Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə24/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   20   21   22   23   24   25   26   27   ...   158

İkinci fəsil. İslamda qadının üstün mövqeyi 

79

dim:  “Ey  Allahın  rəsulu,  evə  getməyimə  izn  verərsənmi?”  (Evə  



gəlib)  zövcəmə  dedim:  “Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

elə  bir  vəziyyətdə  gördüm  ki,  dözə  bilmədim.  (Yeməyə)  bir  

şey  varmı?”  (Zövcəm)  dedi:  “Evdə  bir  qədər  arpa  və  bir  keçi  

var.”  Mən  keçini  kəsdim,  (zövcəm  isə)  arpanı  üyütdü.  Sonra  əti  

qazana  qoyduq.  Sonra  mən  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

yanına  getdim.  Artıq  xəmir  mayalanmışdı,  qazandakı  

ət  də  bişib  hazır  olmaq  üzrə  idi.  (Peyğəmbərə)  dedim:  “(Evdə)  

azacıq  yeməyimiz  var.  Dur,  ey  Allahın  rəsulu,  bir-iki  nəfər  

götür  (gedək  bizə).”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Nə  qədər  yemək  var?”  Mən  ona  (yeməyin  qədərini)  

bildirdikdə  dedi:  “Nə  çoxdur!  Necə  də  yaxşıdır!”  Sonra  buyur-

du:  “Zövcənə  de  ki,  mən  gələnədək  nə  qazanın  qapağını  açsın,  

nə  də  çörəyi  təndirdən  çıxarsın.”  Bundan  sonra  (Peyğəmbər  

gəlib  səhabələrinə:)  “Qalxın!”  –  dedi  və  mühacirlərlə  ənsar

1

  

qalxıb  (onunla  getdi).  



Cabir  zövcəsinin  yanına  daxil  olduqda  qadına  dedi:  “Vay  

halına!  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mühacirlərlə,  

ənsarla  və  onların  yanında  olanlarla  gəlir.”  Qadın  (ona)  dedi:  

“O  səndən  bir  şey  soruşdumu?”  (Cabir  dedi:)  “Mən:  “Bəli”,  

–  deyə  cavab  verdim.  (Bu  vaxt)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

səhabələrinə  dedi:  “İçəri  keçin,  basabas  salmayın!”

2

  

Hafiz  ibn  Həcər  demişdir:



“Qadının  “O  səndən  bir  şey  soruşdumu?”  sözü  bu  mətndə  

ixtisarla  verilib.  Yunis  ibn  Bükeyr  “Ziyadat  əl-məğazi”  kitabın-

1

 Mühacirlər  –  Məkkədən  Mədinə  köçmüş,  ənsar  isə  onlara  qucaq  açıb  



kömək  etmiş  mədinəli  müsəlmanlar  idilər  –  tərcüməçinin  qeydi.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

80

da  bu  hadisəni  belə  izah  edib:  “(Cabir  dedi:)  “(Çoxlu  insanın  



gəldiyini  görüb)  elə  utandım  ki,  necəliyini  ancaq  Qüdrətli  və  

Böyük  Allah  bilir.  Öz-özümə  dedim:  “Bir  ovucluq  arpa  və  

keçi  üçün  bu  qədər  adam  gəlir.”  Zövcəmin  yanına  girib  de-

dim:  “Biabır  oldum!  Peyğəmbər  xəndəkdəki  hər  kəsi  gətirib.”  

(Zövcəm)  dedi:  “Peyğəmbər  səndən  yeməyin  qədərini  soruş-

dumu?”  “Bəli!”  –  dedim.  Dedi:  “Allah  və  peyğəmbəri  yaxşı  bilir  

ki,  biz  ona  bizdə  olanların  qədərini  bildirmişik.”  Bundan  sonra  

qəmdən  qurtuldum.  (Hafiz  ibn  Həcər  deyir:)  “Bu  söz  qadının  

bitkin  zəkasına,  üstün  əxlaqına  dəlalət  edir”

1

.



Qadınlar müsibətlərə səbir göstərmişlər

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Bədr  günü  Harisə  şəhid  olmuşdu.  Uşaq  idi.  Anası  Peyğəm-

bərin  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlib  dedi:  “Ey  

Allahın  rəsulu,  Harisənin  mənim  üçün  nə  qədər  əziz  oldu-

ğunu  bilirsən.  Əgər  cənnətə  düşübsə,  səbir  göstərim,  savabı-

nı  Allahdan  umum.  Yox,  deyilsə,  nə  edəcəyimi  de?  (başqa  

bir  rəvayətdə  deyilir:  “Yox,  deyilsə,  ona  hey  ağlayacağam”)”  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ey  Ümmi-

Harisə!  Həqiqətən,  cənnətdə  bağlar  vardır!  Və  sənin  oğlun,  heç  

şübhəsiz,  Firdovsdadır!”

2

  

1



 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VIII  cild,  səh.  401.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci fəsil. İslamda qadının üstün mövqeyi 

81

Qadınlar iffətlərinə sadiq qalmışlar

İbn  Ömər  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

deyib:  


“Üç  nəfər  səfərə  çıxmışdı.  Piyada  ikən  yağışa  tuş  gəldilər.  

Dağda  bir  mağaraya  çəkildilər.  Bu  zaman  bir  qaya  parçası  

düşərək  (mağaranın  ağzını)  qapadı.  Onlar  bir-birlərinə  dedilər:  

“Etdiyiniz  ən  yaxşı  əməllə  Allaha  dua  edin  (ki,  bəlkə,  bunun  

sayəsində  qaya  parçasından  xilas  olasınız).”  

Onlardan  biri  dedi:  “Allahım!  Mənim  qoca  ata-anam  var  idi.  

Mən  (sürümlə  örüşə)  çıxır,  onları  otarır,  sonra  qayıdır,  onları  

sağır,  südünü  gətirirdim.  Südü  ata-anama  gətirirdim,  onlar  da  

içirdilər.  Sonra  uşaqlarıma,  ailəm  və  zövcəmə  verirdim.  Bir  

gecə  bir  işə  görə  ləngidim.  Gəldikdə  gördüm  ki,  ata-anam  ya-

tıblar.  Onları  oyatmaq  istəmədim.  Uşaqlarım  ayağımın  başında  

hey  ağlayırdılar,  (amma  mən  valideynlərimdən  əvvəl  onlara  süd  

vermək  istəmirdim).  Həmin  gecə  mən  onları  gün  doğanadək  

gözlədim  (ayıldıqları  zaman  südü  onlara  içirdim).  Allahım,  əgər  

mən  bunu  sənin  razılığın  üçün  etmişəmsə,  bizi  (bu  qaya  par-

çasına  görə  düşdüyümüz  çətinlikdən)  qurtar!”  Bundan  sonra  

(mağaranın  ağzı)  bir  balaca  açıldı,  (lakin  onlar  bayıra  çıxa  

bilmədilər).  

Digəri  dedi:  “Allahım!  Sən  yaxşı  bilirsən  ki,  mən  əmi  qız-

larımdan  birini  bir  kişi  bir  qadını  necə  bərk  sevirsə,  elə  sevir-

dim  (Müslimin  versiyasında  deyilir:  “Onunla  yaxınlıq  etmək  

istədim,  amma  imtina  etdi.  Sonra  aclıq  oldu  və  o,  mənim  ya-

nıma  gəldi).  Mən  ona  sevgimi  bəyan  etdiyimdə  (atası)  dedi:  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə