Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə6/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   2   3   4   5   6   7   8   9   ...   158

Ön söz 

20

Beləliklə,  Peyğəmbərin  əmr  etdiyi  şey  icra  olunur.  Belə  ki  bir  



dəfə  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səhabələrinə  

buyurdu:  “Zalım  da,  məzlum  da  olsa,  qardaşınıza  kömək  

edin.”  Səhabələr:  “Məzluma  köməyi  başa  düşdük,  ey  Allahın  

rəsulu.  Bəs  zalıma  necə  kömək  edək?”  –  deyə  soruşdular.  

Peyğəmbər  dedi:  “Zülm  etdiyi  zaman  əlindən  tutun.  Bunun-

la  da,  ona  kömək  etmiş  sayılarsınız

1



.

Qadın  cəmiyyətin  yarısı,  onun  ifl ic  olmuş  “ağciyər”idir.  

İfl ic  olmuş  bu  ağciyər  mömin,  mücahid  və  ziyalı  nəsil  

yetişdirə,  ümmətin  sosial-siyasi  tərəqqisində  iştirak  edə  bil-

mir.  Əgər  cəmiyyətin  yarısı  ifl icdirsə,  deməli,  digər  yarısı  da  

ifl icdir.  Elə  isə  müsəlman  qadının  azad  olmağı  müsəlman  

cəmiyyətinin  digər  yarısının  azad  olmağıdır.  Kişilər  azad  ol-

madıqca  qadınlar  da  azad  olmayacaqlar.  Onların  da  azadlığı  

Allahın  təlimlərinə  sarıldıqları  təqdirdə  mümkündür.

Allah  qadına  incə  hisslər  bəxş  etmişdir.  Bu  səbəbdən  

qadın  düzgün  və  sağlam  istiqamətləndirildiyi  təqdirdə  din-

darlığa  meyllidir.  Bu  məqamda  indiki  dövrün  iki  görkəmli  

şəxsiyyətinin  sözlərini  xatırlayıram

2

.  Birincisi  bildirir  ki,  “Qa-



dınlar  dini,  əxlaq  və  xeyri  öyrənməyə  daha  qabildirlər.  Əgər  

əməlisaleh,  dürüst  müəllim  və  müəllimələr  olarsa,  onlarda  

(qadınlarda  –  mütərcim)  bitkin  dinləmə  və  riayət  qabiliyyəti  

vardır”.  

Digərinə  gəlincə,  deyir:  “Uzun  illər  radio  və  televiziyada  fitva  

verməklə  məşğul  oldum.  Bu  vaxt  ərzində  müxtəlif  ölkələrdən,  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.



2

 Söhbət  Abdullah  ibn  Zeyd  və  Şeyx  Yusif  əl-Qərdavidən  gedir  –  tər-



cüməçinin  qeydi.  


Ön söz 

21

fərqli  insanlardan:  gənclərdən,  yaşlılardan,  qadın  və  kişilərdən,  



adi  və  xüsusi  şəxslərdən  çoxlu  məktub  aldım.  Ümumi  ola-

raq,  iki  yekun  nəticəyə  gəldim.  Birincisi  budur  ki,  din  hələ  

də  cəmiyyətimizdə  ən  güclü  təsir  və  tərbiyə  vasitəsidir.  O  ki  

qaldı  gəldiyim  ikinci  nəticəyə,  gördüm  ki,  qadınlar  kişilərlə  

müqayisədə  dinlə  daha  çox  maraqlanırlar.  Görünür,  Allahın  

bəxş  etdiyi  şəfqət,  mərhəmət  və  zərifl ik  qadını  fitrət  dininə  

daha  yaxın  edib.  Elə  isə  onların  dinə  son  dərəcə  bağlı  qal-

maları,  pis  aqibətdən  hədsiz  ehtiyat  etmələri  təəccüblə  qar-

şılanmamalıdır.  Daxildə  və  xaricdə  islama  düşmən  qüvvələrin  

bitməz-tükənməz  “fəaliyyət”inə  baxmayaraq,  bəzənib-düzənmiş  

qadınların  çoxu  öz  istəkləri  ilə  islam  ədəb-ərkanı  qaydalarına  

sarılır,  dini  ləyaqəti  üstün  tuturlar.  Bu  səbəbdən  heç  də  qəribə  

deyildir  ki,  müasir  Qərb  tərzində  geyinən  bir  çox  qadın  –  hət-

ta  biədəb  geyinənlər  belə  –  böyük  həvəslə  namaz  qılır,  oruc  

tutur,  həcc  və  ümrəyə  gedir  və  s.  Bu  o  deməkdir  ki,  onların  

könlündə  dini  heysiyyət  (duyğular)  hələ  tam  ölməyib;  bir  az  

diqqət  və  qayğı  göstərilərsə,  bu  duyğular  “böyüyüb  çiçək  açar,  

tezliklə  meyvə  verər”.  

Bu  üzdən  cihadda  iştirak  etməyə  can  atan  Həzrəti  Aişə  

(Allah  

ondan  razı  qalsın!)

  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

de-


mişdi:  

“Ey  Allahın  rəsulu,  görürük  ki,  cihad  ən  üstün  əməldir.  Elə  

isə  cihada  çıxmayaqmı?”

1

Dəniz  döyüşlərində  şəhid  olmağı  arzulayan  Ümmi-Həram  



Peyğəmbərdən  xahiş  edərək  demişdi:  “Ey  Allahın  rəsulu,  dua  et  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.




Ön söz 

22

ki,  Allah  məni  də  onlardan  (dənizdə  savaşanlardan  –  mütərcim)  



biri  etsin.”  Peyğəmbər  də  onun  üçün  dua  etmişdi

1

.  



Ruzisini  özü  qazanan,  çoxlu  sədəqə  verən  qadınlar  da  vardı.  

Məsələn,  “Zeynəb  bint  Cəhş  Allahdan  çox  qorxan,  qohumları-

na  tez-tez  baş  çəkən,  çoxlu  sədəqə  paylayan  qadın  idi.  Sədəqə  

verməkdə,  Allaha  yaxınlaşdıracaq  işlər  görməkdə  heç  tərəddüd  

etməzdi”

2

.



Qadınlar  Peyğəmbərin  elm  bulağından  su  içmək  üçün  ən  ki-

çik  fürsəti  belə  qaçırmazdılar.  “(Bir  dəfə)  qadınlar  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedilər:  “Kişilər  sənin  yanına  

bizdən  daha  çox  gəlirlər.  Bizə  də  bir  gün  ayır”

3

.  



Onlar  kişilərdən  daha  çox  sədəqə  verən,  zəhmət  çəkib  fə-

dakarlıq  göstərən  əməlisaleh  qadınlar  idilər.  Peyğəmbər  deyir-

di:  “Sədəqə  verin,  sədəqə  verin!”  Qadınlar  da  çox  sədəqə  ver-

mişdilər


4

.  


Hələ  Cahiliyyət  dövründə  Qüreyş  qadınları  ürəyiyumşaq  

xasiyyətə  sahib  idilər.  Bu  səbəbdən  Allahın  kəlamını  dinləməyə  

can  atırdılar.  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  

(islamın  ilk  illərində)  Əbubəkr  öz  evinin  həyətində  namazgah  

düzəltmişdi.  Orada  namaz  qılır,  Quran  oxuyurdu.  Müşriklərin  

qadınları  və  uşaqları  onun  yanına  axışır,  ondan  xoşları  gəlir  

və  ona  baxırdılar.  Bu  hal  Qüreyş  böyüklərini  qorxutmuş-

du.  Demişdilər:  “Qorxuruq  ki,  qadın  və  uşaqlarımız  fitnəyə  

düşsünlər  (dinlərini  dəyişsinlər)”

5

.  


1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



5

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə