Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə3/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   2   3   4   5   6   7   8   9   ...   158

Tərcüməçinin ön sözü

9

müsəlman  qadınların  siyasi-mədəni  fəallığı  artıb.  Məsələn,  bu  



hadisələr  zamanı  “Müsəlman  qardaşlar”  təşkilatına  tabe  qa-

dın  cəmiyyətləri  Qahirədə  və  digər  şəhərlərdə  dinc  nümayişlər  

keçirmişdilər.  

Keçən  əsrin  90-cı  illərində  “islam  feminizmi”  termi-

ni  beynəlxalq  leksikona  daxil  oldu.  Bu  termin  “başlıca  is-

lam  mənbələrinin  qadınlar  tərəfindən  elə  qadınların  maraqları  

üçün  izah  edilməsi”  mənasında  işlədilirdi.  Amma  indiyədək  bu  

məsələ  ətrafında  mübahisələr  səngimək  bilmir.  Çünki  Müsəl-

man  dünyasında  bu  terminin  arxasında  vesternizm  ideyaları-

nın  gizləndiyini  düşünürlər.  Hər  halda,  bu  termin  islam  cə-

miyyətində  birmənalı  qarşılanmayıb.

Bu  gün  Müsəlman  şərqinə  nəzər  saldıqda  görürük  ki,  cə-

miyyətin  sosial-mədəni  inkişafında  müsəlman  qadınının  rolu  

son  dərəcə  artmışdır.  Doğrudur,  bu  nisbət  ölkədən-ölkəyə  

dəyişir,  amma  yenə  də  orta  göstərici  iddiamızı  təsdiqləyir.  Ar-

tıq  müsəlman  qadınları  müxtəlif  təşkilatlar  yaradır,  xeyriyyə  

cəmiyyətləri  qurur,  dinc  mitinqlər  keçirir,  kütləvi  informasiya  

vasitələrində  müstəqil  idarəedici  tərəfə  çevrilirlər.  Dövlət  struk-

turlarında  –  nazirliklərdə,  parlamentdə,  məhkəmədə...  qadınlar  

fəal  rol  oynamağa  başlayıblar.  

Ümumiyyətlə,  bugün  müsəlman  qadınlarının  sosial-mədəni  

fəaliyyət  dairəsi  aşağıdakı  kimidir:

1.  Maarifl əndirici  təlim-tərbiyə  sahəsi.  Buraya  dövlət  və  qey-

ri-dövlət  təşkilatları,  orta  və  ali  təhsil  müəssisələri,  uşaq  bağça-

ları,  cəmiyyətlər,  dərnəklər,  qəzet  və  jurnallar,  internet  portalla-

rı,  televiziya  kanalları  və  s.  aiddir.




Tərcüməçinin ön sözü

10

2.  Humanitar-xeyriyyəçilik  sahəsi.  Buraya  özəl  və  dövlət  təş-



kilatları,  cəmiyyətlər,  internet  saytları  daxildir.

3.  Hüquq-məhkəmə  sistemi:  dövlət  və  qeyri-dövlət  orqanla-

rı,  məsləhət  büroları,  vəkillik,  ombudsmanlıq  və  s.

4.  Səhiyyə  sahəsi  və  i.a.

Yeri  gəlmişkən,  qeyd  edək  ki,  müsəlman  qadınlarının  so-

sial-mədəni  sahələrdəki  fəallığı  daha  çox  İran  körfəzi  ərəb  

dövlətlərində,  Misirdə,  Fələstində,  İordaniya  və  Malayziyada  

müşahidə  edilir.  Ərəb  cəmiyyətinin  sosial-mədəni  həyatında  qa-

dınların  rolunun  artmasının  nəticəsi  idi  ki,  2003-cü  ildə  Ərəb  

Dövlətləri  Liqasının  nəzdində  Ərəb  Qadınları  Təşkilatı  yaradıl-

mışdı.  Təşkilat  həmin  ölkələrdə  qadın  problemlərinin  həlli  ilə  

məşğuldur.

Mövqeyimizi  bəzi  misallarla  möhkəmlədək.  Qadın  xeyriyyə  

təşkilatlarına  “əl-Vəfa”  Xeyriyyə  Qadın  Cəmiyyəti,  Xeyriyyə  Qa-

dın  Cəmiyyəti  (Səudiyyə  Ərəbistanı),  “Xeyirxahlıq  carçıları”,  

“Humanitar  xidmət”  Bacılar  Birliyi  və  sair;  qadınların  hüquq-

larını  müdafiə  təşkilatlarına  Oman  Qadını  cəmiyyəti  (Oman),  

Qadın  Həmrəyliyi  Beynəlxalq  İnstitutu  (İordaniya),  Qadın  

Haqları  Misir  Mərkəzi,  Misir  Qadınının  Problemləri  Mərkəzi  

(Misir),  “Dubay”  Qadın  Qurumu  (BƏƏ),  Beynəlxalq  Qadın  və  

Uşaq  İslam  komitəsi,  Qadın  İntibahı  Cəmiyyəti,  Sosial  Fəaliyyət  

Qadın  Komitələri  Birliyi  (Fələstin),  Suriya  Qadınları  Birliyi,  

Sosial  Təşəbbüs  Cəmiyyəti  (Suriya);  maarifl əndirmə  işi  ilə  bağ-

lı  təşkilatlara  “əl-Huda”  İslam  Cəmiyyəti  (Pakistan),  “əl-İslam”  

Qızlar  Cəmiyyəti,  “Əqsa  uğrunda”  Bacılar  Cəmiyyəti  (Fələstin),  

Qadınların  Tərəqqisi  və  İntibahı  Cəmiyyəti  və  s.  daxildir.




Tərcüməçinin ön sözü

11

Həmçinin  informasiya  vasitələrində  müsəlman  qadınlarının  



rolu  artıb.  Professional  qadın  jurnalistlər,  təhlilçilər,  televizi-

ya  aparıcıları,  mətbuat  orqanlarının  təsisçiləri,  redaktorlar…  

yetişmişdir.  Dünyaca  məşhur  “əl-Cəzirə”  televiziyasının  əsas  

rubrikalarına  qadınlar  rəhbərlik  edirlər.  Məsələn,  bu  kanalın  

əməkdaşı  Xədicə  bint  Qənnə  həm  xəbərləri  oxuyan,  həm  qa-

dınlar  üçün  ayrıca  verilişin  aparıcısı,  həm  də  müzakirə  proqra-

mının  təşkilatçısıdır.  Habelə,  məşhur  “islamonline.net”  internet  

xəbər  portalının  bir  neçə  əsas,  o  cümlədən  “Adəm  və  Həvva”  

rubrikasına  qadınlar  rəhbərlik  edirlər.  Livandakı  “əl-Mənar”  te-

leviziyasının  əsas  aparıcıları  da  qadınlardı.

Dövlət  idarəçiliyi  strukturlarında  qadın  nazirlərin  sayı  artır.  

Yəmən  İnsan  Haqları  naziri  Əmə  əl-Əlim  əs-Süsvə,  Əlcəzair  Ailə  

və  Qadın  naziri  Cəfər  Sidə  Nura,  Fələstin  Qadın  Problemləri  

naziri  Zəhira  Kamal,  Suriya  Emiqrantlar  naziri  Büseynə  Şaban  

və  digərlərini  misal  gətirmək  olar.  Habelə  dövlət  başçılarının  

məsləhətçiləri  (Sudan  və  s.),  nazir  sözçüləri  (İran)  deputatlar,  

layihə  komitələri  üzvləri  arasında  qadınlara  rast  gəlinir.  Fələstinli  

köçkünlərin  məskunlaşdığı  “Səbra  Şatilla”  düşərgəsinin  rəhbəri  

də  məhz  qadındır.

Müsəlman  qadınları  İslam  dünyasının  aktual  problemlərinə  

dair  konfranslar  keçirir,  beynəlxalq  konfranslarda  mühazirəçi  

kimi  çıxış  edirlər.  Məsələn,  2009-cu  il  mart  ayında  Tehranda  

sözügedən  məsələyə  həsr  edilmiş  “Firqəbazlıq  və  məzhəbçilik  

arasında  İslam  ümməti”  Beynəlxalq  Konfransında  əsas  müha-

zirəçilər  qadınlar  olmuşlar.  

Bir  sözlə,  müsəlman  qadını  sosial  həyatdan  təcrid  olunmuş,  

təkcə  ev  işlərinə  təhkim  edilmiş  tərəf  deyildir.  O,  indiki  dövrdə  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə