Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə130/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   126   127   128   129   130   131   132   133   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

418


Buxari  bu  ayə  ilə  məscidə  xidmətin  əvvəlki  ümmətlərdə  də  

qanuni  hərəkət  sayıldığını  göstərmək  istəmişdir.  Çünki  onların  

arasında  uşaqlarını  məscidə  xidmət  üçün  nəzir  edənlər  var-

dı.  Bunun  Buxari  tərəfindən  fəsil  başlığı  olaraq  seçilməsi  ona  

görədir  ki,  hədisdə  adı  çəkilmiş  qadın  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

razılığından  sonra  özünü  məscidə  xidmətə  

həsr  etmişdi”

1

.



On ikinci. Məsciddə yatmaq

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Ərəb  qəbilələrinin  birində  qara  bir  cariyə  var  idi.  Onu  azad  

etdilər.  O  da  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


gəlib  müsəlman  oldu.  (Aişə  deyir:)  “Məsciddə  yundan  və  ya  

tükdən  düzəldilmiş  balaca  çadırı  vardı.  Yanıma  gələr,  birlikdə  

söhbət  edərdik”

2

.



İmam  Buxari  bu  hədisi  “Qadınların  məsciddə  yatmaları”  fəs-

lində  rəvayət  etmişdir.  

1

 İbn  Həcər.  Fəth  əl-Bari,  II  cild,  səh.  99.



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

419


QADINLAR ÜÇÜN MƏSCİDƏ 

GƏLİB-GETMƏK ƏDƏB-ƏRKANI

Xoş qoxulu ətirlərdən istifadə etməmək

Büsr  ibn  Səid  rəvayət  edir  ki,  Zeynəb  əs-Səqəfiyyə  



(Allah  ondan  

razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  “Sizdən  

kimsə  yatsı  namazına  gedərsə,  həmin  gecə  ətir  sürtməsin”

1

.



Abdullahın  zövcəsi  Zeynəb  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizə  buyurmuşdu:  

“Sizdən  kimsə  məscidə  namaz  qılmağa  gedərsə,  ətir  sürtməsin”

2

.



Əbu  Hüreyrə  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Bir  qadın  ətir  sürtərsə,  

bizimlə  yatsı  namazını  qılmasın”

3

.



İmam  ibn  Dəqiq  əl-Eyd  demişdir:

“Buraya  ətir  olaraq  qəbul  edilən  hər  şey  daxildir.  Ətir  sürt-

mək  kişilərdə  şəhvət  və  istək  oyatdığı  üçün  qadağan  edilmişdir.  

Bəlkə  də,  qadınlarda  da  şəhvət  oyada  bilər.  Bu  xüsusiyyətləri  

olan  hər  şey  belədir.  Doğrudur  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

deyib:  “Bir  qadın  ətir  sürtərsə,  bizimlə  yatsı  

namazını  qılmasın”.  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

420


Habelə  buraya  gözəl  geyimlər  və  (insanları)  mütəəssir  bura-

xan  bəzək  əşyaları  daxildir”

1

.

Pərdə olmadan qadınların 



kişilərin arxasında səf tutmaları

Rəvayət  olunur  ki,  Fatimə  bint  Qeys  



(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“...eşitdim  ki,  carçı  haray  çəkir:  “Namaz  cəm  edəndir!”

2

  (baş-



qa  versiyada:  İnsanlara  car  çəkildi  ki,  namaz  cəm  edəndir.  Mən  

də  gedənlərə  qoşulub  getdim.  Kişilərdən  arxada,  qadınların  

səfində  isə  öndə  dayanmışdım...”

3

.  



Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  gü-

nəş  tutulmuşdu...  Peyğəmbər  camaata  dörd  səcdə  ilə  altı  rükət  

namaz  qıldırdı...  Sonra  axıra  gəldi,  arxasındakı  camaat  da  o  cür  

etdi  və  biz  son  səfə  çatdıq”.

Əbubəkr  (Müslimin  müəllimi)  demişdir:  “Qadınların  səfl ə-

rinə  gəlib  çatdı...”

4

.



Qadınların  pərdə  olmadan  kişilərin  arxasında  namaz  qıl-

maları  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

göstərdiyi  

məsciddə  camaatla  namaz  qılmaq  formalarından  biridir.  Bu  

ona  görədir  ki,  hər  şeydən  əvvəl,  qadınlarla  kişilərin  bir  yerdə  

1

 Ehkam  əl-əhkam  şər`  ümdə  əl-əhkam,  I  cild,  səh.  156.  



2

 Əgər  müəzzin  azanda  “Namaz  cəm  edəndir!”  sözlərini  işlətsəydi,  bu,  o  

demək  idi  ki,  namazla  yanaşı,  ümumi  toplantı  da  olacaqdır.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

421


toplanmalarına  ifrat  həssaslıq  olmamışdır.  Bu  zaman  qadınların  

səfl ərinin  kişilərdən  ayrı  olmağı  kifayət  etmişdir.  

İkincisi,  qadınların  namazda  imama  yaxşı  şəkildə  –  rüku  və  

səcdədə  uymalarını  təmin  etmək  məqsəd  güdülmüşdür.  Bunun  

üçün  imamın  təkbir  gətirməsini  eşitmək  kifayət  deyildir.  Ola  

bilər  ki,  imam  təkbir  gətirsin  və  oturub  “təşəhhüd”  oxumadan  

ayağa  qalxsın,  yəni  səhv  etsin,  bu  zaman  imamı  görməyib  

səsini  eşidənlər  elə  zənn  edəcəklər  ki,  imam  oturmuşdur  və  on-

lar  da  oturacaqlar.  Və  ya  imam  təkbir  gətirib  tilavət  səcdəsinə  

gedə  bilər,  amma  onu  görməyib  səsini  eşidənlər  elə  bilərlər  ki,  

imam  rükuya  gedib  və  onlar  da  rükuya  gedərlər.

Rəvayət  olunur  ki,  Əbu  Səid  əl-Xudri  



(Allah  ondan  razı  qalsın!)

  

demişdir:  



“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gördü  


ki,  səhabələri  (ona  uymada)  gecikirlər.  Dedi:  “Qabağa  gəlin  

və  mənə  uyun,  sizdən  sonrakılar  da  sizə  uysunlar.”

1

  ...Bu  o  



deməkdir  ki,  bir  cərgənin  digər  cərgəni  görməyi  və  ona  uy-

mağı,  deməli,  qadınların  birinci  cərgəsinin  kişilərin  sonuncu  

cərgəsini  görüb  ona  uymağı  lazımdır.  

İmam  Əbu  İshaq  əş-Şirazi  demişdir:  

“Əgər  cərgələr  bir-birindən  uzaqdırsa  və  ya  birinci  cərgə  

ilə  imamın  arasındakı  məsafə  çoxdursa,  vəziyyətə  baxaram:  

cərgələr  arasında  maneə  yoxdursa,  namaz  məscidin  içində  qılı-

nırsa  və  cərgədə  olanlar  imamın  namazından  xəbərdardırlarsa,  

namaz  düzgündür,  çünki  məscidin  hər  yeri  camaat  namazı  

üçün  məqbuldur”

2

.

1



 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.

2

 İmam  Nəvəvi.  Məcmu  şərh  əl-mühəzzəb,  IV  cild,  səh.  196.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə