Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə26/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   22   23   24   25   26   27   28   29   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

86

elə  birisi  yoxdur  ki,  övladlarından  üçünü  tərbiyə  etsin,  onlara  



savad  versin,  bu  da  onu  cəhənnəmdən  qorumasın.”  Bir  qadın  

soruşdu:  “Ey  Allahın  rəsulu,  iki  uşaq  da  olsa,  belədirmi?”  (və  

dediyini  iki  dəfə  təkrarladı).  Peyğəmbər  də  üç  dəfə:  “ikisi  də,  

ikisi  də,  ikisi  də”,  –  dedi”

1

.  


Hafiz  ibn  Həcər  demişdir:

“...Hədisdə  göstərilir  ki,  səhabələrin  qadınları  dini  məsələləri  

öyrənməyə  çox  istəkli  idilər”

2

.



Doğrudan  da,  həmin  dövrdə  qadınlar  bilik  qazanıb,  elm  

öyrənməyə  son  dərəcə  rəğbət  göstərirdilər.  Bu  səbəbdən  ki-

şilərlə  birlikdə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

söhbətlərində  iştirak  etməklə  kifayətlənməmiş,  əksinə,  ondan  ay-

rıca  dərslər  tələb  etmişdilər.  Peyğəmbər  də  onların  bu  rəğbətini  

təqdir  etmiş,  istəklərini  gecikmədən  yerinə  yetirmişdi

3

.  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  I  cild,  səh.  207.  



3

 İslam  tarixində  bu  ənənə  sonralar  da  davam  etmişdir.  Məsələn,  XIV  

əsrdə  İmam  Zeynəb  bint  Abbas  əl-Bağdadiyyə  adlı  xanım  dərin  biliyə  

sahib  idi.  Bu  mömin  və  ixlaslı  qadın  fi qhi  yaxşı  bilir,  yaxşılığa  çağırıb,  

pisliklərdən  çəkindirirdi.  İmam  Zeynəb  Şeyx  Təqiyyəddin  ibn  Teymiyyənin  

dərslərində  iştirak  etmiş,  ondan  çox  şey  öyrənmişdi.  Şeyxülislam  ibn  

Teymiyyə  onu  “elm  və  fəzilət  sahibi”  adlandırmışdı.  İbn  Teymiyyə  çoxlu  

sualları  və  iti  dərrakəsinə  görə  ona  xüsusi  vaxtlarda  ayrıca  dərs  keçərmiş  

–  tərcüməçinin  qeydi.  



Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

87

Əsma bint Şəkəl dini yaxşı öyrənmək 



üçün utanıb-sıxılmamışdır

Həzrəti  Aişə  rəvayət  edir  ki,  (bir  dəfə)  Əsma  bint  Şəkəl  

(gələrək)  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

aybaşı  


qüslü  haqqında  soruşdu.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedi:  “Sizdən  biri  suyunu  və  kisəsini  hazırlasın.  Sonra  

suyu  başına  töksün  və  yaxşıca  ovxalasın  ki,  su  saçların  dibinə  

çatsın.  Sonra  (bədəninə)  su  töksün,  əlinə  müşk  sürtülmüş  kisə  

(bez  parçası)  alıb  təmizlənsin.”  Əsma  soruşdu:  “Onunla  necə  

təmizlənsin?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Sübhənallah!  Onunla  təmizlənirsən  də!”  Bu  zaman  Həzrəti  

Aişə  (söhbətə  qarışaraq)  alçaq  səslə  (Əsmaya)  dedi:  “Qanın  izi  

qalan  yerə  sürtərsən.”  Sonra  Əsma  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

cünubluq  qüslü  haqqında  soruşdu.  Peyğəmbər  

dedi:  “Su  hazırlayıb,  təmizlənsin,  özü  də  yaxşıca  təmizlənsin.  

Sonra  suyu  başına  töküb  ovxalasın  ki,  su  saçların  dibinə  çatsın.  

Daha  sonra  bədəninə  su  töküb  (yusun).”  Bunu  eşidən  Aişə  

dedi:  “Ənsar  qadınları  nə  yaxşıdır!  Dini  yaxşı  öyrənmək  üçün  

həyaları  onlara  mane  deyildir”

1

.  



Sübey`ə bint əl-Haris doğrunu 

öyrənməyin yolunu yaxşı bilir

Rəvayət  olunur  ki,  Sübey`ə  bint  əl-Haris  əl-Əsləmiyyə  de-

mişdir:  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

88

“Sə`d  ibn  Xövlənin  zövcəsi  idim.  Sə`d  isə  Bəni-Amir  ibn  



Luə  qəbiləsindən  idi.  Bədr  döyüşündə  iştirak  etmiş,  Vida  həcci  

zamanı  vəfat  etmişdi.  Bu  zaman  ondan  hamilə  idim.  Çox  keç-

mədi  ki,  uşaq  dünyaya  gətirdim.  Nifasdan  təmizləndikdən  son-

ra  nişan  üçün  geyinib-bəzəndim.  (Bu  zaman)  Bəni-Əbdüddar  

qəbiləsindən  Əbu  Sənabil  ibn  Bə`kək  yanıma  gələrək  dedi:  

“Görürəm  ki,  nişanlanmaq  üçün  bəzənib-düzənmişsən.  And  

olsun  ki,  dörd  ay  on  gün  keçmədən  səninlə  kimsə  evlənməz.”  

Ondan  bunu  eşitdiyimdə...  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

yanına  gedib,  ondan  bu  haqda  soruşdum.  Bildirdi  ki,  

uşaq  doğduqdan  sonra  (evlənmək  üçün  kişilərə)  halalam.  Onu  

da  buyurdu  ki,  istəsəm,  evlənə  bilərəm”

  1

.

Hafiz  ibn  Həcər  demişdir:



“Sübey`ənin  başına  gələnlərdə  faydalı  məqamlar  vardır.  Onun  

zəkası  və  gözüaçıqlığı  imkan  vermişdir  ki,  (Əbu  Sənabilin)  de-

diklərindən  tərəddüdə  düşsün  və  bu  tərəddüdünü  Peyğəmbərə  

bildirib  izah  istəsin.  Elə  isə  müft inin  və  ya  hakimin  ictihad  

mövzularına  dair  fitvasından  şübhələnən  kəs  həmin  məsələyə  

dair  dini  mətn  (ayə  və  hədis)  axtarsın.  

Bu  hadisənin  digər  ibrətamiz  cəhəti  budur  ki,  qadın  onu  aid  

məsələni  –  hətt a  qadınların  soruşmağa  utandıqları  məsələ  olsa  

da,  –  birbaşa  soruşub  öyrənmişdir”

2

.  



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  400-401.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə