Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...
89
Xəs`əmli qadın atasının yerinə həcc
edib-etməməyin hökmünü araşdırır
Rəvayət edilir ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“Qurbankəsmə günü Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
Fəzl ibn Abbası miniyinin təkinə mindirmişdi. Bu əsnada
Xəs`əm qəbiləsindən gözəl bir qadın onların yanına gəlib Pey-
ğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Ey Allahın
rəsulu, Allahın qullarına (yüklədiyi) həcc öhdəliyi atamı çox
yaşlı ikən haqlayıb. Atam heç miniyinə də minə bilmir. Onun
yerinə həcc edə bilərəmmi?” Peyğəmbər buyurdu: “Bəli, (edə
bilərsən)”
1
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
90
QADIN ƏR SEÇMƏK HAQQINA SAHİBDİR
Xənsa bint Xidam istəmədiyi üçün
evlənməkdən şikayət edir
Rəvayət olunur Qasim demişdir:
“Cəfəroğullarından bir qadın qəyyumunun onu istəməyə-
istəməyə evləndirməsindən çəkinmiş, bunu ənsardan iki yaşlı
şəxsə: Əbdürrəhman və Məcməyə bildirmişdi. Onlar demişdi-
lər: “Qorxma! (Yadımıza gəlir ki,) Xənsa bint Xidamı atası
zorla evləndirmiş, Peyğəmbər də
(Ona Allahın xeyir-duası və salamı olsun!)
(bunu eşitdikdə) onun nikahını geri qaytarmışdı (pozmuşdu)”
1
.
Peyğəmbər istəsə də, Bərirə
haqqından vaz keçmir
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Bərirə haqqında üç hökm mövcud olmuşdur. Birincisi bu-
dur ki, o, azad edildikdən sonra ərindən sərbəst şəkildə boşan-
mışdı...”
2
.
Rəvayət olunur ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
deyib:
“Bərirənin əri Müğis adlı kölə idi. Qadının dalınca düşməyi,
göz yaşlarının axıb saqqalına tökülməyi hələ də gözümün qa-
bağından getmir. (Bu zaman) Peyğəmbər
(Ona Allahın xeyir-duası və
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...
91
salamı olsun!)
Abbasa demişdi: “Ey Abbas, sən Müğisin Bərirəyə
aşiq olduğuna, Bərirənin də Müğisə nifrət etdiyinə təəccüblən-
mirsənmi?” Daha sonra Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
Bərirəyə demişdi: “Bəlkə, ona qayıdasan.” (Bərirə) dedi:
“Ey Allahın rəsulu, bunu mənə əmr edirsənmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Mən sadəcə bunu onun
üçün istəyirəm (və ya: ona havadarlıq edirəm).” Qadın dedi:
“Elə isə mənim ona (ərimə – mütərcim) ehtiyacım yoxdur”
1
. –
Hafiz ibn Həcər demuşdir:
“Bərirənin “Bunu mənə əmr edirsənmi?” sözündən məlum
olur ki, o, Peyğəmbərin ona təklifini vacib təklif hesab et-
miş, bu üzdən təfsilat üçün soruşmuşdu: “Bu, riayət edəcəyim
əmrdir, yoxsa adi tövsiyədir?”
Hədisdən bu nəticə çıxır ki, tövsiyə olunan şəxs vacib sayıl-
mayan məsələlərdə tövsiyə edənlə razılaşmaya bilər.
Hədisdən o da məlum olur ki, zərər və məcburiyyətin olma-
dığı məsələlərdə hakimin məhkuma havadarlıq edib, canıyanan-
lıq göstərməsi müstəhəbdir
2
. Havadarlıq edənin nüfuzu yüksək
olsa da, onunla razılaşmayana məzəmmət düşmür.
Bərirənin gözəl əxlaqındadır ki, o, havadarlığı qaba şəkildə
rədd etməmiş, əksinə: “Mənim ona (ərimə) ehtiyacım yoxdur”,
– deməklə kifayətlənmişdi”
3
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Bəyəniləndir
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 334-335.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
92
Qadın yaxşı ər seçə,
özünü ona təklif edə bilər
Rəvayət olunur ki, Səhl ibn Sə`d deyib:
“Bir qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-
na gələrək dedi: “Ey Allahın rəsulu, özümü sənə hədiyyə etmək
üçün gəlmişəm.” Görəndə ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
onun barəsində bir şey demədi, əyləşdi...”
1
.
Rəvayət olunur ki, Sabit əl-Bənani deyib:
“Ənəslə birlikdə idim. Qızlarından biri yanında idi. Ənəs
dedi: “(Bir dəfə) bir qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
yanına gələrək özünü ona təklif etdi: “Ey Allahın
rəsulu, sənin mənə ehtiyacın yoxdur ki?” Bu zaman Ənəsin
qızı müdaxilə etdi: “Onun həyası nə qədər azmış! Ayıb olsun!
Ayıb olsun!” Ənəs ona dedi: “O, səndən yaxşı idi. Peyğəmbəri
sevmiş, özünü ona təklif etmişdi”
2
.
Buxari bu hədisi “Qadının özünü əməlisaleh kişiyə təklif
etməsi” başlığı altında göstərmişdir.
“İbn Münir demişdir: “Buxari burada çox incə məqama to-
xunub. O, özünü hədiyyə edən qadının əhvalatındakı məxsusiliyi
(xüsusi məzmunu) bildiyindən hədisdən qeyri-adi sayılmayan
bir qayda çıxarmışdır: qadın, əməlisalehliyinə vurğun olarsa,
özünü əməlisaleh kişiyə təklif edə bilər! Belə hərəkət etmək
ona caizdir”
3
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 79.
Dostları ilə paylaş: |