İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
366
Həzrəti Aişə vətəndən qərib müsəlmanların
vəziyyəti ilə maraqlanmışdır
Rəvayət edilir ki, Əbdürrəhman ibn Şəmmasə deyib:
“(Bir dəfə) bir şey soruşmaq üçün Aişənin yanına getmiş-
dim. Soruşdu: “Kimlərdənsən?” Dedim: “Misirdənəm.” Dedi:
“Misirə yürüşünüz zamanı valiniz sizinlə necə davranırdı?” De-
dim: “Ondan heç bir yamanlıq görməmişik. Birimizin dəvəsi
ölsə, dəvə verər, köləsi ölsə – kölə. Dolanacağa ehtiyacı olana
da xərclik verir.” Həzrəti Aişə dedi: “Qardaşım Məhəmməd
ibn Əbubəkrin mənə etdikləri Peyğəmbərdən
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
eşitdiklərimi sənə söyləməyimə əngəl ola bilməz.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu eşitdiyimi evimdə
söyləmişdi: “Allahım, ümmətimə rəhbərlik edən şəxs onlarla zo-
rakı davranarsa, Sən də onunla zorakı davran! Yox, ümmətimə
rəhbərlik edən şəxs onlarla mülayim (mehriban) davranarsa,
Sən də ona mehriban ol!”
1
Həzrəti Həfsə Raşidi xilafətində
yaranmış böhrandan narahatdır
İbn Ömər
(Allah ondan razı qalsın!)
demişdir:
“Həfsənin yanına getmişdim. Dedi: “Xəbərin oldumu, atan
özündən sonra heç kəsi varis buraxmadı?” Dedim: “O bunu
(əvvəlcədən) etmək istəmirdi.” Dedi: “O, bunu edəcəkdir.” Mən
də and verdim ki, (bu haqda gedib atamla) danışacağam. Səhər
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
367
yanına getdim, amma bu haqda danışmadım. Sağ əlimdə, sanki,
bir dağ tutmuşdum. Nəhayət, qayıdıb atamın yanına girdim.
İnsanların vəziyyətini xəbər aldı. Mən də ona (baş verənləri,
olub-keçənləri) xəbər verdim. Sonra dedim: “İnsanların danışı-
ğını eşitdim və and içdim ki, bunu sənə xəbər verim. Deyirlər
ki, özündən sonra heç kəsi varis (xəlifə) qoymaq istəmirsən.
Əgər sənin dəvələri və ya qoyunları otaran bir çobanın onları
başı-başına buraxıb yanına gəlsə, deməli, otardıqlarını itirmişdir.
İnsanlara çobanlıq etmək isə daha çətindir.” (Abdullah sözünə
davam edir:) “(Atam) dediklərimlə razılaşdı, bir müddət ba-
şını (döşəkdən) qaldırmadı. Daha sonra başını qaldırıb dedi:
“Qüdrətli və Böyük Allah dinini qoruyacaqdır. Özümdən sonra
xəlifə qoymasam, (bil ki,) Peyğəmbər də
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
özündən sonra xəlifə qoyub getməyib. Yox, qo-
yub getsəm, (bil ki,) Əbubəkr qoyub getmişdir.” (Abdullah
ibn Ömər deyir:) “Allah and olsun ki, atam ancaq və ancaq
Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və Əbubəkri xatırla-
dı. Mən başa düşdüm ki, nə Peyğəmbəri kiminləsə dəyişəcək
1
,
nə də özündən sonra kimisə xəlifə təyin edəcəkdir”
2
.
Həzrəti Aişə məşhur səhabənin cənazə
namazını qılmaqda istəkli olmuşdur
Rəvayət olunur ki, Əbbad ibn Abdullah ibn əz-Zübeyr de-
mişdir:
“Aişə istədi ki, Sə`d ibn əbu Vəqqasın cənazəsini məscidə
gətirsinlər və o da ona cənazə namazı qılsın. İnsanlar etiraz
1
Yəni, bu işdə onun kimi hərəkət edəcəkdir – tərcüməçinin qeydi.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
368
etdiklərində dedi: “Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Süheyl ibn əl-Beyzanın cənazə namazını məsciddə qıldığını
insanlar nə tez unudublar!”
1
.
4. Kişilər müxtəlif məsələlərdə
qadınlara müraciət etmişlər
Tərif və ehtiramda
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Bəzi səfərlərində Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
idik. Beydaya, ya da Zatülceyşə çatdığımızda boyun-
bağım qırıldı. Peyğəmbər onu axtarmağa getdi. İnsanlar da
onunla getdilər. Olduqları yerdə su yox idi. İnsanlar Əbubəkr
əs-Siddiqin yanına gedib dedilər: “Görürsənmi Aişə nə iş çı-
xarıb? Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və insanları
işindən edib. Nə olduqları yerdə su var, nə də özlərində.” (Bu
zaman) Əbubəkr yanıma gəldi. Peyğəmbər
(Ona Allahın xeyir-dua-
sı və salamı olsun!)
başını dizimə qoyub yatmışdı. Əbubəkr dedi:
“Həm Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
, həm də in-
sanları məşğul etdin. Nə olduqları yerdə su var, nə də özləri
ilə götürüblər.” (Aişə deyir:) “Əbubəkr məni danladı, dediyini
dedi. Sonra da əlləri ilə yanımdan vurmağa başladı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dizimin üstündən yatdığından
tərpənə bilmirdim. Səhər olduğunda Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
yuxudan oyandı, hələ də su tapılmamış-
1
Hədisi İmam Müslim rəvayət etmişdir.