Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...
97
buyurdu: “Onlara həm qohumluq savabı, həm də sədəqə sava-
bı vardır”
1
.
Qadınlar məsciddə ümumi toplantılara
dəvəti qəbul edirdilər
Rəvayət olunur ki, Fatimə bint Qeys
(Allah ondan razı qalsın!)
de-
yib:
“İnsanlara haray çəkildi ki, “Namaz cəm edəndir!” Mən də
gedənlərə qoşulub getdim. Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
birlikdə namaz qıldım. Camaatın arxasında, qadınların
səfində öndə dayanmışdım...”
2
.
Ümmi-Gülsüm bint əbu Müeyt
gənc qız ikən ailəsindən ayrılmış, dinini
qorumaq üçün hicrət etmişdir
Rəvayət olunur ki, Mərvan və Misvər ibn Məxrəmə Pey-
ğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səhabələrinə istinadən
demişlər:
“...Mömin qadınlar hicrət edərək gəldilər. İbn əbu Müeytin
qızı Ümmi-Gülsüm də həmin gün Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yanına gələnlərin arasında idi. Ümmi-Gülsüm
evlənmə yaşına çatmışdı. Ailəsi gələrək Peyğəmbərdən
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
onu istəsə də, vermədi...”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
98
Ümmi-Həram dəniz döyüşünə çıxıb şəhid
olmaq üçün Peyğəmbərdən izn istəyir
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Quba torpaqlarına
gedərkən Ümmi-Həram bint Məlhanın qonağı olurdu. Ümmi-
Həram ona yemək verirdi. (Həmin vaxtlar) Ümmi-Həram
Übadə ibn əs-Samitin zövcəsi idi. Bir dəfə Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
onun yanına getdi, o da Peyğəmbərə
(adəti üzrə) yemək verdi. Peyğəmbər (yeməyi yedikdən sonra)
yatdı. Ayıldıqda gülürdü. (Ümmi-Həram deyir:) “Soruşdum:
“Ey Allahın rəsulu, nə üçün gülürsən?” Dedi: “Gördüm ki,
ümmətimdən bir dəstə insan bu dənizin üstü ilə hökmdarlar
taxta oturubmuş kimi yürüşə çıxıblar.” Bu zaman Ümmi-Həram
dedi: “Allaha dua et ki, məni də onlardan etsin!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dua etdikdən sonra yatdı. Ayıldıq-
da gülürdü. (Ümmi-Həram deyir:) “Dedim: “Ey Allahın rəsulu,
nə üçün gülürsən?” Dedi: “Gördüm ki, ümmətimdən bir dəstə
insan bu dənizin üstü ilə hökmdarlar taxta oturubmuş kimi
yürüşə çıxıblar.” (Başqa bir rəvayətdə deyilir: “Ümmətimdən
Qeysərin şəhərinə yürüş edən ilk ordunun günahları bağış-
lanıb”) Dedim: “Allaha dua et ki, məni də onlardan etsin!”
Peyğəmbər dedi: “Sən birincilərdənsən”.
Ümmi-Həram (sonralar) Müaviyənin dövründə (gəmilərə)
minmiş, dənizdən çıxdığı vaxt atından yıxılaraq həlak olmuşdu”
1
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...
99
Ümmi-Hani himayə etdiyi şəxs üçün
qardaşından Peyğəmbərə şikayət edir
Rəvayət olunur ki, Ümmi-Hani bint əbu Talib
(Allah ondan razı
qalsın!)
deyib:
“Fəth ili Peyğəmbərin yanına getmişdim. Salam verdim. Dedi:
“Xoş gördük, Ümmi-Hani!” Dedim: “Ey Allahın rəsulu, anamın
oğlu (qardaşım) Əli dedi ki, himayəmdə olan (aman verdiyim)
şəxsi – Hübeyrənin oğlu filankəsi öldürəcək.” Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Sənin himayəndə olan – bizim
də himayəmizdədir, ey Ümmi-Hani!”
1
Hind bint Ütbə müsəlman olduqdan sonra
Peyğəmbəri alqışlayıb-salamlayır
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Hind bint Ütbə (Peyğəmbərin yanına) gələrək dedi: “Ey
Allahın rəsulu, (bundan əvvəl) yer üzündə sənin nəslin qədər
Allahın zəlil etməsini istədiyim başqa nəsil yox idi. İndi isə yer
üzündə sənin nəslin qədər Allahın güclü etməsini istədiyim
digər nəsil yoxdur.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Canımı əlində tutan Allaha and olsun ki, bir də de...”
2
.
Hafiz ibn Həcər demişdir:
“Hədis göstərir ki, Hind zəkada zirək, danışıqda bacarıqlı
olmuşdur”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, VIII cild, səh. 142.