Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
159
yerinə yetirəcəyəm.” (Aişə) dedi: “Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
ona yaxınlaşdıqda o, Peyğəmbərə
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
dedi: “Ey Allahın rəsulu, kitrə yemisən?” O:
“Xeyr!” – deyə cavab verdi. Sevda soruşdu: “Bəs bu nə iydir
burnuma gəlir?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Həfsə mənə bal içirdib.” Sevda dedi: “Yəqin ki, arılar bu balı
urfut ağacından çəkdiyi şirədən düzəldiblər.” Sonra o mənim
yanıma gəldi və mən də ona həmin sözləri dedim. Daha son-
ra o, Səfiyyənin yanına getdi və o da ona həmin sözləri dedi.
Nəhayət, o, Həfsənin yanına gəldikdə Həfsə dedi: “Ey Allahın
rəsulu, sənə bal verimmi?” O dedi: “İstəmirəm.” Bu vaxt Sevda:
“And olsun ki, biz onu baldan məhrum edə bildik”, – dedi mən
də ona: “Sus!” – dedim”
1
.
Rəvayət olunur ki, Möminlərin anası Həzrəti Aişə
(Allah ondan
razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xəstələndiyində
dedi: “Əbubəkrin yanına gedin, qoy insanlara namaz qıldır-
sın!” Ona dedim: “Əgər Əbubəkr sənin yerinə namaza dursa,
insanlar onun ağlama səsindən başqa heç nə eşitməzlər. Əmr
et Ömər insanlara namaz qıldırsın.” Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
dedi: “Əmr edin, Əbubəkr insanlara namaz
qıldırsın!” Mən də Həfsəyə dedim: “Sən də Peyğəmbərə söylə
ki, Əbubəkr ürəyiyumşaq insandır, qüssə onu tez boğur. Əgər
Əbubəkr sənin yerinə namaza dursa, insanlar onun ağlama
səsindən başqa heç nə eşitməzlər. Əmr et Ömər insanlara na-
maz qıldırsın!” Həfsə (dediyimi) etdi. (Bunu eşidən) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Bəsdir, ey Yusif dövrünün
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
160
qadınları! Əbubəkrə deyin insanlara namaz qıldırsın!” (Bundan
sonra) Həfsə (gəlib) Aişəyə dedi: “Məndən sənə fayda gəlməz”.
Başqa hədisdə Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Allaha and olsun ki, mən “Əbubəkr insanlara namaz qıl-
dırsın!” əmrinə görə Peyğəmbərə
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
tez-tez üz tutdum. Ona o səbəbdən tez-tez üz tut-
dum ki, Peyğəmbərin yerinə keçəcək kimsəni insanların sevə
biləcəklərini təsəvvürümə gətirə bilmirdim. Zənn edirdim ki,
Peyğəmbərin yerini tutacaq kimsəyə insanlar bədbin baxacaq-
lar. Elə bu səbəbdən istəmişdim ki, Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
Əbubəkrlə bağlı fikrini dəyişsin”
1
.
Allah Təalanın Həzrəti Aişəyə ehtiramı
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
mənə demişdi:
“Sən yuxuda mənə iki və ya üç dəfə göstərildin. Mələk səni
ipək parçada gətirərək dedi: “Bu, sənin zövcəndir.” Üzündən
örtüyü götürdükdə gördüm ki, sənsən. Səni görüncə dedim:
“Əgər bu, Allahın təqdiridirsə, Allah onu gerçəyə çevirəcəkdir!”
2
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Peyğəmbər mənə dedi: “Ey Aişə, bu Cəbrayıldır,
sənə salam söyləyir.” Mən də dedim: “Ona da salam, Allahın
rəhməti və bərəkəti olsun!”
3
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
161
Həzrəti Aişə rəvayət
edir ki, (bir dəfə) Peyğəmbər (
Ona Al-
lahın xeyir-duası və salamı olsun!
– Ümmi-Sələməyə) dedi: “Ey Ümmi-
Sələmə! And olsun ki, O, sizdən kimsə ilə yorğan altında ikən
mənə vəhy endirmədi. Ancaq o (Həzrəti Aişə – mütərcim)
istisnadır”
1
.
Rəvayət olunur ki, Əmmar ibn Yasir deyib:
“Allaha and olsun ki, o (Həzrəti Aişə – mütərcim), dün-
ya və axirətdə peyğəmbərinizin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zövcəsidir”
2
.
Peyğəmbərin Həzrəti Aişəyə ehtiramı
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir:
“Aişənin başqa qadınlardan üstünlüyü səridin
3
digər yemək-
lərdən üstünlüyü qədərdir”
4
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Həzrəti Fatimədən
soruşdu: “Qızım, mənim sevdiyimi sevirsənmi?” Həzrəti Fatimə:
“Bəli!” – deyə cavab verdi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
buyurdu: “Elə isə bunu (Həzrəti Aişəni göstərirdi) sev”
5
.
Həzrəti Aişə rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
xəstələndiyində (elə bu xəstəlikdən vəfat etmişdi)
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
Dadlı ərəb yeməyi
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
5
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yuxarıdakı mətn
Müslimindir.