Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə14/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   10   11   12   13   14   15   16   17   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

46

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səcdəyə  gedərkən  

qollarını  elə  aralayırdı  ki,  arxadan  qoltuqlarının  altı  görünürdi.  

(Namazda)  oturduğu  zaman  sol  baldırının  üstündə  otururdu”

1

.

Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:


“(Cənnətdə)  Hovuzun  başında  dayanacağam  ki,  sizdən  yanı-

ma  gələnləri  görüm.  Mənə  yaxınlaşan  bəzi  insanlar  yaxala-

nacaqlar.  Mən  də:  “Ey  rəbbim!  Kimlər  məndən  və  ümmətim-

dəndir?”  –  deyə  soruşacağam.  Deyiləcək:  “Səndən  sonra  nə  

etdiklərindən  xəbərin  yoxdurmu?  And  olsun  ki,  onlar  səndən  

sonra  hey  geriyə  döndülər  (dindən  uzaqlaşdılar)”

2

.  


Əsma  bint  Əbubəkr  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Hər  dəfə  günəş  tutulduğu  zaman  bizə  qul  azad  etmək  əmr  

buyuruldu  (başqa  rəvayətdə:  Peyğəmbər  bizə  Günəş  tutulduğu  

zaman  qul  azad  etməyi  əmr  buyurdu)”

3

  .



Ümmi-Süleym  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  yanıma  gəlir,  günortadan  sonra  yatırdı.  Mən  də  

həsir  salır,  o  da  üstündə  yatırdı.  Tərlədiyi  zaman  tərini  qaba  

yığırdım.  Peyğəmbər  (bir  dəfə)  soruşdu:  “Nədir  bu,  ey  Ümmi-

Süleym?”  Dedim:  “Tərindir,  onu  ətrimə  qatıram”

4

.

Ümmi-Ətiyyə  



(Allah  ondan  razı  qalsın!)

  dmişdir:

“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yeddi  döyüşdə  

iştirak  etdim.  Miniklərinin  arxasında  olur,  onlara  yemək  bişirir,  

yaralıları  müalicə  edir,  xəstələrə  baxırdım”

5

.  


1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



5

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci fəsil. Qadın şəxsiyyəti 

47

Abdullah  ibn  Məsudun  



(Allah  ondan  razı  qalsın!)

  zövcəsi  Zeynəb  

demişdir:

“(Bir  dəfə)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizə  


demişdi:  “Sizdən  kimsə  məscidə  getsə,  ətir  sürtməsin”

1

.



Ümmi-Şərik  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  kərtənkələləri  öldürməyi  əmr  

edibmiş

2

.  



Xövlət  bint  Həkim  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitmişəm:  “Kim  bir  yerdə  mənzil  salıb,  “Əuzu  bikəlimətil-ləhit-

təmməti  min  şərri  mə  xaləq”  deyərsə,  həmin  yerdən  ayrılanadək  

heç  nə  ona  zərər  verməz”

3

.



Ümmi-Hüseyn  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Vida  həccində  

idim.  Peyğəmbər  (insanlara)  çox  şey  söylədi.  Sonra  onun  belə  

dediyini  eşitdim:  “Əgər  sizə  burnu  kəsik  (ravi  deyir:  “Zənnimə  

görə,  “qara”  dedi)  kölə  əmir  təyin  edilərsə  və  o,  sizə  Allahın  

kitabı  ilə  başçılıq  edərsə,  sözünə  qulaq  asın,  itaət  göstərin”

4

.  


Ümmi-Gülsüm  bint  Üqbə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitmişəm:  “Xeyir  danışmaq  və  ya  xeyirxahlığı  yaymaq  üçün  

insanları  barışdıran  şəxs  yalançı  deyildir”

5

.  


Ümmi-Hani  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

5

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

48

“Fəth  ilində  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


na  getmişdim.  Gördüm  ki,  yuyunur,  qızı  Fatimə  də  (Peyğəmbər  

görünməsin  deyə)  pərdə  tutur.  Salam  verdim.  “Kimdir?”  –  deyə  

soruşdu.  “Mənəm  –  Ümmi-Hani  bint  əbu  Talib”,  –  deyə  cavab  

verdim.  Dedi:  “Xoş  gördük,  Ümmi-Hani.”  Qüsl  aldıqdan  sonra  

səkkiz  rükət  namaz  qıldı”

1

.  



Fatimə  bint  Qeys  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Qüreyşin  ən  yaxşı  gənclərindən  İbn  Müğirə  ilə  nikahlan-

mışdım.  O,  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ilk  ci-


hadında  şəhid  oldu.  Dul  qaldım.  Əbdürrəhman  ibn  Övf  bir  

neçə  səhabə  ilə  mənə  nişan  gəldi.  Peyğəmbər  isə  məni  qulamı  

Üsamə  ibn  Zeydə  istədi.  Mənə  danışmışdılar  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyibmiş:  “Məni  sevən  Üsaməni  

sevsin!”  Peyğəmbər  (bu  haqda)  mənimlə  danışdıqda  dedim:  

“Mənim  işim  sənin  əlindədir.  Kimə  istəsən,

2

  ona  da  nikahla...”.



Ümmi-Hişam  bint  Harisə  ibn  Nö`man  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Qaf ”  surəsini  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ağzından  əzbərləmişdim.  Onu  hər  cümə  xütbəsində  oxuyurdu.  

Sobamızla  Peyğəmbərin  sobası  bir  idi”

3

.



Rəvayət  olunur  ki,  Rübəyye  bint  Müəvviz  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aşura  səhəri  

ətrafdakı  ənsar  kəndlərinə  xəbər  göndərdi  ki:  “Kim  oruc  tutma-

yıbsa,  günü  tamamlasın.  Oruc  tutan  isə  orucuna  davam  etsin.”  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə