Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə38/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   34   35   36   37   38   39   40   41   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

126


(Aişə  sözünə  davam  edir:)  “İbn  əd-Dəğinə  Əbubəkrin  ya-

nına  gəlib  dedi:  “Mənim  səndən  ötrü  onlarla  hansı  şərtlərlə  

saziş  bağlamağım  sənə  məlumdur  və  buna  görə  də  sən  ya  bu  

şərtlərə  əməl  etməlisən,  ya  da  himayəmdən  çıxmalısan.  Çünki  

mən  istəmirəm  ki,  ərəblər  mənim  bir  insanı  himayə  üçün  bağ-

ladığım  müqavilənin  pozulduğunu  eşitsinlər.”  Əbubəkr  (ona)  

dedi:  “Mən  səni  himayəçilik  öhdəliklərindən  azad  edirəm,  çün-

ki  mənə  Böyük  və  Qüdrətli  Allahın  hamiliyi  yetər!”  O  vaxtlar  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Məkkədə  idi.  (Vaxt  

çatanda)  müsəlmanlara  buyurdu:  “Mən  sizin  hicrət  edəcəyiniz  

yeri  yuxuda  gördüm:  orada  xurma  ağacları  bitir  və  həmin  yer  

iki  daşlı-kəsəkli  sahənin  arasında  yerləşir.”  Bu,  qaralmış  daş-

kəsəklərlə  dolu  iki  sahə  idi.  Bundan  sonra  bəzi  şəxslər  Mədinə-

yə  hicrət  etdilər,  hələ  əvvəldən  Həbəşistana  hicrət  edənlərin  

əksəriyyəti  də  artıq  Mədinəyə  qayıdırdı.  Əbubəkr  də  Mədinəyə  

hicrət  etməyə  hazırlaşırdı,  lakin  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

ona  dedi:  “Tələsmə,  çünki  ümid  edirəm  ki,  Allah  

mənə  də  (hicrət  etməyə)  izn  verəcək.”  Əbubəkr  (ona)  dedi:  

“Atam  sənə  qurban!  Doğrudanmı,  sən  də  buna  ümid  edirsən?”  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bəli!”  Əbubəkr  

ləngidi  ki,  Allahın  rəsulunu  (səfərdə)  müşayiət  etsin.  O,  dörd  

ay  ərzində  iki  dişi  dəvəsini  adamların  çırpıb  yerə  tökdükləri  

akasiya  yarpaqları  ilə  yemləyib  kökəltmişdi”.

(Aişə  sözünə  davam  edir:)  “Bir  dəfə  günortaüstü  biz  Əbu-

bəkrin  evində  oturduğumuz  vaxt  (aramızdan  birisi)  ona  dedi:  

“Budur,  Allahın  rəsulu  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

üzü-


nü  gizləyərək  gəlir.”  O,  adətən  belə  vaxtlarda  bizə  gəlməzdi.  

Əbubəkr  dedi:  “Atam  və  anam  ona  fəda  olsun!  Allaha  and  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

127


olsun  ki,  belə  bir  saatda  onun  buraya  gəlməsi  üçün  olduqca  

mühüm  bir  səbəb  olmalıdır!”  Allahın  rəsulu  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

evə  yaxınlaşdı  və  içəriyə  girməyə  izn  istədi.  Ona  

izn  verildi,  o,  içəriyə  daxil  oldu.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

Əbubəkrə  dedi:  “Burada  olanların  hamısına  

tapşır  ki,  (bayıra)  çıxsınlar.”  Əbubəkr  dedi:  “Atam  sənə  fəda  

olsun!  Burada  ki  sənin  ailə  üzvlərindən  başqa  heç  kim  yox-

dur.”  (Peyğəmbər)  dedi:  “Mənə  getməyə  (hicrət  etməyə)  izn  

verildi.”  Əbubəkr  dedi:  “Mən  də  səni  müşayiət  edəcəyəmmi?  

Atam  sənə  fəda  olsun,  ey  Allahın  rəsulu!”  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bəli.”  Əbubəkr  dedi:  “Atam  sənə  

fəda  olsun,  ey  Allahın  elçisi,  bu  dəvələrdən  birini  özünə  götür.”  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ancaq  pulunu  

vermək  şərti  ilə.”  Biz  tezliklə  onların  əşyalarını  bir  dəri  kisəyə  

yığıb  yola  hazırladıq.  Əbubəkrin  qızı  Əsma  öz  qurşağından  bir  

parça  kəsib  onunla  dəri  kisənin  ağzını  bağladı.  Elə  buna  görə  

sonralar  Əsmanı  “ikiqurşaqlı”  adlandırmağa  başladılar.  Bundan  

sonra  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  Əbubəkr  

(gedib)  Sövr  dağındakı  mağaraya  sığındılar...”

1

.



“Fəth  əl-Bari”də  deyilir:

“Aişə  Siddiqin  qızı  Siddiqədir.  Anası  Ümmi-Rumandır.  Hic-

rətdən  təxminən  səkkiz  il  əvvəl,  islam  gəldikdən  sonra  doğu-

lub.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vəfat  etdiyində  

təxminən  on  səkkiz  yaşı  var  idi.  Hicri  58-ci  ildə  Müaviyənin  

dövründə  vəfat  etmişdir”

2

.  


1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VIII  cild,  səh.  106-107.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

128


Allahın Aişəni Peyğəmbərə zövcə seçməsi

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənə  demişdi:  

“Sən  yuxuda  mənə  iki  və  ya  üç  dəfə  göstərildin.  Mələk  səni  

ipək  parçada  gətirərək  dedi:  “Bu,  sənin  zövcəndir.”  Üzündən  

örtüyü  götürdükdə  gördüm  ki,  sənsən.  Səni  görüncə  dedim:  

“Əgər  bu,  Allahın  təqdiridirsə,  Allah  onu  gerçəyə  çevirəcəkdir!”

1

  

Zifaf mərasimi



Rəvayət  edilir  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Mən  altı  yaşımdan  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

deyiklisi  idim.  Biz  Mədinəyə  gəldikdə  Bəni-Haris  

qəbiləsində  qonaq  qaldıq.  Bu  əsnada  mən  xəstələndim  və  saçım  

tökülməyə  başladı.  Lakin  (sağaldıqdan  sonra)  saçlarım  uzanıb  

çoxaldı.  (Bir  dəfə)  mən  rəfiqələrimlə  yelləncəkdə  yellənərkən  

anam  Ümmi-Ruman  gəlib  məni  çağırdı.  Mən  də  onun  yanına  

getdim.  Məndən  nə  istədiyini  bilmirdim.  Əlimdən  tutub  apardı.  

Nəhayət,  gəlib  evin  qapısına  çatdıq.  Təngnəfəs  olmuşdum.  Elə  

ki  rahat  nəfəs  almağa  başladım,  anam  bir  az  su  götürüb  üzümə  

və  başıma  çəkdi,  sonra  məni  evə  daxil  etdi.  Mən  evdə  ənsardan  

bəzi  qadınlar  gördüm.  Onlar  (məni  gördükdə)  dedilər:  “Xeyir-

li,  bərəkətli  və  uğurlu  olsun!”  Sonra  anam  məni  onlara  təhvil  

verdi,  onlar  da  məni  toya  hazırladılar.  Səhər  Peyğəmbər  

(Ona  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə