Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə13/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   9   10   11   12   13   14   15   16   ...   158

Birinci fəsil. Qadın şəxsiyyəti 

43

yaraq,  ümmət  onu  qəbul  etmişdir,  –  bunu  Sünnə  elmini  azacıq  



da  olsa  bilən  hər  kəs  təsdiq  edir”

1

.  



Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

belə  dediyini  rəvayət  edib:  

“Kim  bizim  bu  işimizdə  ondan  olmayanı  edərsə,  rədd  edilər”

2

.



Həzrəti  Aişə,  Həzrəti  Həfsə,  Ümmi-Sələmə,  Ümmi-Həbibə,  

Cüveyriyə  və  başqaları  hədis  rəvayət  etmiş  səhabə  qadınlardır.  

Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  deyirdi:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səndəlini  ge-

yinərkən,  saçını  qaydaya  salarkən,  təmizlənərkən  –  bir  sözlə,  

hər  bir  şeydə  sağdan  başlamağı  xoşlayırdı”

3

.

Həzrəti  Həfsə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Mən  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vəfat  


ili  xaric  başqa  heç  vaxt  nafilə  namazlarını  oturaraq  qıldığını  

görmədim.  (Bu  bir  il  ərzində)  oturaraq  nafilə  namazı  qılır,  

surələri  avazla  oxuyurdu.  Odur  ki  avazla  oxuduğu  surələr  daha  

uzun  surələrdən  uzun  olurdu”

4

.  


Ümmi-Sələmə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

otağının  qapısı  

ağzında  bir-biri  ilə  çəkişənlərin  səsini  eşidib  çölə  çıxdı.  Onlara  

dedi:  “Mən  də  insanam.  Yanıma  bir-biri  ilə  çəkişən  insanlar  

gəlir.  Bəlkə  də,  bəziniz  digərlərindən  daha  bəlağətli  nitqə  sahib-

dir.  Odur  ki  onu  haqlı  bilərəm,  lehinə  hökm  verərəm.  Kimin  

lehinə  bir  müsəlmanın  haqqına  girməklə  hökm  versəm,  (bilsin  

1

 əş-Şövkani.  Leyl  əl-Övtar,  VIII  cild,  səh.  122.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇ 

44

ki)  bu  hökm  cəhənnəmdən  bir  atəşdir.  İstər  götürsün,  istərsə  



də  götürməsin”

1

.



Zeynəb  bint  Cəhş  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  bir  

dəfə  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  yanına  

qorxmuş  halda  gələrək  dedi:  “Allahdan  başqa  ilah  yoxdur!  Ya-

xınlaşan  şərdən  vay  ərəblərin  halına!  Bu  gün  Yəcuc  və  Məcuc  

səddindən  belə  bir  –  baş  və  şəhadət  barmaqlarını  dairəvi  

birləşdirərək  göstərdi  –  dəlik  açıldı.  (Zeynəb  sözünə  davam  

edir:)  “Dedim  ki,  ey  Allahın  rəsulu,  aramızda  əməlisalehlər  

ola-ola  biz  də  həlak  olacağıqmı?”  Dedi:  “Əgər  pislik  (xəbislik)  

çoxalarsa,  bəli!”

2

Rəvayət  olunur  ki,  Ümmi-Həbibə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“(Bir  dəfə)  belə  dua  etmişdim:  “Allahım,  mənə  ərim  Pey-

ğəmbərlə,  atam  Əbu  Süfyanla,  qardaşım  Müaviyə  ilə  məmnun-

luq  bəxş  et.”  (Bunu  eşidən)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

demişdi:  “Allaha  yazılmış  ömür,  məhdud  günlər  və  bö-

lünmüş  ruzi  üçün  əl  açırsan.  Allah  heç  nəyi  vədəsindən  qabaq  

və  ya  sonra  etməz.  Əgər  Allahdan  səni  cəhənnəm  və  ya  qəbir  

əzabından  qorumağını  istəsəydin,  daha  yaxşı,  daha  üstün  olar-

dı.”  (Ravi  deyir:)  “Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanında  meymunlardan  söz  açılmışdı.  (başqa  ravi  Mis`ər  deyir:  

“Zənnimə  görə,  belə  deyilmişdi:  “Donuzlar  dəyişilmədən  (baş-

qa  bir  heyvandan  və  ya  insandan  çevrilib  olmaqla)  yaranıb.”  

Peyğəmbər  dedi:  “Allah  dəyişilib  olanlara  törəyib-artma  bəxş  

etməyib.  Meymunlar  və  donuzlar  bundan  qabaq  da  olmuşlar”

3

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci fəsil. Qadın şəxsiyyəti 

45

Rəvayət  olunur  ki,  Cüveyriyyə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Bir  dəfə  sübh  tezdən  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

səhər  namazını  qıldıqdan  sonra  yanımdan  ayrılıb  getdi.  

Məsciddə  oturmuşdum.  Zuha  vaxtı  geri  qayıtdı.  Gördü  ki,  hələ  

də  məsciddə  oturmuşam.  Soruşdu:  “Hələ  də  səndən  ayrılıb  

getdiyim  vəziyyətdəmi  oturmusan?”  Dedim:  “Bəli.”  Buyurdu:  

“Səndən  ayrıldıqdan  sonra  dörd  sözü  üç  dəfə  təkrar  etdim.  

Bu  sözləri  sənin  bu  gün  söylədiklərinlə  tərəziyə  qoysam,  eyni  

gələr:  “Subhənəlllahi  və  bihəmdih  adədə  xalqih  və  rıda  nəfsih  

və  zinətə  arşih  və  midədə  kəlimətih”

1

.



Rəvayət  olunur  ki,  Səfiyyə  bint  Hüyey  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:  



“Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ramazanın  

son  on  günündə  məsciddə  etikafda  ikən  baş  çəkdim.  Onunla  

söhbət  etdim.  Evə  qayıtmaq  üçün  yerimdən  qalxdım.  Məni  

evimə  ötürmək  üçün  Peyğəmbər  də  ayağa  durdu.  Məscidə,  

Ümmi-Sələmənin  otağının  qapısına  çatmışdım  ki,  ənsardan  iki  

nəfər  yanımızdan  keçdi.  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

salam  verdilər.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

onlara  dedi:  “Yavaş  olun.  Bu,  Səfiyyə  bint  Hüyeydir.”  

Dedilər:  “Sübhənallah,  ey  Allahın  rəsulu!”  Peyğəmbər  də:  “Al-

lahu  Əkbər!”  –  deyib  sözünə  davam  etdi:  Şübhə  yox  ki,  Şeytan  

insanın  damarlarınadək  nüfuz  edir.  Qorxdum  ki,  ağlınıza  pis  

şey  gəlsin”

2

.

Rəvayət  olunur  ki,  Məymunə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə