İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
400
Rəvayət olunur ki, Abdullah ibn Ömər
(Allah ondan razı qalsın!)
demişdir:
“Ömərin zövcəsi sübh və işa namazlarını məsciddə camaatla
qılardı...”
1
.
Cümə namazı
Allah Təala buyurur:
“Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördüklə-
ri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qo-
yub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahın-
da olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi
verənlərin ən yaxşısıdır!” (əl-Cumuə, 11).
Rəvayət olunur ki, Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
(cümə) namaz(ı) qıldığımız vaxt ərzaqla yüklənmiş bir karvan
gəldi. İnsanlar karvana tərəf getdilər, Peyğəmbərlə
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
ancaq on iki nəfər qaldı. Bu səbəbdən
ayə endi: “Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə
gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun
halda) qoyub ona tərəf cumdular...”
2
.
Hafiz ibn Həcər demişdir:
“Təbəri və İbn əbu Hatimin təfsirlərində sağlam istinad-
la rəvayət olunur ki, Əbu Qətadə demişdir: “(Həmin vaxt)
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onlardan soruşub-
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
401
muş: “Neçə nəfər qalmısınız?” Onlar özlərini saydıqlarında on
iki kişi və qadın idilər”
1
.
Əmrə bint Əbdürrəhman rəvayət edir ki, bacılarından biri
demişdir:
“Mən “Qaf. Şanlı Qurana and olsun...” surəsini Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ağzından eşidib öyrənmişəm. O,
onu hər cümə minbərdə oxuyurdu”
2
.
Rəvayət olunur ki, Ümmi-Hişam bint Harisə ibn ən-Nö`man
demişdir:
“İki il, ya da bir ildən bir qədər çox müddət ərzində soba-
mızla Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sobası eyni
idi. “Qaf. Şanlı Qurana and olsun...” surəsini Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
ağzından eşidib öyrənmişdim. O, onu
hər cümə minbərdə xütbə deyərkən oxuyurdu”
3
.
İbn Sə`din “ət-Təbəqat əl-kübra” kitabında rəvayət olunur ki,
Xövlə bint Qeys əl-Cühəniyyə demişdir:
“Cümə günləri qadınların arxasında dayanır və Peyğəmbə-
rin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xütbəsinə qulaq asırdım.
Məscidin arxa tərəfində ikən Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
minbərdə “Qaf. Şanlı Qurana and olsun...” surəsini
oxuduğunu da eşidirdim”
4
.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III cild, səh. 76.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
4
İbn Sə`d. ət-Təbəqat əl-kübra, VIII cild, səh. 296.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
402
Nafilə namazları
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məs-
cidə gəldiyində iki dirək arasına çəkilmiş ip görüb soruşdu:
“Bu nə ipdir?” (Məsciddəkilər:) “Bu, Zeynəbin ipidir. (Namaz
qılıb) yorulduqda ondan tutur.” Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
dedi: “Xeyr! Açın onu. Biriniz özünü gümrah hiss
etdikcə namaz qılsın. Yorulduqda isə otursun”
1
.
Hafiz ibn Həcər demişdir:
“Hədisə görə qadınlar məsciddə nafilə namazlarını qıla
bilərlər
2
... Ürvəyə istinadən Səid ibn Mənsur rəvayət etmişdir
ki, (Ramazanda gecə ibadəti zamanı) Ömər insanlara Übey ibn
Kə`bi imam təyin etmişdi. Übey kişilərə, Təmim əd-Dari isə
qadınlara namaz qıldırırdı”
3
.
“Məcmu şərh əl-mühəzzəb” kitabında İmam Nəvəvi rəvayət
edir ki, Ərfəcə əs-Səqəfi demişdir:
“Əli ibn əbu Talib insanlara əmr edirdi ki, Ramazanda ca-
maat namazı qılsınlar. O, kişilərə və qadınlara namaz qıldır-
maq üçün ayrıca imam təyin etmişdi. Mən qadınlara namaz
qıldırırdım
4
”
5
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III cild, səh. 279.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, V cild, səh. 56.
4
Hədisi Beyhəqi rəvayət etmişdir.
5
Məcmu şərh əl-mühəzzəb, III cild, səh. 528.