Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə9/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   5   6   7   8   9   10   11   12   ...   158

Ön söz 

29

Onun  köməyi  ilə  son  dərəcə  diqqətlə  mühafizə  etmişlər.  Bu  



istiqamətdə  böyük  zəhmət  çəkmiş  müsəlmanlar  Peyğəmbər  

kəlamlarını  Qiyamətədək  qoruyub  saxlayacaq  metodologiya  

yaratmışlar.  Bunun  özü  də  Allahın  ümmətə  lütfüdür.  Çün-

ki  əvvəlki  xalqların  kitabları  təhrif  olunmuşdu.  Və  Allah  ilahi  

təlimləri  təshih  etmək  üçün  yeni  peyğəmbər  və  kitab  göndərdi.  

Müsəlman  ümməti  –  son  dinin  daşıyıcısı,  Həzrəti  Məhəmməd  

də  sonuncu  peyğəmbər  olduğundan  Allah  bu  dinin  ana  

prinsiplərini  qoruyub  saxlayıb.  Saxlayıb  ki,  insanlar  hər  bir  

dövrdə  bu  təlimlərə  üz  tutub  haqqı  tapsınlar.  Beləliklə,  insan-

lar  Allahın  açıq-aşkar  dininin  şahidi  olacaq,  ona  ata-babadan  

qalma  adətlər  yığını  gözü  ilə  baxa  bilməyəcək,  əvvəlkilərin  

məntiqini  təkrarlamayacaqdılar:  

“(Ya  Rəsulum!)  Biz  səndən  əvvəl  hər  hansı  bir  məmləkətə  

(Allahın  əzabı  ilə)  qorxudan  bir  peyğəmbər  göndərdiksə,  onun  

naz-nemət  içində  yaşayan  böyükləri  (varlıları)  sadəcə  olaraq:  

“Biz  atalarımızı  bir  din  üzərində  gördük  və  biz  də  (təqlidlə)  

onların  ardınca  getməkdəyik!”  –  dedilər”  (əz-Zuxruf,  23).

Fikrimizcə,  müsəlmanlar  –  onlar  dinlərinin  qorunduğunu  

başa  düşürlər  –  ilahi  təlimlərə  hidayət  tapmaq  üçün  müraciət  

etməyə  layiqdirlər.  Allah  Təala  buyurur:

“Ey  iman  gətirənlər!  Allaha,  Peyğəmbərə  və  özünüzdən  

olan  ixtiyar  (əmr)  sahiblərinə  itaət  edin!  Əgər  bir  iş  barəsində  

mübahisə  etsəniz,  Allaha  və  qiyamət  gününə  inanırsınızsa,  onu  

Allaha  və  Peyğəmbərə  həvalə  edin!  Bu  daha  xeyirli  və  nəticə  

etibarilə  daha  yaxşıdır”  (ən-Nisa,  59).



Ön söz 

30

Allahdan  diləyim  budur  ki,  mübahisəli  qadın  probleminin  



Quran  və  Sünnə  əsasında  həllini  tapmasına  öz  töhfəmi  verə  

bilim.  


Peyğəmbərin  yolu  ilə  getmək  bütün  sahələrdə  həyatımızı  

tənzimləmək  baxımından  nə  qədər  zəruridirsə,  sosial  həyatda  

qadının  iştirakını  təmin  etmək  üçün  də  bir  o  qədər  mühüm-

dür.  Çünki  bu  məsələdə  Peyğəmbərin  göstərişləri,  demək  olar  

ki,  köklü  surətdə  dəyişdirilib.  Halbuki  Peyğəmbərin  zamanında  

qadının  ictimai  fəaliyyət  təcrübəsi  sonrakı  nəsillərə  nümunə  

olmuşdur.  Lakin  bu  yolla  getmək  və  sözügedən  təcrübəni  yeni  

vəziyyətlərdə  münasib  formada  tətbiq  etmək  əvəzinə  əməli-

tətbiqi  sahələrdə  Peyğəmbər  dövrünün  təcrübəsi  tamamilə  

unudulmuşdur.  Həmin  nümunə  və  təcrübəyə  dair  dini  mətnlər  

isə  kağız  üzərində  qalaraq,  “nur”unu  itirmiş,  əsas  xüsusiyyətləri  

təhrif  olunmuşdur.  Ağıl  və  könülləri  yozum  və  deyimlərdən  

ibarət  qalın  toz  təbəqəsi  basmışdır.  Bütün  bunlara  isə  aşağıda-

kılar  səbəb  olub:

1.  Cəhalət  qalıqları.  İstər  ərəblərdə,  istərsə  də  digər  xalq-

larda  özünə  yer  etmiş  bu  qalıqlar  müsəlmanların  düşüncə  və  

könüllərində,  davranışlarında  əsrlər  ərzində  möhkəmlənmişdir.  

2.  Bəzi  müsəlmanlarda  özünü  göstərən  ifratçılıq  və  sərtlik.  

Bu  sərt  və  ifrat  yanaşma,  məsələn,  qadın  fitnəsinə  aparan  qapı-

ların  bağlanması  (səddi-zərai)  işində  daha  çox  müşayiət  olun-

muşdur.  Biz  “səddi-zərai”  qaydasının  ifrat  formada  tətbiqi  haq-

da  ayrıca  fəsildə  söz  açmışıq.  

3.  Bəzi  sələf  üləmasının  səhv  ictihadları.  Təqlid  və  donuqluq  

sayəsində  əsrlər  boyu  bu  səhv  ictihadlar  nəsildən-nəslə  ötürül-

müşdür.  Allah  rəhmət  etsin,  Şeyxülislam  İbn  Teymiyyə  deyirdi:  



Ön söz 

31

“Əvvəlki  və  sonrakı  böyük  imamlardan  elə  birisi  yoxdur  ki,  söz  



və  əməllərində  Sünnəyə  əsaslanmamış  olsun...”.  Bu,  olduqca  

geniş  mövzudur.  Amma  bu,  həmin  imamların  qədir-qiymətini  

azaltmaz,  davamçılarına  da  hər  şeydə  bəraət  qazandırmaz.  Uca  

Allah  buyurur:

“...Əgər  bir  iş  barəsində  mübahisə  etsəniz,  Allaha  və  qiyamət  

gününə  inanırsınızsa,  onu  Allaha  və  Peyğəmbərə  həvalə  edin!  

Bu  daha  xeyirli  və  nəticə  etibarilə  daha  yaxşıdır”  (ən-Nisa,  59).  

Mücahid,  Həkəm  ibn  Üteybə,  İmam  Malik  və  başqaları  

demişlər:  

“Allahın  bəndələri  arasında  eləsi  yoxdur  ki,  dediyi  hər  şey  

düz  çıxsın.  Təkcə  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

istisnadır”

1

.

İmam  Şövkani  demişdir:  



“(Bir  alimə  münasibətdə)  təəssübkeşlik  o  şeydir  ki,  onun  

hər  bir  görüşü  və  ictihadını  həm  özün,  həm  də  başqaları  

üçün  qeydsiz-şərtsiz  dəlil  qəbul  edirsən.  Əgər  sən  buna  yol  

versən,  onu  (həmin  alimi  –  mütərcim)  şəriətə  riayət  edəndən  

(mütəşərre)  şəriətqoyan  (şare),  öhdəçidən  (mükəlləf)  öhdə  

yükləyən  (mükəllif)  mərtəbəsinə  qaldırmış  olarsan

2



3



.

Səhvlər  və  sapmalar  nə  qədər  çox  olsa  da,  Allahın  lütfün-

dəndir  ki,  hər  dövrdə  Onun  əmrlərinə  ədalətlə  riayət  etmiş  

alimlər  yaşayıb.  Bu  haqda  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

demişdir:

1

 E`lam  əl-müvəqqəin,  III  cild,  səh.  284.



2

 Yəni,  bəndəyə  Allah  və  Peyğəmbər  gözü  ilə  baxmış  olarsan  –  tərcüməçinin  



qeydi.  

3

 Bax:  Şövkani.  Kitab  ədəb  ət-talib.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə