Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə106/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   102   103   104   105   106   107   108   109   ...   158

Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

345


saxlayaraq,  mənimlə  arasında  pərdə  çəkdi.  Bu  əsnada  hicab  

ayəsi  nazil  oldu”

1

.

Hafiz  ibn  Həcər  demişdir:  



“İsmayıli  “Dedim:  “Ey  Allahın  peyğəmbəri,  çağırmağa  kimsə  

tapmıram.”  Dedi:  “Süfrəni  yığışdırın!”  sözünə  Əbdülvaris  və  

Cəfər  ibn  Mehrana  istinadən  bu  hissəni  əlavə  edib:  “Zeynəb  

evin  bir  tərəfində  əyləşmişdi.  O,  gözəllik  əta  edilmiş  qadın  idi.  

(Həmin  vaxt)  evdə  üç  şəxs  qalmışdı”

2

.  



Salamlaşmada

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənə  


buyurdu:  “Ey  Aişə,  bu  Cəbrayıldır,  sənə  salam  söyləyir.”  Mən  

də  dedim:  “Ona  da  salam,  Allahın  rəhməti  və  bərəkəti  olsun!  

Sən  bizim  görmədiyimizi  görürsən...”

3

  



İmam  Buxari  bu  hədisi  “Kişilərin  qadınlara,  qadınların  da  

kişilərə  salam  verməsi”  başlığı  altında  göstərilmişdir.  

Hafiz  ibn  Həcər  demişdir:  

“Onun  (Peyğəmbərin  –  mütərcim)  “Ey  Aişə,  bu  Cəbrayıldır,  

sənə  salam  söyləyir”  sözü  ilə  əlaqədar  olaraq,  İbn  ət-Tin  nəql  

edir  ki,  Davudi  etirazla  demişdir:  “Mələklərə  kişi  deyilməz,  

amma  Allah  onları  “müzəkkər”də  (kişi  cinsində)  göstərmişdir.  

Buna  cavabən  deyirik  ki,  Cəbrayıl  vəhy  başlananda  olduğu  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  X  cild,  səh.  147.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

346


kimi  (hər  dəfə)  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  kişi  qiyafəsində  gəlirmiş”

1

.

Ziyarətlərdə



Səid  ibn  əl-As  rəvayət  edir  ki,  Həzrəti  Aişə  və  Həzrəti  Os-

man  demişlər:  

“(Bir  dəfə)  Əbubəkr  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı   

olsun!)  

yanına  girmək  üçün  izn  istədi.  Həmin  vaxt  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aişənin  çarşabına  bürünərək  

yatağında  uzanmışdı.  Elə  bu  vəziyyətdəcə  Əbubəkrə  girməyə  

icazə  verdi.  Əbubəkr  istəyini  ona  ərz  etdikdən  sonra  get-

di.  Sonra  Ömər  gəlmək  üçün  izn  istədi.  Peyğəmbər  həmin  

vəziyyətdəcə  ona  girməyə  icazə  verdi.  Ömər  istəyini  ona  ərz  

etdikdən  sonra  getdi.  (Osman  deyir:)  “Daha  sonra  mən  girmək  

üçün  izn  istədim.  (Peyğəmbər)  durub  oturdu  və  Aişəyə  dedi:  

“Paltarınla  əynini  ört.”  Ona  istəyimi  ərz  etdikdən  sonra  çıx-

dım.”  Bu  zaman  Aişə  soruşdu:  “Ey  Allahın  rəsulu,  nə  üçün  

sən  Əbubəkri,  Öməri  deyil,  məhz  Osmanı  gördükdə  yerindən  

qalxıb  əyləşdin?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Osman  utancaq  (həyalı)  kimsədir.  Qorxdum  ki,  ona  bu  

vəziyyətdə  ikən  içəriyə  girmək  icazəsi  versəm,  istəyini  (ehtiya-

cını)  mənə  bildirməsin”

2

.

Rəvayət  olunur  ki,  Üsamə  ibn  Zeyd  demişdir:  



“(Bir  dəfə)  Cəbrayıl  

(Ona  salam  olsun!)

  Peyğəmbərin  



(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

yanına  gəlmişdi.  Həmin  vaxt  Ümmi-Sələmə  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  271.



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir  




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

347


də  orada  idi.  Cəbrayıl  onunla  (Peyğəmbərlə)  danışmağa  başla-

dı.  Sonra  çıxıb  getdi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ümmi-Sələməyə  dedi:  “Bilirsənmi  bu  kim  idi?”  Ümmi-Sələmə  

dedi:  “Bu  Dihyədir.”  (Ümmi-Sələmə  sonralar  deyirdi:)  “Allaha  

and  olsun  ki,  Peyğəmbərin  (



Ona  Allahın  xeyir-duası  və  salamı  olsun

  –  


səhabələrinə  bu  gələnin)  Cəbrayıl  olmağı  haqda  danışdığı  xüt-

bəsini  eşidənədək  onu  (Cəbrayılı)  Dihyə  sanmışdım”

1

.

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:  

“Cümə  günü  insanlar  (Mədinənin)  yuxarı  tərəfindəki  evlə-

rindən  növbə  ilə  gələrdilər.  Toz-torpaqlı  (yolla)  gəldiklərindən  

(üst-başları)  toz  olar,  tərləyərdilər.  (Bir  dəfə)  onlardan  biri  

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlmişdi.  

Həmin  vaxt  mən  Peyğəmbərin  yanında  idim.  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  dedi:  “Barı  bu  gün  təmizliyinizə  

riayət  edin”

2

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  bir  dəstə  yəhudi  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

yanına  gələrək  dedilər:  “Əs-samu  əleyk  (Sənə  

ölüm  olsun)!”  Nə  dediklərini  başa  düşərək  dedim:  “Elə  sizə  

ölüm  və  lənət  olsun!”  (Bunu  eşidən)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

dedi:  “Yavaş  ol,  Aişə!  Allah  hər  şeydə  müla-

yimliyi  sevir.”  Dedim:  “Ey  Allahın  rəsulu,  onların  nə  dediyini  

eşitmədinmi?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“(Eşitdim  və)  “Sizə  də”  –  dedim”

3

.



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə