Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə22/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   18   19   20   21   22   23   24   25   ...   158

İkinci fəsil. İslamda qadının üstün mövqeyi 

73

rini  hökmdara  nişan  verdi.  Rahibi  gətirdilər.  Hökmdar  rahibə  



dedi:  “Dinindən  vaz  keç.”  Rahib  imtina  etdikdə  hökmdar  mi-

şar  istədi.  Və  mişarı  rahibin  başının  ortasına  qoyub  onu  ikiyə  

şaqqaladı.  Sonra  hökmdarın  həmsöhbətini  gətirdilər.  Hökmdar  

ona  dedi:  “Dinindən  vaz  keç.”  Kişi  imtina  etdikdə  hökmdar  

mişarı  həmsöhbətinin  başının  ortasına  qoyub  onu  ikiyə  şaqqa-

ladı.  Sonra  uşağı  gətirdilər.  Hökmdar  ona  dedi:  “Dinindən  vaz  

keç.”  Uşaq  imtina  etdikdə  hökmdar  onu  bir  neçə  xidmətçisinə  

tərəf  itələyərək  dedi:  “Onu  filan  dağa  aparın.  Dağa  çıxarın.  

Zirvəsinə  çatdığınızda,  dinindən  yenə  də  vaz  keçməzsə,  aşağıya  

atın.”  Uşağı  aparıb,  dağa  çıxardılar.  Uşaq  dua  etdi:  “Allahım!  

Onlara  qarşı  istədiyin  şeylə  mənə  bəs  et!”  Bu  zaman  dağ  onları  

silkələdi,  onlar  da  aşağıya  yıxıldılar.  Uşaq  hökmdarın  yanına  

qayıtdı.  Hökmdar  ona  dedi:  “Dostlarım  nə  etdilər?”  Uşaq  dedi:  

“Onlara  qarşı  Allah  mənə  bəs  etdi.”  Bunu  eşidən  hökmda-

rın  onu  bir  neçə  dostuna  tərəf  itələyərək  dedi:  “Onu  aparıb  

gəmiyə  mindirin.  Dənizin  ortasına  çatdıqda  yenə  də  dinindən  

dönməzsə,  suya  atın.”  Uşağı  götürüb  apardılar.  Uşaq  yenə  də  

dua  etdi:  “Allahım!  Onlara  qarşı  istədiyin  şeylə  mənə  bəs  et!”  

Bu  zaman  gəmi  çevrildi  və  onlar  boğuldular.  Uşaq  gəzərək  

hökmdarın  yanına  qayıtdı.  Hökmdar  ona  dedi:  “Dostlarım  nə  

etdilər?”  Uşaq  dedi:  “Onlara  qarşı  Allah  mənə  bəs  etdi.”  Sonra  

hökmdara  dedi:  “Sənə  əmr  etdiyimi  yerinə  yetirmədikcə  məni  

öldürə  bilməyəcəksən.”  Hökmdar  soruşdu:  “Nədir  o?”  Uşaq  

dedi:  “İnsanları  bir  təpəyə  yığ.  Sonra  məni  ağacda  dara  çək.  

Daha  sonra  oxqabımdan  bir  ox  götürüb  yaya  qoy.  Bundan  

sonra:  “Bu  oğlanın  rəbbi  olan  Allahın  adı  ilə!”  –  deyib  oxu  

mənə  at.  Əgər  belə  etsən,  məni  öldürə  biləcəksən.”  Hökmdar  



Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

74

insanları  bir  təpəyə  yığdı.  Sonra  uşağı  ağacda  dara  çəkdi.  Daha  



sonra  onun  oxqabından  bir  ox  götürüb  yaya  qoydu.  “Oğlanın  

rəbbi  olan  Allahın  adı  ilə!”  –  deyərək  oxu  ona  atdı.  Ox  uşağın  

gicgahına  dəydi.  Uşaq  əlini  gicgahına,  oxun  dəydiyi  yerə  qoydu  

və  öldü.  Bunu  görən  insanlar  dedilər:  “Oğlanın  rəbbinə  iman  

gətirdik!  Oğlanın  rəbbinə  iman  gətirdik!  Oğlanın  rəbbinə  iman  

gətirdik!”  Dərhal  (bəziləri)  hökmdarın  yanına  gedərək  dedilər:  

“Gördünmü,  qorxduğun  başına  gəldi:  insanlar  iman  etdilər.”  

Bunu  eşidən  hökmdar  əmr  etdi  ki,  yolların  üstündə  çalalar  qa-

zılsın.  Çalalar  qazıldı  və  tonqallar  yandırıldı.  Və  car  çəkildi  ki,  

“Kim  dinindən  dönməzsə,  onu  buraya  (tonqallara)  atın.”  Car  

çəkiləni  etdilər.  Axırda,  növbə  qadına  və  yanındakı  uşağa  çat-

dı.  Qadın  xəndəyə  atılmağa  ürək  etmirdi.  Bu  zaman  uşaq  ona  

dedi:  “Anacığım,  səbir  göstər.  Sən  ki  haqq  üzrəsən!”

1

  



Bu  qadın  Həzrəti  Məhəmmədin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

peyğəmbər  olaraq  göndərilməsindən  əvvəl  könlünü  Allaha  

təslim  etmiş,  Onun  haqq  dinini  seçmiş,  Allah  yolunda  canını  

fəda  etmişdi.



Qadınlar kamilləşməyə can atmışlar

Rəvayət  olunur  ki,  Əta  ibn  əbu  Rəbah  deyib:  

“(Bir  dəfə)  İbn  Abbas  mənə  dedi:  “Sənə  cənnətlik  bir  qa-

dın  göstərimmi?”  “Bəli”,  –  dedim.  Dedi:  “(Bir  vaxtlar)  bu  

qara  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


gələrək  demişdi:  “Mən  (bəzən)  özümdən  gedirəm  və  üstüm-

başım  açılır.  Mənim  üçün  Allaha  dua  et.”  Peyğəmbər  demişdi:  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci fəsil. İslamda qadının üstün mövqeyi 

75

“Əgər  istəsən,  səbir  göstər.  Onda  cənnəti  qazanarsan.  Yox,  əgər  



istəsən,  Allaha  dua  edim  sənə  can  sağlığı  versin.”  Qadın  de-

mişdi:  “Mən  səbir  edərəm.  Amma  mənim  üstüm-başım  açılır,  

Allaha  dua  et  ki,  üstüm-başım  açılmasın.”  Peyğəmbər  də  onun  

üçün  dua  etmişdi”

1

.  


Qadınlar ibadətə həris idilər

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məscidə  

gəldiyində  iki  dirək  arasına  çəkilmiş  ip  görüb  soruşdu:  “Bu  nə  

ipdir?”  (Məsciddəkilər:)  “Bu,  Zeynəbin  ipidir.  (Namaz  qılıb)  

yorulduqda  ondan  tutur.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedi:  “Yox!  Açın  onu.  Biriniz  özünü  gümrah  hiss  etdikcə  

namaz  qılsın.  Yorulduqda  isə  otursun”

2

.



Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  yanında  

bir  qadın  olarkən  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

içəri  daxil  oldu.  Soruşdu:  “Bu  kimdir?”  (Aişə:)  “Filankəsdir”,  

–  deyib,  onun  namaz  qılmağından  danışdı  (Müslimə  görə:  

“Filankəsdir,  gecələri  yatmır  (namaz  qılır)”).  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bəsdir.  Bacardığınızı  edin.  Al-

laha  and  olsun  ki,  siz  usanmadıqca,  Allah  da  usanmaz”

3

.  



İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  bir  kişi  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlib  dedi:  “Bacım  həccə  getməyi  niyyət  etmişdi  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə