Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
375
“Biz hara, Peyğəmbər hara! Onun keçmiş və gələcək günah-
ları bağışlanmışdır!” Birincisi dedi: “Gecələri hey namaz qı-
lacağam.” Digəri dedi: “Ömrüm boyu oruc tutub gündüzləri
yeməyəcəyəm.” Üçüncüsü də dedi: “Mən də qadınlardan kənar
qaçacaq, evlənməyəcəyəm.” Peyğəmbər (
Ona Allahın xeyir-duası və sa-
lamı olsun!
– bundan xəbər tutduqda) onların yanına gedib bu-
yurdu: “Bu cür və bu cür danışan sizsinizmi? Allaha and olsun
ki, Mən Allahdan sizdən çox qorxuram, sizdən də təqvalıyam
1
.
Amma həm oruc tutur, həm də yeyirəm, (gecələri) həm iba-
dətlə keçirir, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim
sünnəmdən üz çevirərsə, məndən deyildir!”
2
Hafiz ibn Həcər demişdir:
“Hədisdən... məlum olur ki, nümunə götürmək üçün böyük
insanları öyrənmək olar. Bunu kişilərdən öyrənmək mümkün
deyilsə, qadınlara müraciət etmək caizdir”
3
.
Rəvayət olunur ki, Əlqəmə demişdir:
“Möminlərin anası Aişədən soruşdum: “Ey Möminlərin ana-
sı, Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ibadəti necə idi?
Xüsusi günlərdə ayrıca ibadət edirdimi?” Dedi: “Xeyr, amma
onun ibadəti davamlı idi. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
bacardığını sizdən kim bacara bilər ki?!”
4
1
Təqva: Allahdan qorxma; ruha və nəfsə nəzarət; Allaha yaxınlaşma;
nəfsən təmizlənmə (ruhən, daxilən safl aşma, imanca kamilləşmə, mənəvi
tərbiyə) anlayışlarını özündə ehtiva edən geniş mənalı dini termin – tər-
cüməçinin qeydi.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 5.
4
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
376
Şüreyh ibn Hani rəvayət edir ki, Əbu Hüreyrə
(Allah ondan razı
qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurub: “Kim
Allahla görüşməyi istəyərsə, Allah da onunla görüşməyi istəyər.
Kim Allahla görüşmək istəməzsə, Allah da onunla görüşməyi
istəməz.” (Şüreyh deyir:) “Aişənin yanına gedib dedim: “Ey
Möminlərin anası, eşitdim ki, Əbu Hüreyrə Peyğəmbərdən
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
bir hədis rəvayət edib. Əgər (dedi-
yi) doğrudursa, cəhənnəmə girərik.” Dedi: “Cəhənnəmə girən
Peyğəmbərin sözünə görə cəhənnəmə girəcəkdir. Nə (hədisdir)
o?” Dedim: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurub:
“Kim Allahla görüşməyi istəyərsə, Allah da onunla görüşməyi
istəyər. Kim Allahla görüşmək istəməzsə, Allah da onunla
görüşməyi istəməz. Aramızda elə kəs yoxdur ki, ölümdən xoş-
lansın.” Dedi: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bunu
deməyinə deyib, amma (mənası) sənin başa düşdüyün kimi
deyildir. (Bu o mənadadır ki,) göz bərəldiyində, sinə xırılda-
yıb, tüklər biz-biz olduqda və barmaqlar yığıldıqda Allahla gö-
rüşməyi istəyənlə Allah da görüşmək istəyər, istəməyənlə də
istəməz”
1
.
Übeydullah ibn əl-Qibtiyyə demişdir:
“Mən Haris ibn əbu Rəbiə və Abdullah ibn Səfvanla birlik-
də Möminlərin anası Ümmi-Sələmənin
(Allah ondan razı qalsın!)
ya-
nına getmişdim. Ondan yerinə dibinə batırılacaq ordu haqqın-
da soruşdular. Həmin vaxt Abdullah ibn Zübeyrin hadisəsi baş
vermişdi. Ümmi-Sələmə dedi: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
demişdir: “Bir şəxs Evə (Kə`bəyə) pənah gətirəcək
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...
377
və üstünə bir ordu göndəriləcəkdir. Onlar çöllük əraziyə çat-
dıqda yerin dibinə batırılacaqlar.” Bu zaman dedim: “Ey Al-
lahın rəsulu, zorla (bu orduya daxil edilən) necə olacaqdır?”
Dedi: “O da onlarla birlikdə batırılacaqdır, amma Qiyamət
günü niyyətinə görə dirildiləcəkdir.”
Əbu Cəfər demişdir: “Bu çöllük ərazi Mədinənin yaxınlığın-
dakı çöllük ərazidir”
1
.
Ümeyyə ibn Səfvan rəvayət edir ki, babası Abdullah ibn
Səfvan demişdir:
“Həfsə
(Allah ondan razı qalsın!)
mənə danışmışdır ki, Peyğəmbə-
rin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə dediyini eşidib: “Bu Evə
(Kə`bəyə) onu işğal etmək üçün bir ordu hücum edəcəkdir.
Amma bir çölə (düzənliyə) çatdıqlarında ortada olanlar yerin
dibinə gömüləcəklər. Əvvəldə olanlar axırda olanları haraylasa-
lar da, axırda onlar da batırılacaqlar. Onların xəbərini (insan-
lara) çatdıracaq qovulmuş şəxsdən başqa onlardan kimsə sağ
qalmayacaqdır.” (Bunu eşidən) bir şəxs dedi: “Təsdiqləyirəm ki,
Həfsənin adından düz danışdın, o da Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
adından heç vaxt yalan danışmaz”
2
.
Rəvayət olunur ki, Sümamə (İbn Həzən əl-Qüşeyri) demiş-
dir:
“(Bir dəfə) Aişə ilə görüşüb ondan “nəbiz” haqqında soruş-
dum. Aişə həbəşi bir cariyəni çağırıb dedi: “Bundan soruş. O,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
üçün “nəbiz” hazır-
layardı.” Həbəşi cariyə dedi: “Gecədən dəri tuluqda ona nəbiz
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |