Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə133/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   129   130   131   132   133   134   135   136   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

428


“(Bir  dəfə)  bir  kişi  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

soruşdu:  “Ey  Allahın  rəsulu,  bir  kişi  zövcəsinin  yanında  

başqa  kişini  görərsə,  onu  öldürsünmü?”  Bu  zaman  onlar  (kişi  

və  qadın)  gözümün  qabağında  məsciddə  bir-birlərinə  lənət  

oxudular”

1

.



Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“(“Küsuf ”  namazından  sonra)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

xütbə  söyləyərək  adamların  qəbirdə  imtahan  oluna-

caqları  fitnə  haqqında  danışdı.  Bu  zaman  insanlardan  bir  hay-

küy  qopdu...  Bu  hay-küy  mənə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

axırda  nə  dediyini  eşitməyimə  mane  oldu.  Hay-küy  

kəsildikdən  sonra  mənə  yaxın  dayanmış  bir  kişidən  soruşdum:  

“Ey,  Allah  səni  mübarək  qılsın!  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

son  sözü  nə  oldu?”  Kişi  dedi:  “  Mənə  vəhy  edildi  

ki,  siz  çox  keçmədən  qəbirlərinizdə  Məsih  Dəccalın  fitnəsi  ilə  

imtahan  olunacaqsınız...”

2

.

-  Qadın  və  kişilər  danışıq  və  davranışlarında  sərbəstdirlər



İmam  Buxari  “Came  əs-səhih”  kitabında  fəsillərdən  birini  

“Bölüşdürmə  və  məsciddə  xurma  salxımının  asılması”  adlandır-

mışdır.  Hafiz  ibn  Həcər  demişdir:

“...Buxari  bu  fəsildə  xurma  salxımının  asılmağına  dair  heç  bir  

hədis  rəvayət  etməyib,  əksinə,  bu  nəticəyə  məscidə  var-dövlətin  

qoyulmağının  caiz  olmağına  görə  gəlib.  Hər  ikisi  (var-dövlət  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

429


və  ya  xurma)  məscidə  ona  görə  qoyulur  ki,  möhtaclar  istifadə  

etsinlər.  Bu  zaman  Buxari  Nəsainin  rəvayət  etdiyi  hədisə  toxun-

muşdur:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əlində  əsa  

ilə  məscidə  gəlmişdi.  İnsanlardan  biri  qurumuş,  dadı  qalmamış  

xurma  salxımını  (məscidə)  asdı.  Peyğəmbər  əsas  ilə  salxıma  

toxunur  və  deyirdi:  “Bu  sədəqənin  sahibi  istəsəydi,  bundan  

yaxşısını  sədəqə  verərdi”.  

Hədisin  istinadı  güclü  olsa  da,  Buxarinin  səhihlik  şərtlərinə  

cavab  vermir.  

Həmin  fəsildə  Sabitin  “Dəlail”  kitabında  rəvayət  etdiyi  bu  

hədis  də  vardır:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əmr  etdi  ki,  məscidin  hər  divarına  (kasıblar  üçün)  xurma  sal-

xımları  asılsın”.  Sabitin  rəvayət  etdiyi  başqa  hədisdə  deyilir  ki,  

Müaz  ibn  Cəbələ  bu  salxımları  qoruyub  bölüşdürmək  vəzifəsi  

tapşırılmışdı”

1

.  



Əgər  bu  salxımlar  kasıblar  üçün  qoyulurdusa,  onda  kasıblar  

arasında  kişilər  də  vardır,  qadınlar  da.  

Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Məscidi  süpürüb  təmizləyən  bir  zənci  kişi,  ya  da  qadın  vardı  

(Buxarinin  versiyasında:  “O,  qadın  idi”).  (Bir  gün)  vəfat  etdi.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  xəbər  aldığında  

(səhabələri):  “O  öldü”,  –  deyə  cavab  verdilər.  Peyğəmbər  (Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!):  “Nə  üçün  bunu  mənə  

xəbər  verməmişsiniz?  Mənə  qəbrini  göstərin!”  –  dedikdən  son-

ra  onun  qəbrinin  yanına  getdi,  ona  cənazə  namazı  qıldı”

2

.

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  II  cild,  səh.  62.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

430


“Ərəb  qəbilələrinin  birində  qara  bir  cariyə  var  idi.  Onu  azad  

etdilər.  O  da  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


gəlib  müsəlman  oldu.  (Aişə  deyir:)  “Məsciddə  yundan  və  ya  

tükdən  düzəldilmiş  balaca  çadırı  vardı.  Yanıma  gəlir,  birlikdə  

söhbət  edirdik”

1

.



Rəvayət  olunur  ki,  Rübəyye  bint  Müəvviz  ibn  Əfra  demişdir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aşura  səhəri  

ətrafdakı  ənsar  kəndlərinə  xəbər  göndərdi:  “Kim  oruc  tutma-

yıbsa,  günü  tamamlasın.  Oruc  tutan  isə  orucuna  davam  etsin.”  

Bundan  sonra  biz  və  uşaqlarımız  bu  orucu  tuturduq.  Biz  onlara  

yundan  oyuncaq  düzəldirdik.  (Müslimin  versiyasında:  “Məscidə  

gedirdik...  Onlardan  biri  yemək  üçün  ağladıqda  oyuncağı  ona  

verir,  ift ar  vaxtına  qədər  (başını  qatırdıq)”

2

.

Həmçinin  minbərdə  mehrin  çoxalması  haqda  danışan  Ömərə  



etiraz  edən  qadının  əhvalatından  bəhs  edən  məşhur  hədis  –  

istinadı  zəif  olsa  da,  –  Sünnə  ilə  ziddiyyət  əmələ  gətirməyən  

tarixi-praktik  fakt  olaraq  işə  yarayır.  

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  qa-

dınların  məscidə  gəlib-getmələri  haqda  dəlillər  gətirdikdən  son-

ra  bizim  və  bütün  bəşəriyyətin  müəllimi  Həzrəti  Məhəmmədin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  məsələyə  münasibəti  ətrafında  

dərindən  düşünməliyik.  İşa  namazını  gecikdirər  –  bunda  fəzilət  

vardır,  –  amma  eşidəndə  ki,  qadınlar  və  uşaqlar  yatıblar,  onların  

halına  yanaraq  namazını  qılardı;  savablı  olduğu  üçün  namazını  

uzatmaq  istəyərdi,  amma  bir  uşağın  ağlamağını  eşitsəydi,  anası-

na  əziyyət  etməmək  üçün  namazını  qısa  tutardı.  Peyğəmbər  

(Ona  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə