İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
360
2. Qadınlar səfərdə Peyğəmbərə
yoldaşlıq etmişlər
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səfərə çıxmaq
istədikdə zövcələri arasında püşk atardı. Kimin oxu
1
çıxsaydı,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu özü ilə səfərə
aparardı. Bir yürüş zamanı yenə aramızda püşk atmışdı. Mənim
oxum çıxdı və mən örtük ayəsi endikdən sonra Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səfərə yollandım. Kəcavəmdə
gedir, kəcavəmdə də gecə361ləyirdim. Bütün səfər boyu belə
davam etdi. Nəhayət, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
bu savaşdan geri qayıtdı və biz də dəstə-dəstə Mədinəyə
yaxınlaşdıq. Bu zaman bir yerdə gecələdik. Sonra Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
hərəkət etməyimiz haqda car
çəkdirdi...”
2
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səfərə çıxmaq
istədiyində xanımlarının arasında püşk atırdı. (Bir dəfə) püşk
Aişəyə və Həfsəyə düşmüşdü. Gecə düşdüyündə Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Aişənin dəvəsində gedir, onunla
söhbət edirdi. (Bunu görən) Həfsə dedi: “Gəl bu gecə sən
mənim, mən də sənin dəvənə minim. Həm sən (Peyğəmbəri)
1
Həmin dövrdə oxqabından ox çəkərək püşk atmaq adət yayılmışdı –
tərcüməçinin qeydi.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
361
gör, həm də mən.” Aişə: “Olar”, – deyib (Həfsənin dəvəsinə)
mindi...”
1
.
Misvər ibn Məxrəmə və Mərvan demişlər:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Hüdeybiyyə günü
səfərə çıxmışdı... Onlardan (səhabələrdən) heç kəs (saçını qırxıb
dəvəsini kəsmək üçün) ayağa qalxmadığında Ümmi-Sələmənin
yanına gedib olanları ona danışdı...”
2
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Bəzi səfərlərində Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
idik. Beydaya, ya da Zatülceyşə çatdığımızda boyunbağım
qırıldı...”
3
.
3. Qadınlar sosial işlərə maraq göstərmiş,
ictimai həmrəylik nümayiş etdirmişlər
Ümmi-Sələmə dövlət başçısının xalqa
ünvanlanmış xütbəsinə qulaq asmışdır
Ümmi-Sələmə rəvayət edir ki, (bir dəfə) insanların (cənnət)
hovuzundan danışdıqlarını eşidir. Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
bu haqda ona heç nə danışmamışdı. Həmin vaxt
bir cariyə onun saçını darayırmış. Ümmi-Sələmə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
minbərdən “Ey insanlar!” – deyə
səsləndiyini eşidib cariyəyə dedi: “Mənə bir az möhlət ver.”
Cariyə dedi: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ancaq
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
362
kişiləri çağırdı, qadınları ki deyil!” Ümmi-Sələmə dedi: “(Nə
olsun ki?!) Mən də insanam”
1
. (Bu zaman) Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
deyirdi: “Mən sizdən ötrü Hovu-
zun yanına birinci çatacağam. Mənə baxın! Nəbadə sizdən
kimsə itmiş dəvə necə qovulursa, yanıma gəldiyində elə qo-
vulmasın; mən də: “Bu nəyə görədir?” – deməyim; mənə də
(cavabən:) “Sən onların səndən sonra nə etdiklərini bilmirsən!”
– deyilməsin! Mən də: “İraq olsun!” – deməyim!”
2
Zeynəb bint Cəhş xeyriyyə işləri üçün
özünə peşə seçmişdir
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) bəzi xanımları Peyğəmbərə
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
dedilər: “Hansımız sənə birinci qovuşacağıq?” Pey-
ğəmbər: “Əli daha uzun olanınız!” – deyə cavab verdi. İp gö-
türüb əllərini ölçməyə başladılar. Əli ən uzun olanı Sevda idi.
Sonralar (Zeynəb vəfat etdikdən sonra) bildik ki, əlin uzunlu-
ğu – çox sədəqə vermək demək imiş. Zeynəb bizdən tez ona
qovuşdu. O, sədəqə verməyi çox sevirdi”
3
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“...Qadınlar arasında Zeynəb qədər xeyirxah, Allahdan qor-
xan, düz danışan, qohumlarına tez-tez baş çəkən, çox sədəqə
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.