Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
443
Kişilərin qadınlardan elm öyrənməsi
Rəvayət olunur ki, Amir ibn Şürahbil deyib:
“Zöhhak ibn Qeysin bacısı Fatimə bint Qeysə – ilk mühacir
qadınlardan idi – dedim: “Mənə Peyğəmbərdən
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
birbaşa eşitdiyin bir hədis danış.” Dedi: “Əgər
istədiyin budursa, danışaram.” Dedim: “Bəli, danış.” Dedi: “...
eşitdim ki, carçı haray çəkir: “Namaz cəm edəndir!”
1
Mən də
məscidə getdim, Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
namaz qıldım. Kişilərdən arxada, qadınların səfində isə öndə
dayanmışdım. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
nama-
zını bitirdikdən sonra gülərək minbərdə əyləşdi.
Başqa versiyada deyilir: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
dedi: “Heç kim namaz qıldığı yerdən ayrılmasın!”
Sonra sözünə davam etdi: “Bilirsinizmi, sizi nə üçün topla-
mışam?” İnsanlar dedilər: “Ən doğrusunu Allah və peyğəmbəri
bilir.” Peyğəmbər dedi: “And olsun ki, sizi nə bir istəyə, nə
də qorxuya görə çağırmışam. Sizi ona görə toplamışam ki,
Təmim əd-Dari xristian birisi idi, (indi isə) gəlib bey`ət edərək
müsəlman olub. Sonra mənə elə şey danışdı ki, sizə danışdığım
Məsihi-Dəccal əhvalatına uyğundur. Mənə dedi ki, otuz nəfərlə
dənizdə gəmi ilə gedirmişlər...”
2
.
Rəvayət olunur ki, Übeydullah ibn Abdullah ibn Ütbə de-
yib:
1
Əgər müəzzin azanda “Namaz cəm edəndir!” sözlərini işlətsəydi, bu, o
demək idi ki, namazla yanaşı, ümumi toplantı da olacaqdır.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
444
“Əbu Əmr ibn Həfs ibn əl-Müğirə və Əli ibn əbu Ta-
lib Yəmənə yola çıxmışdılar. Zövcəsi Fatimə bint Qeysə onu
boşadığı xəbərini göndərir. Haris ibn Hişam və Əyyaş ibn
əbu Rəbiəyə də əmr edir ki, Fatimənin dolanacaq xərcini
(nəfəqə) versinlər. Onlar Fatiməyə deyirlər: “Allaha and olsun
ki, hamilə deyilsənsə, sənə dolanacaq xərci düşmür.” Fatimə
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gəlib on-
ların dediklərini ona danışır. Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
deyir: “Sənə dolanacaq xərci düşmür.” Bundan son-
ra Fatimə Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
baş-
qa yerə köçmək üçün icazə istədi. Peyğəmbər icazə verdikdə
Fatimə soruşdu: “Haraya köçüm?” Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
buyurdu: “İbn Ümmi-Məktumun evinə get.”
İbn Ümmi-Məktum kor idi, odur ki Fatimə onun yanında hi-
cabını çıxarır, o da onu görmürdü. Fatimənin gözləmə müddəti
başa çatdıqda Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu
Üsamə ibn Zeydə nikahladı. (Sonralar) Mərvan (bir hədisi
öyrənmək üçün) Qəbisə ibn Züeybi onun yanına göndərir.
Fatimə hədisi ona danışır. Mərvan deyir: “Biz bu hədisi ancaq
bir qadından eşitmişdik. Amma biz insanların adət etdiyi şeyi
əsas götürəcəyik.
1
” Mərvanın dediklərini eşidən Fatimə deyir:
“Sizinlə aramda Quran hakim olsun. Qüdrətli və Böyük Al-
lah buyurur: “(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman
onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra)
boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan
qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər
1
Söhbət üç talaqla boşanmış qadının evindən başqa yerə köçməsinin qa-
dağan edilməsindən gedir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
445
– (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxart-
mayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir
(hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə
zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra
bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini
salsın və onlar barışsınlar)”
1
. Amma bu, ric`i talaqla boşanmışa
aiddir. Üç talaqdan sonra nə baş verir?! Necə deyə bilərsiniz
ki, hamilə olmadığı təqdirdə belə kimsəyə dolanacaq xərci düş-
mür?! Onu nə əsasa evində tutub saxlayırsınız?!”
2
Übeydullah ibn Abdullah rəvayət edir ki, atası Abdullah ibn
Ütbə (bir dəfə) Ömər ibn Abdullah ibn əl-Ərqəm əz-Zühriyə
məktub yazır ki, Sübey`ə bint əl-Haris əl-Əsləmiyyənin yanına
getsin və ondan Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onun sualına nə cavab verdiyini öyrənsin. Ömər ibn Abdullah
cavabında ona Sübey`ə bint əl-Harisin belə dediyini yazır:
“Sə`d ibn Xövlənin zövcəsi idim. Sə`d Bəni-Amir ibn Luə
qəbiləsindən idi. Bədr döyüşündə iştirak etmiş, Vida həcci za-
manı vəfat etmişdi. Həmin vaxt ondan hamilə idim...”
3
.
Rəvayət olunur ki, Müslim əl-Qüra deyib:
“İbn Abbasdan həcc və ümrəni birləşdirdikdə ehramdan çı-
xıb-çıxmamaq (təmətt ü həcci) barədə soruşdum. Dedi ki, eh-
ramdan çıxmaq olar. Halbuki İbn Zübeyr bunu qadağan edirdi.
İbn Abbas (bizə) dedi: “Bu, İbn Zübeyrin anasıdır, deyir ki,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
təmətt ü həccə icazə
verib. Gedin ondan da soruşun.” Yanına getdik. İri bədənli,
1
“ət-Talaq” surəsi, 1-ci ayə.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |