyğəmbərin  zamanında  qadınlar  müxtəlif  sosial  fəaliyyət  

sahələrində  insanlara  xidmət  göstərirdilər.  



Bayramda  köməklik.  Əbdülvahid  ibn  Əymən  atasının  belə  

dediyini  rəvayət  etmişdir:  

“Aişənin  

(Allah  ondan  razı  qalsın!)

  yanına  getmişdim.  Əynində  5  

dirhəmlik  pambıq  paltar  vardı.  Aişə  (çətin  günləri  xatırlayaraq)  

dedi:  “Gözünü  qaldır  cariyəmə  bax.  Ona  bax.  O  mənim  pal-

tarımı  evdə  geyinməkdən  xoşlanır.  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

zamanında  bu  cür  paltarım  var  idi.  Mədinədə  

zifaf  gecəsi  üçün  bəzənən  elə  bir  qadın  yox  idi  ki,  onu  (palta-

rımı)  götürmək  üçün  mənə  xəbər  göndərməsin”

2

.

Qonaqlara  yatmaq  və  yemək  şəraitinin  yaradılması.  Fa-



timə  bint  Qeys  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Ümmi-Şərik  ənsarın  varlı  qadınlarından  biri  idi.  Allah  yo-

lunda  çox  xərcləyirdi.  Evinə  çoxlu  qonaqlar  gəlirdi”

3

.  


Sağlamlığa  qayğı.  Ümmi-Əla  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci fəsil. Qadın şəxsiyyəti 

53

“Osman  ibn  Məz`un  evimizdə  (səhhətindən)  şikayətləndiyin-



miş  və  mən  o,  vəfat  edənədək  onun  qayğısına  qalmışdım”

1

.  



Qadınlar cəmiyyətin qorunmasında 

iştirak etmişlər

Peyğəmbərin  zamanında  qadınlar  cəmiyyəti  qorumaq  üçün  

müxtəlif  siyasi  fəaliyyət  növü  ilə  məşğul  idilər.  

Kafirlərin  əlindən  qaçaraq  vətəni  tərk  etmişlər.  Mərvan  

və  Misvər  ibn  Məxrəmə  demişlər:

“...Mömin  qadınlar  hicrət  edərək  gəldilər.  İbn  əbu  Müeytin  

qızı  Ümmi-Gülsüm  də  həmin  gün  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanına  gələnlər  arasında  idi.  Ümmi-Gülsüm  

evlənmə  yaşına  çatmışdı.  Ailəsi  gələrək  Peyğəmbərdən  

(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  tələb  etdi.  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)

  vermədi...”

2

.  


Xəlifəyə  varis  seçmədə  köməklik  etmişlər.  Bu,  müharibə  

şəraitində  dövlətin  təhlükəsizliyini  qorumaq  məqsədi  daşıyırdı.  

İbn  Ömər  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Həfsənin  yanına  getmişdim.  Dedi:  “Xəbərin  oldumu,  atan  

özündən  sonra  heç  kəsi  varis  buraxmayıb?”  Dedim:  “O  bunu  

(əvvəlcədən)  belə  istəyirdi.”  Dedi:  “O,  bunu  edəcəkdir.”  Mən  

 and  verim  ki,  (bu  haqda  gedib  atamla)  danışacağam”

3

.

Zalımın  üzünə  söz  söyləmişlər.  Əbu  Nofəl  demişdir:



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

54

“Abdullah  ibn  Zübeyrin  qətlindən  sonra  Həccac  ibn  Yusif  



əs-Səqəfi  Əsma  bint  Əbubəkrin  yanına  gedərək  dedi:  “Alla-

hın  düşməninə  (oğlu  Abdullah  ibn  Zübeyri  nəzərdə  tuturdu  

–  mütərcim)  nə  etdiyimi  gördünmü?”  Əsma  dedi:  “Gördüm.  

Sən  onun  dünyasını  bərbad  etdin,  o  da  sənin  axirətini  zay  

etdi...  Xəbərdar  ol  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizə  demişdi:  “Səqif ”  (qəbiləsində)  bir  yalançı  və  bir  qantökən  

(və  ya:  canaqıyan)  vardır.  Yalançının  kim  olduğunu  gördük.  

Qantökənə  gəlincə,  onun  ancaq  sən  olduğunu  güman  edirəm.”  

Bunu  eşidən  Həccac  ondan  ayrıldı  və  bir  daha  onun  yanına  

getmədi”


1

.

Qadınlar orduda iştirak etmişlər

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  qa-

dınlar  orduda  münasib  işləri  yerinə  yetirirdilər.  

Təchizat,  təcili  yardım  və  daşıma  işlərini  icra.  Rübəyye  

bint  Müəvviz  demişdir:  

“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

savaşa  çıxırdıq.  

İnsanlara  su  verir,  xidmət  göstərir,  ölü  və  yaralıları  Mədinəyə  

daşıyırdıq”

2

.

Cəbhə  xətt indən  arxada  yemək  hazırlama  və  xəstələrə  



baxma.  Ümmi-Ətiyyə  demişdir:

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci fəsil. Qadın şəxsiyyəti 

55

“Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yeddi  döyüşdə  

iştirak  etmişdim.  Miniklərinin  arxasında  olur,  onlara  yemək  

bişirir,  yaralıları  müalicə  edir,  xəstələrə  baxırdım”

1

.

Qadınlar peşə fəaliyyəti ilə 



məşğul olmuşlar

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  qa-

dınlar  həm  müxtəlif  peşələrlə  məşğul  olur,  həm  də  ailələrinə  

baxırdılar.  



Əkin-biçin.  Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:  

“Xalam  boşanmışdı.  (İddət  vaxtı)  xurma  ağacından  bar  top-

lamaq  istədi.  Amma  bir  şəxs  onu  çölə  çıxmağa  qoymadı.  Xalam  

da  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gedib  

(bunu  ona  danışdı).  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  dedi:  “Əlbətt ə.  Xurma  ağacının  barını  topla.  Ola  bilsin  ki,  

(bu  bardan)  sədəqə  çıxar,  ya  da  (onunla)  bir  yaxşılıq  edərsən”

2

.  



Çobanlıq.  Sə`d  ibn  Muaz  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Kə`b  ibn  Malikin  bir  cariyəsi  qoyunları  Səldə

3

  otarırdı.  (Bir  



dəfə)  qoyunlardan  biri  yaralanmışdı.  Cariyə  özünü  yetirib  onu  

daşla  kəsmişdi.  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  


haqda  soruşanda  demişdi:  “Ətini  yeyə  bilərsiniz”

4

.  



1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Dağ  adı

4

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə