Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə10/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   6   7   8   9   10   11   12   13   ...   158

Ön söz 

32

“Ümmətim  arasında  Allahın  əmrlərinə  riayət  edən  kəslər  



həmişə  olacaqdır.  Bu  göstərişlərə  riayət  edərkən  onlara  nə  düş-

mənlər,  nə  də  azğınlar  ilahi  əmr  gələnədək  zərər  verə  bilər”

1

.

Başqa  bir  hədisdə  deyilir:



“Bu  elmə  (Sünnəyə)  hər  bir  nəslin  ən  adil  fərdləri  sahib  

çıxacaq,  onu  ifratçıların  təhrifindən,  batil  əhlinin  əsassız  iddia-

larından,  cahillərin  də  yozumlarından  qoruyacaqlar”

2

.



Digər  bir  hədisdə  isə  oxuyuruq:

“Allah  hər  yüz  ilin  başında  bu  ümmətə  dinini  yeniləyən  kəs  

göndərər”

3

.



4.  Buxari  və  ondan  sonrakı  alimlər  tərəfindən  hədislərin  

istinadlarının  araşdırılmasının  Dörd  İmamdan

4

  sonrakı  dövrə  



təsadüf  etməsi.  Bu  səbəbdən  həmin  imamlar  bildirmişlər  ki,  

“Onların  dediklərini  səhih  hədislərlə  müqayisə  etmək  çox  zə-

ruridir”.  Amma  onların  davamçılarının  çoxu  bu  qaydaya  riayət  

etməyib  onların  vəsiyyətini  pozdular.  İmam  Şafeinin  sözü  necə  

də  doğrudur:  “Belə  bir  hədis  rəvayət  olunub  ki,  qadınlar  iki  

bayram  namazını  qıla  bilərlər.  Əgər  hədis  səhihdirsə,  mən  də  

bunu  təsdiqləyirəm”.  

Beyhəqi  İmam  Şafeinin  dediklərini  belə  izah  edir:

“Hədis  səhihdir.  İmam  Buxari  və  İmam  Müslim  onu  rəvayət  

ediblər.  Deməli,  şafeilərin  görüşü  bunu  təsdiqləməyi  zəruri  sa-

yır”

5

.



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.

2

 Hədisi  Beyhəqi  rəvayət  etmişdir.



3

 Hədisi  Əbu  Davud  rəvayət  etmişdir.

4

 Söhbət  İmam  Malik,  İmam  Əbu  Hənifə,  İmam  Şafei  və  İmam  Əhməddən  



gedir  –  tərcüməçinin  qeydi.

5

 Ibn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  123.




Ön söz 

33

Ümmi-Ətiyyənin  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  etdiyi  həmin  

hədis  budur:  “Əmr  olundu  ki,  çıxaq.  Və  biz,  aybaşı  olanlar,  

gənc  qızlar  və  bakirələr  çıxdıq.  Amma  aybaşı  olanlar  camaatla  

dayanıb,  dua  etsələr  də,  namazgahlarından  uzaq  durdular”

1

.  



Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

aşağıdakı  hədisi  

kitabımı  hazırlayıb  başa  çatdırmaq  üçün  mənə  stimul  oldu:

“Dediklərimi  eşidib  (başqalarına)  çatdıran  şəxsin  üzünü  Al-

lah  ağ  etsin!  Bəzən  biliyi  çatdıran  özü  həmin  biliyi  başa  düş-

mür,  amma  onu  özündən  daha  bilikliyə  çatdırır”

2

.

Allahdan  diləyim  budur  ki,  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

dediklərini  çatdıranlardan  olum.  Həmçinin,  Allah  

Təaladan  bu  hədisdə  müjdələnən  şəxslərdən  olmağı  istəyirəm.  

Sələf  alimlərindən  elələri  olmuşdur  ki,  bir  hədis  öyrənmək  

üçün  uzun  məsafələr  qət  etmiş,  gecələrini  gündüzlərinə  qat-

mışlar.  Rəvayət  olunur  ki,  səhabələrdən  Cabir  ibn  Abdullah  bir  

hədis  üçün  Kufəyə,  Abdullah  ibn  Üneysin  yanına  getmiş  və  bu  

səfər  bir  ay  davam  etmişdir.

Tabeinlərdən  Amir  Şə`bi  hədis  öyrətdiyi  Xorasanlı  bir  kişi-

yə  belə  demişdi:  “Biz  bu  hədisləri  sənə  asanlıqla  öyrətdik.  

Halbuki  təkcə  bir  hədis  üçün  Mədinəyə  yola  çıxanlar  vardır”

3

.  



Habelə  Busr  ibn  Übeydullah  deyibmiş:

“Təkcə  bir  hədis  üçün  neçə  ölkələr  dolaşmışam”

4

.  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İbn  Macə  rəvayət  etmişdir.  



3

 Buxari.  Came  əs-səhih,  I  cild,  səh.  200.

4

 Ibn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  I  cild,  səh.  202.




Ön söz 

34

Allahdan  istəyim  budur  ki,  müsəlmanların  həyatında  böyük  



rol  oynayan  bu  hədislərin  mütaliəsini  onlar  üçün  asanlaşdırdı-

ğıma  görə  mənə  rəhm  etsin.  



Dua və üzrxahlıq

Duama  Musa  peyğəmbərin  



(Ona  salam  olsun!)

  sözləri  ilə  başla-

yıram:

“Ey  Rəbbim!  (Peyğəmbərliyi  yerinə  yetirməyə  qadir  olmaq,  



Fironla  danışmağa  cürət  etmək  və  bu  yolda  bütün  məşəqqətlərə  

tab  gətirə  bilmək  üçün)  köksümü  açıb  genişlət;

İşimi  yüngülləşdir;

Dilimdəki  düyünü  aç  (pəltəkliyimi  götür)  ki,  sözümü  yaxşı  

anlasınlar!”  (Taha,  25-28).

Sonrakı  duam  isə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

etdiyi  duadır:

“Allahım!  Ey  göyləri  və  yeri  yaradan!  Ey  gizlini  və  aşkarı  

bilən!  Qullarını  ixtilafda  olduqları  şeylərdə  haqqa  yönəldən  

Sənsən!  Məni  Sənin  izninlə  ixtilafa  düşdükləri  haqqa  yönəlt!  

Və  Sən  istədiyini  düz  yola  yönəldənsən”

1

.

Üzrxahlığım  isə  böyük  iş  və  ciddi  vəzifə  qarşısında  aciz  in-



sanın  zəifl iyinə  görədir.  

Hər  bir  halda  kitabımızda  iki  məsələyə  diqqət  yetirmişik.  

Birincisi  budur  ki,  ayə  və  hədislər  hərtərəfl i  öyrənilib.  İkincisi,  

dini  mətnlərin  mənaları  üzərində  düşünülüb  ki,  bu  da  müvafiq  

təsnifi  təmin  etmək  məqsədi  daşıyır.  Əslində,  hər  iki  məsələ  

tədqiqatçılar  tərəfindən  daha  ətrafl ı  öyrənilməlidir.  Mümkün-

1

 Hədisi İmam Müslim rəvayət etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə