Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
135
da) heç bir günah yoxdur” ayəsini nazil etdi. (Aişə deyir:)
“Peyğəmbər Səfa və Mərvəni təvaf etməyi qayda halına gətirdi.
Elə isə kimsə təvaf etməyi bir kənara ata bilməz.” (Ravi Zühri
deyir:) “Əbubəkr ibn Əbdürrəhmana bunu bildirdim. Dedi:
“Bu, şübhəsiz, elmdir. Amma mən bunu bilmirdim”
1
.
Əbu Hüreyrəyə istinadən Şüreyh ibn Hani demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurub: “Kim Al-
lahla görüşməyi istəyərsə, Allah da onunla görüşməyi istəyər.
Kim Allahla görüşmək istəməzsə, Allah da onunla görüşməyi
istəməz.” (Şüreyh deyir:) “Aişənin yanına gedib dedim: “Ey
Möminlərin anası, eşitdim ki, Əbu Hüreyrə Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bir hədis rəvayət edib. Əgər
(dediyi) doğrudursa, cəhənnəmə girərik.” Dedi: “Cəhənnəmə
girən Allah rəsulunun sözünə görə cəhənnəmə girəcəkdir. Nə
(hədisdir) o?” Dedim: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
buyurub: “Kim Allahla görüşməyi istəyərsə, Allah da
onunla görüşməyi istəyər. Kim Allahla görüşmək istəməzsə,
Allah da onunla görüşməyi istəməz. Aramızda elə kəs yoxdur
ki, ölümdən xoşlansın.” Dedi: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
bunu deməyinə deyib, amma (mənası) sənin başa
düşdüyün kimi deyildir. (Bu o mənadadır ki,) göz bərəldiyində,
sinə xırıldayıb, tüklər biz-biz olduqda və barmaqlar yığıldıq-
da Allahla görüşməyi istəyənlə Allah da görüşmək istəyər,
istəməyənlə də istəməz”
2
.
Rəvayət edilir ki, Amir ibn Sə`d ibn əbu Vəqqas demişdir:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
136
“Atam danışır ki, (bir gün) Abdullah ibn Ömərin yanında
oturubmuş. Birdən ətrafı hasarlı evin sahibi Xəbbab gəlib dedi:
“Ey Abdullah, Əbu Hüreyrənin nə dediyindən xəbərin varmı?
Deyir ki, Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə bu-
yurduğunu eşidib: “Kim bir cənazəni evindən müşayiət edərsə,
cənazə namazını qılırsa, dəfn edilənədək arxasınca gedərsə, iki
qirat
1
savab qazanar. Hər qirat da Uhud (dağı) qədərdir. Və kim
cənazə namazını qılıb geri qayıdarsa, Uhud (dağı) qədər sa-
vab qazanar.” (Bunu eşidən) Abdullah Xəbbabı Aişənin yanına
göndərdi ki, Əbu Hüreyrənin dediyini ondan soruşsun və cava-
bını ona bildirsin. İbn Ömər məscidin (həyətindəki) çınqıllar-
dan bir ovuc götürüb əlində o yana bu yana çevirirdi. Nəhayət,
qasid qayıdıb xəbər verdi ki, Aişə Əbu Hüreyrənin doğru
söylədiyini təsdiqləyib. (Bunu eşidən) İbn Ömər əlindəki çın-
qılları yerə çırpıb dedi: “Elə isə nə çox qirat əldən çıxarmışıq!”
2
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Qüreyş və onun dininə tapınanlar Müzdəlifədə dayanardı-
lar. Onları “Hüms” deyə çağırırdılar. Digər ərəblər isə Ərəfatda
dayanırdılar. İslam gəldiyi vaxt Allah peyğəmbərinə əmr etdi ki,
(əvvəlcə) Ərəfata gəlsinlər, sonra orada dayansınlar, daha sonra
oradan geri dönsünlər. Bu Allahın “Sonra camaatın döndüyü
yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz
ki, Allah bağışlayandır, rəhm edəndir!” kəlamına
3
görə idi
4
.
Yusif ibn Mahək demişdir:
1
Qirat – qədim ərəblərdə qiymətli daş-qaş və ya qızılın çəki vahidi olub,
təxminən 0.195 qrama bərabər idi – tərcüməçinin qeydi.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
“əl-Bəqərə” surəsi, 199-cu ayə.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
137
“(Bir dəfə) Möminlərin anası Aişənin yanında idim. (Bu
əsnada) bir iraqlı gəlib soruşdu: “Hansı kəfən daha yaxşıdır?”
Aişə dedi: “Vay halına! (Ölümdən sonra) bunun sənə nə xey-
ri var?” İraqlı dedi: “Ey Möminlərin anası, müshəfini mənə
göstər.” Aişə soruşdu: “Nə üçün?” İraqlı dedi: “Ola bilsin ki,
ona əsasən Quranı yenidən tərtibə salım. Çünki tərtibata uyğun
oxunmur.” Aişə dedi: “Quranın hansı ayəsini əvvəldə oxusan,
sənə zərər verər ki?! Quranın nazil olmuş ilk ayələrində cənnət
və cəhənnəm haqda müfəssəl danışılıb. Elə ki insanlar isla-
ma qayıtdılar, halal və haram haqda (ayələr) nazil oldu. Əgər
nazil olmuş ilk şey: “Şərab içməyin!” olsaydı, deyəcəkdilər:
“İçkini əsla bir kənara atmarıq”; və “Zina etməyin!” olsaydı,
deyəcəkdilər: “Biz əsla zinanı tərgitmərik.” Mən həmin vaxt-
larda oyuncaqla (uşaqlarla) oynayan gənc qız idim. Bu zaman
Məkkədə Məhəmmədə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
: “Xeyr,
onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün
əzabı daha acıdır (daha şiddətlidir)” ayəsini
1
nazil etdi. “Bəqərə”
və “Nisa” surələri də mən onun yanında ikən enmişdi.” Bun-
dan sonra Aişə müshəfi çıxardı və ona surələrin ayələrini imla
etdi”
2
.
3. Evindəki elm məclisləri. Rəvayət olunur ki, Zürarə de-
yib:
“(Bir dəfə) Sə`d ibn Hişam ibn Amir Allah yolunda hərbi
yürüşdə iştirak etmək istədi. Mədinəyə gəlib, bir mülkünü sat-
maq, silah və at alıb, ölənədək rumlularla savaşmaq istəyirdi.
Bəzi mədinəlilərlə görüşdü. Ona bunu qadağan edib dedilər
1
“əl-Qəmər” surəsi, 46-cı ayə.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dostları ilə paylaş: |