Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə25/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   21   22   23   24   25   26   27   28   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

82

“Ona  yüz  dinar  vermədikcə  ona  sahib  ola  bilməzsən.”  Mən  də  



səy  göstərib  (yüz  dinarı)  topladım  (Gətirib  qıza  verdim).  Elə  

ki  ayaqları  arasında  əyləşdim,  dedi:  “Allahdan  qorx!  Bəkarəti  

ancaq  haqq  sayılanla  (nikahla)  poza  bilərsən.”  Mən  də  ayağa  

qalxdım  və  onu  tərk  edib  getdim.  Allahım,  əgər  mən  bunu  

sənin  razılığın  üçün  etmişəmsə,  bizi  (bu  qaya  parçasına  görə  

düşdüyümüz  çətinlikdən)  qurtar!”  Bundan  sonra  (mağaranın  

ağzının)  üçdə  ikisi  açıldı,  (lakin  onlar  bayıra  çıxa  bilmədilər).  

Üçüncüsü  dedi:  “Allahım!  Sən  yaxşı  bilirsən  ki,  mən  müəy-

yən  miqdar  darı  müqabilində  bir  işçi  tutmuşdum.  (İşini  başa  

vurduqdan  sonra)  darını  ona  verdim,  amma  almadı.  Vaxtı  

gələndə  darını  əkdim.  Sonra  onunla  inəklər  və  çoban  aldım  (bu  

minvalla  mal-qara  artıb-çoxaldı).  Xeyli  vaxt  keçdikdən  sonra  

həmin  adam  gəlib  dedi:  “Ey  Allahın  qulu,  mənim  zəhmət  haq-

qımı  ver!”  Mən  ona  dedim:  “Get  bu  inəkləri  və  çobanı  götür  

(sənin  zəhmət  haqqındır).”  Dedi:  “Mənə  istehza  edirsənmi?”  

Dedim:  “Mən  sənə  istehza  etmirəm.  Onlar  sənindir.”  (Bundan  

sonra  adam  mal-qaranı  sürüb  apardı).  Allahım,  əgər  mən  bunu  

sənin  razılığın  üçün  etmişəmsə,  bizi  (bu  qaya  parçasına  görə  

düşdüyümüz  çətinlikdən)  qurtar!”  Bundan  sonra  (mağaranın  

ağzı)  açıldı  (və  onlar  oradan  çıxdılar)”

1

.  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci fəsil. İslamda qadının üstün mövqeyi 

83

Qadınlar günahlarını tez etiraf etmişlər

Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  və  Zeyd  ibn  Xalid  əl-

Cühəni  demişlər:

“Bir  kişi  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


gəlib  dedi:  “Ey  Allahın  rəsulu,  səni  Allaha  and  verirəm,  bizə  

Allahın  kitabı  ilə  hökm  kəs.”  Onun  rəqibi  də  –  ondan  daha  

ağıllı  və  bilikli  idi  –  dedi:  “Doğru  deyir,  bizə  Allahın  kitabı  ilə  

hökm  kəs,  mənə  də  izn  ver,  ey  Allahın  rəsulu!”  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Danış  (görək  nə  olub?)”  Dedi:  

“Oğlum  bunun  ailəsinin  yanında  günəmuzd  işləyirdi.  Onun  

qadını  ilə  yaxınlıq  etdi.  Ona  yüz  qoyun  və  xidmətçi  verdim.  

Sonra  elm  əhli  insanlardan  (bu  haqda)  soruşdum.  Dedilər  ki,  

“Oğluna  yüz  şallaq  vurulmalı,  birilliyinə  sürgün  olunmalıdır.  

Bunun  qadınına  isə  daşqalaq  düşür.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

dedi:  “Canımı  əlində  tutan  Allaha  and  olsun  

ki,  aranızda  Allahın  kitabı  ilə  hökm  verəcəyəm.  Yüz  qoyun  və  

xidmətçi  sənə  geri  qaytarılacaq.  Oğluna  yüz  qamçı  vurulmalı  

və  o,  birilliyinə  sürgün  edilməlidir.  Ey  Üneys,  həmin  qadının  

yanına  get,  zina  edib-etməməyi  haqda  soruş.  Boynuna  alarsa,  

daşqalaq  et.”  Qadın  günahını  boynuna  aldı  və  (Üneys)  onu  

daşqalaq  etdi”

1

.  


İbn  əbu  Müleykə  rəvayət  etmişdir  ki,  (bir  dəfə)  iki  qadın  

bir  evdə  (və  ya  bir  otaqda)  biz  ilə  dəri  çarıq  tikirdilər.  Bu  vaxt  

onlardan  biri  əlinə  biz  batmış  halda  bayıra  çıxdı  və  bizi  o  biri  

qadının  onun  əlinə  batırdığını  iddia  etdi.  (Mübahisəni  həll  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

84

etmək  üçün)  İbn  Abbasa  müraciət  edildikdə  dedi:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Əgər  insanlara  iddia-

larına  görə  (hər  şey)  verilsəydi,  başqalarının  qanı  və  malı  tap-

danmış  olardı.  İtt iham  edilən  o  qadına  Allahı  xatırladın  və  bu  

ayəni  ona  oxuyun:  “Həqiqətən  də,  Allah  ilə  olan  əhdlərini  və  

andlarını  ucuz  qiymətə  satan  kəslər  üçün  axirətdə  heç  bir  pay  

yoxdur...”  Qadına  bunu  xatırlatdılar,  o  da  (etdiyini)  boynuna  

aldı”


1

.

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  


Üçüncü fəsil

MÜSƏLMAN QADIN ŞƏXSİYYƏTLƏR VƏ 

ONLARIN ÖZ HÜQUQ VƏ VƏZİFƏLƏRİNİ 

DÜZGÜN BAŞA DÜŞMƏLƏRİ

Ümmi-Sələmə  rəvayət  edir  ki,  (bir  dəfə)  o,  saçını  darayarkən  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

minbərdən  “Ey  in-

sanlar!”  –  deyə  səsləndiyini  eşitmiş,  saçını  darayan  cariyəyə  de-

mişdi:  “Mənə  bir  az  möhlət  ver.”  Cariyə  demişdi:  “Peyğəmbər  

ancaq  kişiləri  çağırdı,  qadınları  ki  deyil!”  Ümmi-Sələmə  demiş-

di:  “(Nə  olsun  ki?!)  Mən  də  insanam”

1

.

Qadınlar Peyğəmbərdən onlara daha 



çox bilik öyrətməsini istəmişlər

Rəvayət  olunur  ki,  Əbu  Səid  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlib  dedi:  “Kişilər  sənin  söhbətlərinə  hey  qu-

laq  asırlar  (başqa  bir  rəvayətdə:  kişilər  bizi  (bilik  öyrənmədə)  

üstələyiblər).  Biz  qadınlara  da  bir  gün  ayır  ki,  həmin  gün  gələk,  

sən  də  bizə  Allahın  sənə  öyrətdiyini  öyrədəsən.”  Peyğəmbər  

dedi:  “Filan  gün  filan  yerdə  toplanın.”  Onlar  da  toplandılar.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onların  yanına  gəlib,  

onlara  Allahın  ona  öyrətdiyindən  öyrətdi.  Sonra  dedi:  “Sizdən  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə