Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə4/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   2   3   4   5   6   7   8   9   ...   158

Tərcüməçinin ön sözü

12

Peyğəmbərin  zamanında  olduğu  kimi,  öz  sosial  fəallığını  artır-



mışdır.  

Geridə  qalmış,  savadsız,  hüquqlarından  məhrum  müsəlman  

qadını  stereotipini  islamla  əlaqələndirənlər,  yəqin  ki,  Quran  və  

Sünnənin  qadına  bəxş  etdiyi  hüquq  və  azadlıqlardan  xəbərsiz  

qalmaqla  yanaşı,  Peyğəmbər  və  səhabələrin  zamanında  bu  zərif  

məxluqun  cəmiyyətin  sosial-mədəni  həyatındakı  danılmaz  ro-

lundan  bəhs  edən  sanballı  ədəbiyyatları  vərəqləməmişlər.  

Bu  mənbələrin  yenidən  tədqiqi  həmin  səhv  təsəvvürləri  ara-

dan  qaldırmaqla  yanaşı,  müsəlman  qadınına  daha  çox  hüququn  

verilməsi  ilə  nəticələnə  bilər.  

Belə  sanbalı  mənbələrdən  biri  də  misirli  mütəfəkkir  Əbdül-

həlim  əbu  Şəqqənin  (1924-1995)  “Peyğəmbər  dövründə  qadın  

azadlığı”  adlı  ensiklopedik  əsəridir.  Müəllif  yazdığı  bu  kitabla  

bizi  Peyğəmbərin  yaşadığı  dövrə  aparır  və  biz  zəngin  və  mötə-

bər  hədislərin  bizdə  yaratdığı  aydın  təsəvvürün  nəticəsində  

həmin  dövrün  mənzərəsini,  sanki,  öz  gözlərimizlə  görürük.  

Bu  mənzərə  ondan  ibarətdir  ki,  həmin  dövrdə  qadınlar  so-

sial  fəaliyyətin  əsas  fiqurları  olmuşlar.  Onlar  yeni  yaranmış  

müsəlman  icması  və  cəmiyyətinin  işində  yaxından  iştirak  et-

miş,  qurub-yaratma,  təlim-təhsil,  tərbiyə  fəaliyyətinə  töhfələr  

vermişlər.  

Oxucu  kitabı  mütaliə  etdikdə  ənənəvi  təsəvvürlərdən  sıyrıla-

raq  yeni  biliklər  qazanacaqdır.  O  görəcəkdir  ki,  islam  qadının  

sosial  fəaliyyətini  təmin  etmək  üçün  ona  hüquq  və  vəzifələr  

yükləmişdir.  Ayə  və  hədislər  oxucumuza  izah  edəcəkdir  ki,  

müsəlman  qadın  sağlam  və  savadlı,  həm  də  mömin  cəmiyyətin  

qurulmasında  yaxından  iştirak  etmək  üçün  lazımi  imkan  və  



Tərcüməçinin ön sözü

13

potensiala  sahibdir.  Bununla  da,  “cəmiyyətin  həyatında  qadının  



rolu”  kimi  aktual  və  mühüm  mövzu  ona  bütün  detalları  ilə  

məlum  olacaqdır.  

Əziz  oxucu!  Mütaliə  zamanı  görəcəksən  ki,  ayə  və  səhih  

hədislər  kitabdakı  müddəa  və  ideyaların  əsas  arqument  bazasını  

əmələ  gətirir.  Müəllif  kitabda  qarşıya  qoyulmuş  məqsədi  ciddi  

arqumentlərlə  əsaslandıra  bilmiş,  konkret  misal  və  faktlardan  

ibarət  məzmun  ərsəyə  gətirmişdir.  O,  oxucunun  diqqətinə  bu  

həqiqəti  çatdırmaq  istəyir:  müsəlman  qadın  islam  dininin  qoy-

duğu  şərtlər  daxilində  cəmiyyətin  inşası  işində  yaxından  iştirak  

etməlidir!  

Ümid  edirik  ki,  oxucularımıza  təqdim  etdiyimiz  bu  kitab  

onların  xoşuna  gələcək,  islam  haqqında  biliklərinin  dairəsini  

genişləndirəcəkdir.  

Elvüsal Məmmədov

AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun 

əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dinşünas

 



Mərhəmətli və Rəhimli Allahın adı ilə!

Bu  kitabın  əsrlər  qabaq  yazılmağını,  bununla  da  qadın  prob-

leminin  islam  cəmiyyətində  bu  qədər  düzgün  şəkildə  qabardıl-

masını  çox  istərdim.  Çünki  müsəlmanlar  qadına  münasibətdə  

islamın  təlimlərindən  çox  uzaqlaşıblar.  Onların  arasında  elə  

mübhəm,  uydurma  və  ya  uydurmaya  yaxın  rəvayətlər  yayılıb  

ki,  müsəlman  qadınları  cəhalətə  sürükləmiş,  din  və  dünyadan  

bixəbər  buraxmışdır.  Nəticədə,  qadının  təhsil  almağı  –  günah,  

məscidə  getməsi  də  qadağa  sayılmışdır!  Onun  müsəlmanların  

vəziyyətindən  xəbər  tutub,  indisi  və  gələcəyi  ilə  maraqlanma-

ğı  ağla  belə  gəlməzdi!  Qadına  yuxarıdan  aşağı  baxmaq  ənənə  

halını  almış  davranış  idi.  Onu  hüquq  və  vəzifələrdən  məhrum  

etmək  isə  cəmiyyətdə  özünə  yer  etmişdi.  

Mən  məşhur  bir  xətibin  üç  il  mütəmadi  şəkildə  məscidin  

minbərindən  təəssüf  və  qəzəblə  belə  səsləndiyini  eşitmişəm:  

–  Allah  qadınların  yalnız  üç  halda  evdən  çıxdıqları  günləri  

mübarək  qılsın!  Onlar  ilk  olaraq,  ana  bətnindən  dünya  evinə  

gəlir,  sonra  ata  evindən  ər  evinə  gedir,  nəhayət,  ər  evindən  

qəbir  evinə  köçürdülər!

Bir  dəfə  mən  həmin  xətibə  dedim:  

–  Allah  həmin  günləri  mübarək  qılmasın!  Həmin  günləri  

bizə  bir  daha  göstərməsin!  Çünki  o  günlər  islamın  deyil,  

Cahiliyyətin  günləridir!  Bu  günlər  axmaq  adətlərin  qələbəsini  

ifadə  edir,  odur  ki,  islamın  doğru  yolu  hesab  edilə  bilməz!  




Şeyx Məhəmməd Qəzalinin kitaba yazdığı ön söz 

15

Müsəlman  ümmətinin  elm,  təlim-təhsil  və  istehsal  sahələrində  



üçüncü  dünya  ölkələri  sırasına  daxil  olmağında  bu  rüsvayçı  

adət-ənənələrin  əhəmiyyətli  dərəcədə  rolu  vardır...  

Bu  vaxt  mənim  sözlərimi  eşidən  birisi  söhbətə  müdaxilə  

etdi:  


–  Nə  üçün  sən  səmimi  şəkildə  öyüd-nəsihət  verən  bir  

qəlbdən  fışqırıb  çıxan  bu  duyğuları  rədd  edirsən?  Məgər  onun  

söylədiklərini  Peyğəmbərin  qızı  Fatimənin  dediyi  hədis  təsdiq-

ləmir?!  Fatimə  demişdir:  “Nə  qadın  kimisə  görməli,  nə  də  

kimsə  onu  görməlidir”.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

də  bunu  təsdiqləmiş,  qızını  bağrına  basıb  “O  nəsillər  

ki,  (imanda)  bir-birindəndirlər!”  ayəsini  oxumuşdu.  Məgər  bu,  

islamın  qadına  beşikdən  qəbirədək  vacib  etdiyi  özünütəcridə  

dəlil  deyil?!  

Ona  dedim:  

–  Sən  ki  uydurma  hədisdən  danışırsan.  Bu  hədis  heç  bir  

mötəbər  hədis  kitabında  mövcud  deyildir.  Sən  Quran  ayələrinə,  

səhih  və  mütəvatir  hədislərə,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

və  Raşidi  xəlifələrinin  həyat  yollarına  zidd  düşən  

hədisdən  danışırsan!  Uydurmaçılar  qadına  savadsız  qalma-

ğı  vacib  edən  “hədislər”  kəşf  etmiş,  aldanmışlar  da  onları  

təsdiqləyərək  qızları  məktəblərə  getməyə  qoymamış,  qadınların  

məscidə  gedib-gəlmələrinə  əngəl  törədən  hökmlər  çıxarmışlar.  

Onlar  nadanlığa  o  qədər  batmışlar  ki,  axırda,  bioloji  varlıq  ol-

mağı  qadının  əsas  vəzifəsi  halına  gətirmişlər!

Bu  kitab  müsəlmanları  heç  bir  əskiklik  və  artıqlığa  yol  ver-

mədən  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sünnəsinə  

qaytarır.  O,  fakt  və  sübutlardan  ibarətdir.  Müəllifi  isə  isla-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə