Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
117
PEYĞƏMBƏRİN QIZI FATİMEYİ-ZƏHRA
Atasının qayğısına qalmağı
1. Kiçik yaşlarında.
Abdullah ibn Məsud
(Allah ondan razı qal-
sın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Kəbənin yanında namaz qılırdı. Bir dəstə qüreyşli də (yaxınlıq-
da) məclis qurub oturmuşdu. Birdən onlardan biri dedi: “Bu
riyakarı görürsünüzmü?! Hansı biriniz filan qəbilənin (yenicə
kəsdiyi) dəvənin yanına gedib, onun mədəsindən çıxanı, qanını
və döl qişasını gətirər, sonra (bu riyakar) səcdəyə gedənədək
gözləyər və (o, səcdədə ikən) bunu onun kürəkləri arasına
qoyar?” Onların ən bədbəxti oraya gedib (o murdar şeyləri
gətirdi) və Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səcdəyə
qapıldığı zaman bunu onun kürəkləri arasına qoydu. Peyğəm-
bər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səcdəyə qapandığı vəziyyətdə
qaldı. Müşriklər gülüşdülər, hətt a gülməkdən bir-birinin üstünə
yıxılmağa başladılar. Bu arada bir nəfər Fatimənin dalınca get-
di. Fatimə (həmin vaxt) balaca qız idi. Tələsik qaçıb gəldi.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
hələ də səcdədə idi.
Nəhayət, Fatimə onun belini təmizlədi, sonra da qüreyşlilərə
tərəf dönüb həqarət yağdırdı”
1
.
2. Böyüklüyündə. Səhldən Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
Uhud günündə yaralanmağı haqqında soruşduqda
demişdir:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
118
“Peyğəmbərin üzü yaralanmış, iki qabaq dişi sınmış, başın-
dakı dəbilqəsi parçalanmışdı. Bu zaman Fatimə Peyğəmbərin
qanını silir, Əli də (Peyğəmbəri) tuturdu. Fatimə görəndə ki,
qan dayanmayıb axır, bir həsir götürüb yandırdı, külünü (yara-
ya) basdı. Bununla da qan dayandı”
1
.
Həzrəti Əli ilə evlənməsi
Həzrəti Əli
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbərin qızı Fatimə ilə evlənmək istədiyimdə Bəni-
Qəynuqə qəbiləsindən bir boyaçı ilə razılığa gəlmişdim ki,
mənimlə gedəcək və (satmaq üçün) izxir
2
gətirəcəyik. Onu
boyaçılara satmaq, (əldə etdiyim qazancla) toy ziyafətimi
keçirmək istəyirdim”
3
.
Səbir göstərməsi və ər evinin
qayğısına qalması
Həzrəti Əli
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Fatimə
(Ona salam olsun!)
Peyğəmbərin
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
yanına gəldi ki, əldəyirmanı çevirməkdən əlində
yaranmış qabardan ona şikayət etsin. Eşitmişdi ki, Peyğəmbərə
kölələr göndərilib. Amma Peyğəmbəri evində tapmadı. Başına
gələnləri Aişəyə danışdı. Peyğəmbər (evə) gəldiyində Aişə olan-
ları ona xəbər verdi. (Əli deyir:) “(Bunu eşidən) Peyğəmbər
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Ətirli qamış
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
119
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bizə baş çəkdi. Yerimizi sa-
lıb yatmışdıq. (Gəldiyini görüb) durmaq istədik. Amma o:
“Yerinizdən qalxmayın”, – dedi və gələrək aramızda əyləşdi.
Və mən onun qarnıma toxunan ayaqlarının soyuqluğunu hiss
etdim. Bundan sonra dedi: “Məndən istədiyiniz şeydən daha
yaxşısını sizə deyimmi? Yataqlarınızı saldığınızda və ya yata-
ğınıza girdiyinizdə otuz üç dəfə “sübhənallah”, otuz üç dəfə
“əlhəmdulilləh”, otuz üç dəfə “Allahu Əkbər” deyin. (Bilin ki,)
bu, sizin üçün xidmətçilərdən daha yaxşıdır”
1
.
Hədisin Əbu Davud tərəfindən rəvayət olunmuş versiyasında
deyilir:
“Əli dedi: “Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qızı
Fatimə yanımda idi. Əldəyirmanını hərlətməkdən əlləri qabar
olmuşdu. Su qabını daşımaqdan boynu ağrıyırdı. Evi silib-
süpürməkdən paltarları toz içində idi. Çörək bişirmək isə üzü-
nün rəngini dəyişmişdi”
2
.
Peyğəmbərin Fatiməyə görə hirslənməsi
Rəvayət olunur ki, Misvər ibn Məxrəmə deyib:
“(Bir dəfə) Əli Əbu Cəhlin qızı ilə nişanlandı. Bunu eşidən
Fatimə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına
gəlib dedi: “Hər kəs iddia edir ki, sən qızların üçün (kiməsə)
hirslənməzsən. Bu Əli isə Əbu Cəhlin qızı ilə nikah kəsmək
istəyir.” (Bunu eşidən) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
ayağa qalxıb insanlara səsləndi. Allaha həmd edib, Onun
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XIII cild, səh. 336.