Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə125/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   121   122   123   124   125   126   127   128   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

403


Əbu  Davud  rəvayət  edir  ki,  Əbu  Zər  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Ramazanın  son  üç  gecəsində  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

ailəsini,  zövcələri  və  insanları  bir  araya  toplayıb,  

bizə  o  vaxta  qədər  namaz  qıldırdı  ki,  bərəkətin  (xoşbəxtliyin)  

əlimizdən  çıxacağından  qorxduq”

1

.

Bu  hədisin  Nəsai  tərəfindən  rəvayət  edilmiş  versiyasında  



deyilir:  

“Ayın  (Ramazanın)  son  üç  gecəsində  Peyğəmbər  



(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

qızlarını,  zövcələrini  çağırdı,  çoxlu  in-

san  topladı.  Bizə  o  vaxta  qədər  namaz  qıldırdı  ki,  bərəkətin  

(xoşbəxtliyin)  əlimizdən  çıxacağından  qorxduq”.  Davud:  “Bərə-

kət  nə  olan  şeydir?”  –  deyə  soruşduqda  dedim:  “Səhurdur

2



3

.

İmam  Malik  “Müvətt a”  əsərində  rəvayət  edir  ki,  İsmayıl  ibn  



Həkim  deyib:

“Eşitmişəm  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gecə  


namaz  qılan  bir  qadının  səsini  eşidib  soruşur:  “Bu  kimdir?”  

Deyirlər:  “Hövla  bint  Tüveytdir,  gecələri  yatmır.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bundan  xoşlanmadı,  hətt a  bu,  

onun  üzündən  bilindi.  Dedi:  “Pak  və  Uca  Allah  siz  bezmədikcə  

bezməz.  Elə  isə  bacardığınız  işi  görün!”

4

1

 Əbu  Davud.  Sünən,  II  cild,  səh.  105,  hədis  №  1227.



2

 Ramazanda  səhər  yeməyi,  obaşdanlıq  –  tərcüməçinin  qeydi.  

3

 Nəsai.  Sünən,  III  cild,  səh.  84,  hədis  №  1292.



4

 İmam  Malik.  Müvətt a,  I  cild,  səh.  118.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

404


Nəzir  namazı  

Rəvayət  olunur  ki,  İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  bir  qadın  (xəstəlikdən)  şikayətlənib  deyir:  “Allah  

mənə  şəfa  versə,  Beytülməqdisə  (Qüdsə)  gedib  namaz  qılaca-

ğam.”  Elə  ki  sağaldı,  səfər  üçün  hazırlaşmağa  başladı.  Bu  zaman  

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zövcəsi  Məymunə  

onu  gördü  və  salam  verdi.  Qadın  ona  baş  verənləri  danışdıqda  

Məymunə  dedi:  “Heç  hara  getmə,  tədarük  gördüyün  yeməyi  

də  ye,  namazı  da  Peyğəmbər  məscidində  qıl.  Mən  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  eşitmişəm:  “Orada  

(Peyğəmbər  məscidində  –  mütərcim)  qılınan  bir  namaz  başqa  

məscidlərdə  qılınan  min  namazdan  üstündür.  Amma  Kə`bə  

məscidi  (Məscidülharam  –  mütərcim)  istisnadır”

1

.



Cənazə  namazı

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Sə`d  ibn  əbu  Vəqqas  vəfat  etdiyində  Peyğəmbərin  zövcələri  

xəbər  göndərdilər  ki,  cənazəni  məscidə  aparsınlar,  çünki  ona  

cənazə  namazı  qılmaq  istəyirdilər.  İnsanlar  bu  cür  də  etdilər:  

cənazəni  Peyğəmbərin  zövcələrinin  hücrələrinin  qabağına  qoy-

dular,  onlar  da  (öz  otaqlarında)  ona  cənazə  namazı  qıldılar.  

Sonra  cənazə  məscidin  aşağı  tərəfindəki  cənazələr  qapısından  

çıxarıldı.  Daha  sonra  Peyğəmbərin  zövcələrinin  qulağına  çatdı  

ki,  insanlar  buna  etiraz  edib  deyiblər:  “Cənazələr  məscidə  apa-

rılmamalı  idi.”  Bunu  eşidən  Aişə  dedi:  “İnsanlar  bilmədikləri  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

405


şeydən  nə  tez  eyib  tuturlar!  Bizi  qınayırlar  ki,  məscidə  nə  

üçün  cənazə  gətirilib.  Məgər  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

Süheyl  ibn  əl-Beyzanın  cənazə  namazını  məsciddə  

qıldırmamışdı?!”

1

.



Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

cənazə  namazı  

haqda  İmam  Nəvəvi  deyib:

“Cümhur”  təsdiqləyir  ki,  onlar  Peyğəmbərin  cənazə  nama-

zını  tək-tək  qılmışlar.  Belə  ki  əvvəlcə  bir  dəstə  daxil  olub  qı-

lır,  sonra  çıxırdılar.  Sonra  qadınlar,  daha  sonra  isə  uşaqlar  

Peyğəmbərə  cənazə  namazı  qıldılar”

2

.



İmam  Malikin  “əl-Müdəvvənə  əl-kübra”  kitabında  yazılıb:  

“Soruşdum:  “Malikə  görə  qadınlar  cənazə  namazı  qıla  bilər-

lərmi?”  Dedi:  “Bəli!”

3

Sərəxsinin  “əl-Məbsut”  kitabında  deyilib:



“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

“Qadınların  

səfinin  ən  yaxşısı  axırda  olandır”  hədisinə  görə  qadınlar  kişilə-

rin  arxasında  səf  tutub  cənazə  namazı  qıla  bilərlər”

4

.

“Küsuf ”  namazı



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“...Səhər  tezdən  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

miniyinə  atladı.  Həmin  vaxt  günəş  tutulmuşdu.  Zuha  vaxtı  

geri  qayıtdı.  (Məsciddə  zövcələrinin)  hücrələri  arasından  keçdi  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



2

 Şərh  ən-Nəvəvi  əla  Səhihi-Müslim,  VII  cild,  səh.  36.  

3

 İmam  Malik.  əl-Müdəvvənə  əl-Kübra,  I  cild,  səh.  188.  



4

 Sərəxsi.  əl-Məbsut,  II  cild,  səh.  69.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə