Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
351
Aişə və Ümmi-Süleym səylə işləyirlər. Paltarlarını
topuğa qədər
çırmayaraq bellərinə su tuluğu yükləyib daşıyırlar, yaralılara su
verir, su qurtardıqda yenidən qayıdıb (tuluqlara) su doldurur,
yaralıların ağzına tökürdülər”
1
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Uhud günü müşriklər məğlub olmuşdular. (Bunu görən)
İblis
(Ona Allahın lənəti olsun!)
haray qopardı: “Ey Allahın qulları!
Arxanızı qoruyun!” (Bunu eşidən) ön səfdəkilər geri döndülər
və arxa səfdəkiləri düşmən sanaraq onlar vuruşmağa başladılar.
Hüzeyfə (ətrafa) nəzər saldı və birdən atası Yəmanı gördü.
Tez qışqırdı: “Ey Allahın qulları, (bu) atamdır, (bu) atamdır!”
(Həzrəti Aişə sözünə davam edir:) “Allaha and olsun ki, onlar
(Hüzeyfənin atası ilə) savaşmaqdan əl çəkmədilər, nəhayət, onu
öldürdülər.” (Bunu görən) Hüzeyfə (onlara) səsləndi: “Allah
sizi bağışlasın!” (Sonralar səhabələrdən) Ürvə demişdi: “And
olsun ki, Qüdrətli və Böyük Allaha qovuşanadək Hüzeyfə xe-
yirxahlığından qalmadı”
2
.
b) Əhzab döyüşündə. Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Xəndək günü Sə`d yaralanmışdı. Onu Qüreyşdən bir şəxs
(oxla) yaralamışdı. Adı Hibban ibn əl-Ərəqə idi... O, oxunu
atıb (Sə`din) dirsəyindəki ana damara batırmışdı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məscidə çadır qurdu ki, ona ya-
xınlıqdan baş çəkə bilsin. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
Xəndəkdən qayıtdı, silahını bir qırağa qoyub yuyundu.
(Bu zaman) Cəbrayıl
(Ona salam olsun!)
onun yanına gəldi... Dedi:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
352
“Silahını soyundunmu? Allaha and olsun ki, mən silahımı hələ
çıxarmamışam. Onların üstünə get!” Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
soruşdu: “Kimin?” Mələk Bəni-Qüreyzə tərəfi
göstərdi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onların yur-
duna tərəf hərəkət etdi. Onun (Peyğəmbərin) hökmünə boyun
əydilər. Peyğəmbər də (onlar barədə) hökm çıxarmağı Sə`də
həvalə etdi. Sə`d dedi: “Mən onlar haqda o hökmü çıxarıram
ki, döyüşçüləri öldürülsün, qadın və övladları əsir götürülsün,
var-dövlətləri də bölüşdürülsün.”
Hişam demişdir:
“Atam mənə danışıb ki, Həzrəti Aişə Sə`din belə dedi-
yini rəvayət edib: “Allahım, yaxşı bilirsən ki, Sənin yolun-
da ən çox bu qövmlə cihad etmək istəyirəm. O qövmlə ki,
sənin peyğəmbərini
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yalançı he-
sab etdilər, el-obasından didərgin saldılar. Allahım, elə zənn
edirəm ki, bizimlə onların arasında müharibə qalmayıb. Yox,
əgər Qüreyşlə aramızda savaş qalıbsa, məni o vaxta qədər
sağ-salamat tut. Çünki Sənin yolunda onlarla cihad etmək istə-
yirəm. Yox, aramızda savaş qalmayıbsa, yaramı böyüt (deş) və
ölümüm buna görə olsun!”
Bundan sonra onun boyun damarına qədər uzanan yarası
deşildi, amma o qorxmadı. Məsciddə Bəni-Qəfar qəbiləsinə
məxsus bir çadır var idi. (Sə`din yarasından çıxan) qan onlara
tərəf axırdı. Dedilər: “Ey çadırdakılar! Sizdən bizə axıb gələn
nədir?” Bu zaman Sə`din yarasından axan qan kəsilmirdi. O
(Allah ondan razı qalsın!)
elə bu yaradan öldü”
1
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
353
HİCAB VACİB EDİLDİKDƏN SONRA
PEYĞƏMBƏR XANIMLARININ
CƏMİYYƏTİN İCTİMAİ HƏYATINDA
İŞTİRAKI VƏ KİŞİLƏRLƏ DANIŞMALARI
Diqqətəşayandır ki, hicab əmr edildikdən sonra Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xanımları ictimai həyatdan özləri-
ni təcrid etməmiş, əksinə, sosial işlərdə müəyyən həddə pay sa-
hibi olmuş, hətt a Allah rəsulunun vəfatından sonra onun fəaliy-
yətini müəyyən səviyyədə davam etdirmişlər. Müsəlmanlara
dinlərini öyrətmədə onların rolu olduqca böyükdür. Bu zaman
onlar ictimai həyatda davamlı iştirak edir, pərdə arxasından
da olsa əməlisaleh kişilərlə şifahi ünsiyyət yaradırdılar. Belə ki
hicab sosial həyatda iştiraka əngəl olmamış, əksinə, bu iştira-
kın çərçivəsini bir qədər kiçiltmişdi. Hicab kişilərlə görüşməyi
qadağan etməmişdi, amma belə görüşlər, xüsusən Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xanımları ilə baş verdikdə özü-
nəməxsus ədəb-ərkanla müşayiət olunurdu. Beləliklə, qadınla-
rın sosial həyatda iştirakı Peyğəmbərin zamanında ənənəvi hal
almışdı. Hətt a son dərəcə xüsusi hallarda şəriət qadınların
sosial fəaliyyətinə qadağa qoymamış, amma bunu bir qədər
məhdudlaşdırmışdı. Aşağıdakı dini mətnlər dediklərimizə sü-
butdur: