Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə137/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   133   134   135   136   137   138   139   140   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

440


Ona  iltifat  göstərimmi?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedi:  “Bəli,  ona  iltifat  göstər!”

1

Rəvayət  olunur  ki,  Übeydullah  ibn  Ütbə  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Əbu  Əmr  ibn  Həfs  ibn  əl-Müğirə...  Yəmənə  yola  çıxmışdı...  

Zövcəsi  Fatimə  bint  Qeysə  onu  boşadığı  xəbərini  göndərir.  

Haris  ibn  Hişam  və  Əyyaş  ibn  əbu  Rəbiəyə  də  əmr  edir  ki,  

Fatimənin  dolanacaq  xərcini  (nəfəqə)  versinlər.  Onlar  Fatiməyə  

deyirlər:  “Allaha  and  olsun  ki,  hamilə  deyilsənsə,  sənə  dolana-

caq  xərci  düşmür.”  Fatimə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

yanına  gəlib  onların  dediklərini  ona  danışır.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyir:  “Sənə  dolanacaq  xərci  düş-

mür.”  Bundan  sonra  Fatimə  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

başqa  yerə  köçmək  üçün  icazə  istədi.  Peyğəmbər  

icazə  verdikdə  Fatimə  soruşdu:  “Haraya  köçüm?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “İbn  Ümmi-Məktumun  

evinə  get...”

2

Rəvayət  olunur  ki,  Sübey`ə  bint  əl-Haris  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:  



“Sə`d  ibn  Xövlənin  zövcəsi  idim.  Sə`d  Bəni-Amir  ibn  Luə  

qəbiləsindən  idi.  Bədr  döyüşündə  iştirak  etmiş,  Vida  həcci  zama-

nı  vəfat  etmişdi.  Həmin  vaxt  ondan  hamilə  idim.  Çox  keçmədi  

ki,  uşağım  oldu.  Nifasdan  təmizləndikdən  sonra  nişan üçün 

geyinib-bəzəndim.  (Bu  zaman)  Bəni-Əbdüddar  qəbiləsindən  

Əbu  Sənabil  ibn  Bə`kək  yanıma  gələrək  dedi:  “Görürəm  ki,  

nişanlanmaq  üçün  bəzənib-düzənmişsən.  And  olsun  ki,  dörd  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

441


ay  on  gün  keçmədən  səninlə  kimsə  evlənməz.”  Ondan  bunu  

eşitdiyimdə...  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ya-


nına  gedib  bu  haqda  soruşdum.  Bildirdi  ki,  uşaq  doğduqdan  

sonra  (evlənmək  üçün  kişilərə)  halalam.  Onu  da  buyurdu  ki,  

istəsəm,  evlənə  bilərəm”

1

.



Hafiz  ibn  Həcər  demişdir:

“Sübey`ənin  başına  gələnlərdə  faydalı  məqamlar  vardır.  Onun  

zəkası  və  gözüaçıqlığı  imkan  vermişdir  ki,  (Əbu  Sənabilin)  de-

diklərindən  tərəddüdə  düşsün  və  bu  tərəddüdünü  Peyğəmbərə  

bildirib  izah  istəsin.  Elə  isə  müft inin  və  ya  hakimin  fitvasından  

şübhələnən  kəs  həmin  fitvaya  dair  dini  mətn  (ayə  və  hədis)  

axtara  bilər.  

Bu  hadisənin  digər  ibrətamiz  cəhəti  budur  ki,  qadın  üzləşdiyi  

məsələni  –  hətt a  qadınların  soruşmağa  utandıqları  məsələ  olsa  

da,  –  birbaşa  soruşub  öyrənmişdir”

2

.  


İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlib  dedi:  “Ey  Allahın  rəsulu,  anam  vəfat  edib.  

Boynunda  nəzir  orucu  var  idi.  (Onun  yerinə  oruc  tutummu?)”  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Əgər  ananın  

borcu  olsaydı,  ödəyərdinmi?”  Qadın:  “Bəli”,  –  dediyində  Pey-

ğəmbər  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Allahın  bor-

cunu  ödə  (Ananın  yerinə  oruc  tut)”.  Çünki  o,  ödənməyə  daha  

layiqdir”

3

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  400-401.



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

442


Rəvayət  olunur  ki,  Abdullah  ibn  Məsud  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:  



“Allah  bədənlərinə  döymə  vuran  və  vurduran,  üzdəki  tük-

ləri  yonan,  gözəllik  üçün  dişlərinin  seyrəkləşdirən  və  Allahın  

yaratdığını  dəyişən  qadınlara  lənət  edib.”  Bu  sözlər  Bəni-Əsəd  

qəbiləsindən  Ümmi-Yaqub  adlı  bir  qadının  qulağına  çatdı.  Üm-

mi-Yaqub  Quran  oxuyan  qadın  idi.  Abdullah  ibn  Məsudun  

yanına  gələrək  dedi:  “Eşitmişəm  ki,  sən  filan-filan  qadınlara  

lənət  oxuyursan?”  İbn  Məsud  dedi:  “Mən  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

lənət  oxuduğu  kimsələrə  və  Allahın  

kitabında  göstərilənlərə  lənət  oxuyuram.”  Qadın  dedi:  “Mən  

iki  qapaq  arasında  olanları  (Quranı)  oxumuşam,  ancaq  sənin  

dediyini  orada  görməmişəm.”  İbn  Məsud  dedi:  “Əgər  onu  oxu-

saydın,  görərdin.  Oxumayıbsanmı  ki,  Allah  Təala  deyib:  “...

Peyğəmbər  sizə  nə  verirsə,  onu  götürün;  nəyi  qadağan  edirsə,  

ondan  əl  çəkin.  Allahdan  qorxun.  Həqiqətən,  Allahın  cəzası  çox  

şiddətlidir”

1

.  Qadın  dedi:  “Bəli,  oxumuşam.”  İbn  Məsud  dedi:  



“Şübhə  yoxdur  ki.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bunu  qadağan  edib.”  Qadın  dedi:  “Mən  sənin  ailəndəkilərin  

(xanımının)  bunu  etdiyini  görmüşəm.”  İbn  Məsud  dedi:  “Get  

və  bax.”  Qadın  gedib  baxsa  da,  heç  nə  görmədi.  (Qayıdıb  bunu  

xəbər  verdikdə)  İbn  Məsud  dedi:  “Əgər  o,  bunu  etsəydi,  onun-

la  cinsi  əlaqədə  olmazdım”

2

.

  



1

 “əl-Həşr”  surəsi,  7-ci  ayə.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə