Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə7/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   2   3   4   5   6   7   8   9   10   ...   158

Ön söz 

23

Hafiz  ibn  Həcər  bu  hədisin  izahında  yazır:  



“Yəni,  kafirlər  qadın  və  gənclərin  ürəyiyumşaqlığını  bildik-

lərinə  görə  onların  islama  meyl  edəcəklərindən  qorxmuşdular”

1

.

Kitab nədən bəhs edir?



Kitab  Peyğəmbərin  zamanında  qadınların  vəziyyətindən  

bəhs  edən  sosial-fiqhi  araşdırmadan  ibarətdir.  Kitabda  qa-

dınların  fərdi  və  ictimai  həyatına,  sosial  sahədəki  fəaliyyətinə  

dair  bütün  dini  mətnləri  toplamağa  cəhd  göstərmişəm.  Nəzərə  

alsaq  ki,  islam  şəriəti  həm  fərdi  həyatı,  həm  də  sosial  qu-

ruluşu  tənzimləyir,  onda  sosial  və  fiqhi  mövzuları  vəhdətdə  

götürmək,  ictimai  fəaliyyəti  fiqhi  baza  ilə  əlaqələndirmək  mü-

səlman  fərdin  davranışlarına  kompleks  (bütöv)  yanaşmanı  tə-

min  edəcəkdir.  Sosial  tədqiqatların  xüsusiyyətlərindən  biri  bu-

dur  ki,  təkcə  ictimai  reallığa  dair  konkret  məzmunlu  sübut  

və  kontekstlərdən  deyil,  həm  də  zənn  ifadə  edən  dəlillərdən  

istifadə  olunur.  Tarixi  reallığı  aydınlaşdırmaq  məqsədilə  hər  iki  

növ  arqumentlər  nəzərdən  keçirilir.  Fiqhi  hökmün  isbatlanma-

sında  konkret  və  ya  əsas  (racih)  dəlillər  zəruri  sayıldığı  halda  

onun  təsdiqlənməsi  üçün  ehtimal  məzmunlu  sübutlar  kifayət  

edir.  Yəni,  ehtimal  ifadə  edən  dini  mətnlər  əsil,  konkret,  ya  da  

əsas  (racih)  arqumentləri  təsdiqləyə  bilir.  Oxuyucu  kitabımızın  

müəyyən  yerlərində  görəcəkdir  ki,  bəzi  arqumentlər  ehtimal  

ifadə  edir.  Mühüm  qaydada  deyilir:  “Dəlili  ehtimal  bürüyərsə,  

isbatlaya  bilməz”.  Elə  isə  hökm  verərkən  konkret  dini  mətnlərə  

1

 Ibn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VII  cild,  səh.  233.




Ön söz 

24

istinad  etmək  lazımdır.  Digər  dəlillər  (dini  mətnlər)  isə  sosial  



tədqiqatlarda  tamamlayıcı  (ikinci  dərəcəli)  funksiya  daşıyır.  

Dini  hökmlərə  riayətdə  mükəlləf  sayılan  şəxslərin  hər  bir  

əməli  (hərəkəti)  forma  və  məzmundan  ibarətdir.  Məzmun  

(mahiyyət)  ətraf  mühitin,  zaman  və  məkan  amillərinin  diktə  

etdiyi  müxtəlif  tətbiqi  formaları  əmələ  gətirir.  Mahiyyəti  düz-

gün  başa  düşmək  çox  mühümdür.  Əgər  mahiyyətdə  mübah-

lıq

1

  vardırsa,  bu  mübahlıq  hey  davam  edəcəkdir;  yox,  haram-



lıq  (qadağa)  ifadə  edirsə,  həmin  haramlıq  heç  vaxt  qüvvədən  

düşməyəcəkdir.  Mahiyyəti  tətbiq  formalarına  gəlincə,  dediyi-

miz  kimi,  dəyişkəndir.  Amma  formalar  hər  nə  qədər  müxtəlif  

olsa  da,  mahiyyəti  ifadə  edirlər,  –  bu  cəhət  çox  mühümdür.  

Çünki  yeni  tətbiq  formalarını  müəyyən  edərkən  işimizə  yara-

yacaqdır.  Misal  üçün  götürək  qadının  təhsil  almağı,  işləməyi,  

ictimai-siyasi  fəaliyyətlə  məşğul  olmağı  problemini.  Bütün  

bu  məsələlər  prinsip  olaraq  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

tərəfindən  təsdiqlənib.  Lakin  biz  Peyğəmbərin  za-

manında  bu  məsələlərin  tətbiqi  ilə  əlaqədar  mövcud  olmuş  

formalarla  kifayətlənməliyikmi?  Yoxsa  yeni  amilləri,  qeyri-

ənənəvi  sosial  hadisələri  nəzərə  alıb  fərqli  tətbiq  formaları  

müəyyənləşdirməliyik?  Tədqiqatımızda  qadın  fəaliyyətinə,  ailə-

daxili,  siyasi-ictimai  və  peşə  sahələrində  münasibətlərinə  təsir  

göstərmiş  yeni  ictimai  hadisələri  nəzərə  almışıq.  Hətt a  qadı-

nın  geyim  və  bəzənmə  tərzinə  təsir  göstərən  sosial  hadisələri  

diqqətdən  qaçırmamışıq.  Bu  ona  görədir  ki,  müsəlman  qadın  

1

 Bir  şeyi  icrada  sərbəst  olmaq;  qadağanın  olmamağı  –  tərcüməçinin  



qeydi.  


Ön söz 

25

şəriətin  başlıca  prinsiplərindən  uzaqlaşmamaq  şərti  ilə  müasir  



cəmiyyətə  düzgün  şəkildə  inteqrasiya  etsin.  

Bu  fiqhi-sosial  tədqiqatda  qarşımıza  məqsəd  qoymuşuq  ki,  

müasir  müsəlman  qadınının  yenidən  azad  edilməsində  pay  sa-

hibi  olaq.  Təbii  ki,  Peyğəmbərin  bu  istiqamətdə  gördüyü  işləri  

nəzərə  almaqla!  

Bu  istək  diqqətimizi  daha  ciddi  və  təhlükəli  problemə  –  

həlli  alim  və  mütəfəkkirlərin  birgə  səyini  tələb  edir  –  yönəldir.  

Bu,  müasir  müsəlman  zehniyyətinin  təshihi  problemidir.  Bəli,  

bu  zehniyyəti  səhv  meyarlardan,  dağıdıcı  fikirlərdən,  qalın  bu-

xovlardan  azad  etmək  lazımdır.  Bu  sadalananlar  müsəlman  zeh-

niyyətinə  əsrlər  ərzində  hakim  kəsilib,  onu  heydən  salıb  azdırıb.  

Əgər  zehniyyət  azad  olunarsa,  ayılar,  Allahın  hidayət  nuru  ilə  iş  

görər.  Müsəlman  zehniyyətini  təshih  etmək  həm  qadını,  həm  

də  kişini  bütövlükdə,  özü  də  düzgün  şəkildə  azad  edəcəkdir.  

Əslində  bu,  sağlam  və  möhkəm  cəmiyyətin  qurulmasına  aparan  

yoldur.  Axı  ağıl  insanın  davranışlarını  tənzimləyir.  Ağıl  azad  

olub  doğru  yolu  taparsa,  davranışlar  da  düzələr.  Fikrimizcə,  

bu,  başlıca  problemdir.  Çünki  yanlış  qənaətlər  müsəlman  fikir  

metodologiyasında  ciddi  çatışmazlıqlara  səbəb  olmuşdur  ki,  bu  

da  öz  növbəsində  həyatın  bütün  sahələrinə  təsir  göstərmişdir.  



Kitabın metodu

Kitabda  ayə  və  səhih  hədislər  diqqətlə  və  kompleks  şəkil-       

də  öyrənilmişdir.  İlk  növbədə,  İmam  Buxarinin  “Səhih”  ki-

tabını  əsas  götürmüş,  həyatın  müxtəlif  sahələrində  qadınla-

rın  fəaliyyətindən  bəhs  edən  hədisləri  araşdırmışam.  Daha  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə