Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə20/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   16   17   18   19   20   21   22   23   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

66

hissələrə  bölür,  sonra  da  onları  Xədicənin  rəfiqələrinə  göndə-



rirdi.  Hərdən  mən  ona:  “Elə  bir  yer  üzündə  Xədicədən  başqa  

qadın  yoxdur”  –  deyərdim,  o  da  cavabında:  “Xədicə  (nəcib  bir  

qadın)  idi,  üstəlik  mənim  ondan  övladlarım  olmuşdur”

1

.



3.  Qızına  ehtiram  bəsləmişdir.  Müsəvvər  ibn  Məxrəmə  

rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


“Fatimə  mənim  bir  parçamdır.  Onu  qəzəbləndirən,  məni  

qəzəbləndirmişdir”

2

.

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə  bizə)  Fatimə  gəldi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

onu  gördüyündə  salam  verərək  dedi:  “Xoş  gəldin,  

qızım!”  Sonra  onu  sağ,  ya  da  sol  tərəfində  oturtdu”

3

.  



4.  Nəvəsinə  ehtiram  bəsləmişdir.  Əbu  Qətadə  əl-Ənsari  

(Allah  

ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

çiynində  qızı  Zeynəbin  qızı  Ümamə  ilə  

namaz  qılırdı.  Səcdəyə  getdiyində  onu  yerə  qoyur,  ayağa  qalx-

dığında  çiyninə  götürürdü”

4

.  


Böyük  alim  Fəkəhani  necə  də  düzgün  deyib:  

“Peyğəmbər  namazda  Ümaməni  çiyninə  ona  görə  götürmüş-

dü  ki,  ərəblərdəki  qızlara  nifrət  və  onları  çiyində  daşımaqdan  

xoşlanmama  adətini  ləğv  etsin.  Ərəbləri  bu  adətdən  çəkindirsin  

deyə  namazda  da  onlara  əks  davranmışdı.  Çünki  əməllə  bəyan  

sözlə  bəyandan  güclüdür”

5

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



5

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  II  cild,  səh.  139.  




Birinci fəsil. Qadın şəxsiyyəti 

67

5.  Dayəsinə  ehtiram  bəsləmişdir:  Ənəs  ibn  Malik  



(Allah  ondan  

razı  qalsın!)

  demişdir:

“Bəni-Qüreyzə  və  Bəni-Nəzir  qəbilələri  fəth  edilənədək  

ənsardan  bəzi  şəxslər  xurmalıqların  məhsulunu  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

üçün  ayırmışdılar.  (Bu  qəbilələrin  

xurmalıqlarından  mühacirlərə  pay  düşdüyündən  Peyğəmbər  

icarəyə  aldığı  həmin  xurmalıqları  sahiblərinə  geri  qaytardı).  

Ailəm  mənə  əmr  etdi  ki,  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

yanına  gedim  və  vaxtı  ilə  ona  verdikləri  xurmalığı,  

ya  da  bəzi  hissəsini  ondan  geri  istəyim.  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

isə  həmin  xurmalığı  Ümmi-Əymənə  ver-

mişdi.  Bu  arada  Ümmi-Əymən  paltarını  boynuna  sarımış  halda  

gəlib  dedi:  “Əsla!  Özündən  başqa  ilahın  olmadığı  Allaha  and  

olsun  ki,  o  (Peyğəmbər  –  mütərcim)  onu  sizə  verməz.  Çünki  

mənə  verib.”  Bu  zaman  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

ona  deyirdi:  “Sənə  (mənim  payımdan)  bu  qədər  olsun!”  

Ümmi-Əymən  isə  deyirdi:  “Əsla!  Allaha  and  olsun  ki,  olmaz!”  

Nəhayət,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  payının  

10  mislini  –  Ənəs  belə  hesab  edir  –  verdi”

1

.



Yeri  gəlmişkən,  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  hərəkəti  bizə  süd  anası  Həliməyə  olan  ehtiramını  da  xatırla-

dır.  Əbu  Davud  rəvayət  edir  ki,  Əbu  Tüfeyl  demişdir:

“(Bir  dəfə)  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Cə`rə-


nədə  ət  bölüşdürən  gördüm.  Bu  zaman  bir  qadın  ona  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

yaxınlaşdı.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

əbasını  yerə  sərdi  və  qadın  əyləşdi.  “Bu  kimdir?”  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

68

–  deyə  soruşdum.  “Ona  süd  verən  anasıdır”,  –  deyə  cavab  



verdilər”

1

.



6.  Bütün  qadınlara  ehtiram  bəsləmişdir.  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

toydan  qayıdan  

qadın  və  uşaqları  gördükdə  dikələrək  demişdi:  “Allah  şahid  

olsun  ki,  siz  ən  çox  sevdiyim  insanlarsınız.”  Və  dediklərini  üç  

dəfə  təkrarlamışdı”

2

.  



Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“(Bir  dəfə)  ənsardan  bir  qadın  uşağı  ilə  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlmişdi.  Peyğəmbər  



(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

onunla  söhbət  etdikdən  sonra:  “Canımı  

əlində  tutan  Allaha  and  olsun  ki,  siz  ən  çox  sevdiyim  insanlar-

sınız”,  –  demiş  və  dediklərini  iki  dəfə  təkrarlamışdı”

3

.  


Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  deyib:  

“Məscidi  süpürüb  təmizləyən  bir  zənci  qadın  vardı.  (Bir  

gün)  vəfat  etdi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  


xəbər  aldığında  (səhabələri):  “O  öldü”,  –  deyə  cavab  verdilər.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

:  “Nə  üçün  bunu  mənə  

xəbər  verməmişsiniz?  Mənə  qəbrini  göstərin!”  –  dedikdən  son-

ra  onun  qəbrinin  yanına  getdi  və  cənazə  namazını  qıldı”

4

.  


1

 Əbu  Davud.  Sünən,  V  cild,  səh.  353,  hədis  №  5144.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə