Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə30/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   26   27   28   29   30   31   32   33   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

100


Ümmi-Əymən Peyğəmbərin vəfatı ilə 

vəhyin kəsilməsinə kədərlənir

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  deyib:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vəfatından  

sonra  Əbubəkr  Ömərə  dedi:  “Gəl  Ümmi-Əymənə  baş  çəkək.  

Peyğəmbər  də  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  baş  çəkərdi.”  

Yanına  çatdıqlarında  ağladı.  Dedilər:  “Nə  üçün  ağlayırsan?  

Peyğəmbərin  Allah  dərgahında  (məqamı)  daha  yaxşıdır.”  

Ümmi-Əymən:  “Ona  görə  ağlamıram  ki,  Peyğəmbərin  Al-

lah  dərgahında  (məqamının)  daha  yaxşı  olduğunu  bilmirəm;  

əksinə,  ona  görə  ağlayıram  ki,  səmadan  vəhy  kəsilib”,  –  deyərək  

onları  həyəcanlandırdı  və  onlar  da  ağlamağa  başladılar”

1

.  


Zeynəb bint əl-Mühacir Əbubəkr 

əs-Siddiqlə söhbət edir

Rəvayət  olunur  ki,  Qeys  ibn  əbu  Hazim  deyib:

“(Bir  dəfə)  Əbubəkr  Əhməs  qəbiləsindən  Zeynəb  bint  əl-

Mühacir  adlı  qadının  yanına  gəldi.  Gördü  ki,  dinib-danışmır.  

“Ona  nə  olub,  nə  üçün  danışmır?”  –  deyə  sual  etdi.  (Oradakı-

lar)  dedilər:  “Susmaqla  həcc  edir.”  Əbubəkr  ona  dedi:  “Danış.  

Bu,  halal  (hərəkət)  olmayıb,  Cahiliyyət  əməllərindəndir.”  Qadın  

danışmağa  başlayıb  dedi:  “Sən  kimsən?”  Dedi:  “Mühacirlərdən  

birisiyəm.”  Soruşdu:  “Hansı  mühacirlərdən?”  Dedi:  “Qüreyşdən.”  

Soruşdu:  “Hansı  Qüreyşdən?”  Əbubəkr  dedi:  “Sən  nə  çox  sual  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

101


verirsən.  Mən  Əbubəkrəm.”  Qadın  soruşdu:  “Cahiliyyətdən  

sonra  Allahın  göndərdiyi  bu  düzgün  yolda  necə  qala  bilərik?”  

Əbubəkr  dedi:  “İmamlarınız  doğru  yolda  olarsa,  siz  də  olarsınız.”  

Qadın  soruşdu:  “Hansı  imamlar?”  Əbubəkr  dedi:  “Qəbiləndə  

insanlara  əmr  edən,  insanların  da  itaət  göstərdiyi  başbilən  və  

əmirlər  yoxdurmu?”  Qadın  dedi:  “Bəli,  var.”  Əbubəkr  dedi:  

“İmamlar  onlardır”

1

.



Həfsə bint Ömər Abdullah ibn Ömərə 

səhvini başa salır

Rəvayət  olunur  ki,  Nafe  deyib:

“İbn  Ömər  Mədinə  yollarının  birində  İbn  Saidə  rast  gəldi.  

Ona  elə  söz  dedi  ki,  qəzəbləndi  və  şişib  səkini  tutdu.  Sonra  İbn  

Ömər  Həfsənin  yanına  getdi.  Olanlar  artıq  ona  çatmışdı.  Həfsə  

dedi:  “Allah  sənə  mərhəmət  etsin!  İbn  Saiddən  nə  istədin?  

Məgər  bilmirsən  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  “Bu,  ancaq  qəzəbləndiyi  qeyz  üzündən  (ortaya)  çıxar”

2

.  


Ümmi-Yaqub Abdullah ibn Məsudla 

söhbət edir

Rəvayət  olunur  ki,  Abdullah  ibn  Məsud  deyib:  

“Allah  bədənlərinə  döymə  vuran  və  vurduran,  üzdəki  tükləri  

yonan,  gözəllik  üçün  dişlərinin  seyrəkləşdirən  və  Allahın  ya-

ratdığını  dəyişən  qadınlara  lənət  edib.”  Bu  sözlər  Bəni-Əsəd  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

102


qəbiləsindən  Ümmi-Yaqub  adlı  bir  qadının  qulağına  çatdı.  Üm-

mi-Yaqub  Quran  oxuyan  qadın  idi.  Abdullah  ibn  Məsudun  

yanına  gələrək  dedi:  “Eşitmişəm  ki,  sən  filan-filan  qadınlara  

lənət  oxuyursan?”  İbn  Məsud  dedi:  “Mən  Peyğəmbərin  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

lənət  oxuduğu  kimsələrə  və  Allahın  

kitabında  göstərilənlərə  lənət  oxuyuram.”  Qadın  dedi:  “Mən  

iki  qapaq  arasında  olanları  (Quranı)  oxumuşam,  ancaq  sənin  

dediyini  orada  görməmişəm.”  İbn  Məsud  dedi:  “Əgər  onu  oxu-

saydın,  görərdin.  Oxumayıbsanmı  ki,  Allah  Təala  deyib:  “...Pey-

ğəmbər  sizə  nə  verirsə,  onu  götürün;  nəyi  qadağan  edirsə,  on-

dan  əl  çəkin.  Allahdan  qorxun.  Həqiqətən,  Allahın  cəzası  çox  

şiddətlidir”

1

.  Qadın  dedi:  “Bəli,  oxumuşam.”  İbn  Məsud  dedi:  



“Şübhə  yoxdur  ki.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bunu  qadağan  edib.”  Qadın  dedi:  “Mən  sənin  ailəndəkilərin  

(xanımının)  bunu  etdiyini  görmüşəm.”  İbn  Məsud  dedi:  “Get  

və  bax.”  Qadın  gedib  baxsa  da,  heç  nə  görmədi.  (Qayıdıb  bunu  

xəbər  verdikdə)  İbn  Məsud  dedi:  “Əgər  o,  bunu  etsəydi,  onun-

la  cinsi  əlaqədə  olmazdım”

2

.  


Hafiz  ibn  Həcər  demişdir:

“Deyilənə  görə,  qadın  həmin  şeyi  görübmüş.  Sadəcə  olaraq,  

İbn  Məsud  zövcəsini  məzəmmətləmiş,  onu  həmin  şeylərdən  

uzaqlaşdırmışdı.  Odur  ki  qadın  onun  yanına  getdikdə  əvvəl  

gördüklərini  görməmişdi

3

...  İbn  Məsuda  üz  tutması  da  Ümmi-



Yaqubun  dərrakəliliyindən  xəbər  verir”

4

.  



1

 “əl-Həşr”  surəsi,  7-ci  ayə.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  X  cild,  səh.  255.  

4

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  496.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə