Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə136/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   132   133   134   135   136   137   138   139   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

437


“Ərəfə  günü  idi.  Yanımdakı  insanlar  Peyğəmbərin  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

oruc  tutub-tutmadığı  haqda  tərəddüdə  

düşmüşdülər.  Bəziləri  deyirdi  ki,  Peyğəmbər  oruc  tutub,  bə-

ziləri  isə:  “Tutmayıb!”  –  deyə  əksini  iddia  edirdi.  (Mən  də  mü-

bahisələrə  son  qoymaq  üçün)  ona  bir  qabda  süd  göndərdim.  

Dəvəsinin  yanında  dayanmışdı.  (Südü  gördüyündə  alıb)  içdi”

1

.  


Hafiz  ibn  Həcər  demişdir:

“Hədisdə  faydalı  məqamlar  vardır...  (Bunlardan  biri  də)  qa-

dınlarla  kişilərin  elm  barədə  müzakirə  aparmalarıdır.  Buradan  

Ümmi-Fəzlin  zəkası  və  bacarığı  məlum  olur.  Çünki  o,  vəziyyətə  

uyğun  incə  üslubla  dini  hökmü  ortaya  çıxarmışdı.  Bu  hadisə  

isti  bir  gündə  günortadan  sonra  baş  vermişdi”

2

.  


Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Üm-

mi-Şərik  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  de-

diyini  eşidib:  

“İnsanlar  Dəccalın  əlindən  dağlara  qaçacaqlar.  (Ümmi-Şərik  

soruşur:)  “Ey  Allahın  rəsulu,  həmin  gün  ərəblər  harada  olacaq-

lar?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyir:  “Onlar  

(həmin  gün)  az  olacaqlar”

3

.



Rəvayət  olunur  ki,  Abdullah  ibn  Məsudun  

(Allah  ondan  razı  qal-

sın!)

  zövcəsi  Zeynəb  demişdir:  

“(Bir  dəfə)  məsciddə  idim.  Gördüm  ki,  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınlara  səsləndi:  “Ey  qadınlar,  

bəzək  əşyalarınızdan  da  olsa  sədəqə  verin!”  Mən  Abdullaha  və  

hücrəmdəki  yetimlərə  xərcləyirdim.  Abdullah  ibn  Məsudun  ya-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  V  cild,  səh.  142.

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

438


nına  gedib  dedim:  “Sən  kasıb  adamsan.  Peyğəmbər  bizə  sədəqə  

verməyi  əmr  edib.  Onun  yanına  gedib  soruş  ki,  sədəqəni  sənə  

versəm  savablıdır,  yoxsa  onu  başqalarına  verim?”  Abdullah  

dedi:  “Sənin  getməyin  məsləhətdir.”  (Zeynəb  sözünə  davam  

edir:)  “Evdən  çıxdım.  Yolda  mədinəli  bir  qadınla  rastlaşdım.  O  

da  eyni  məsələ  üçün  yola  çıxmışdı.  (Evinə  çatdıq).  Qabağımıza  

Bilal  çıxdı.  Ona  dedim:  “Peyğəmbərin  yanına  get  və  de  ki,  qa-

pının  ağzında  iki  qadın  soruşur:  “Ərlərimizə  və  himayəmizdəki  

yetimlərə  sədəqə  vermək  bizə  savab  gətirərmi?”  Ancaq  kim  

olduğumuzu  söyləmə.”

Bilal  Peyğəmbərin  yanına  girib  deyilənləri  ona  çatdırdı.  Pey-

ğəmbər  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Onlar  kimdir?”  

Bilal  dedi:  “Mədinəli  bir  qadınla  Zeynəbdir.”  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

təkrar  sual  etdi:  “Hansı  Zeynəb?”  Bi-

lal  dedi:  “Abdullah  ibn  Məsudun  zövcəsi  Zeynəb.”  Peyğəmbər  

buyurdu:  “Onlara  həm  qohumluq  savabı,  həm  də  sədəqə  sava-

bı  vardır”

1

.



Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  qula-

mı  Salim  Əbu  Hüzeyfənin  evində  qalırdı.  Səhlə  bint  Süheyl  

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlib  dedi:  

“Salim  artıq  böyüyüb  və  ağlı  bir  çox  şeyi  kəsir.  Özü  də  yanımı-

za  girib  çıxır.  Elə  bilirəm  ki,  buna  görə  Əbu  Hüzeyfə  narahat  

olur  (ürəyində  nə  isə  saxlayır).”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

ona  dedi:  “Onu  (Salimi)  əmizdir  və  ona  məhrəm  

ol!  Bundan  sonra  Əbu  Hüzeyfənin  narahatlığı  gedər.”  

Hədisin  başqa  versiyasında  deyilir:

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

439


“(Bunu  eşidən  Səhlə  dedi:)  “O  ki  yekə  kişidir,  onu  necə  

əmizdirim?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gü-


lümsədi:  “Mən  də  bilirəm  ki,  o  yekə  kişidir.”

Səhlə  evinə  qayıtdı.  Sonralar  demişdi:  “Mən  onu  əmizdirdim  

və  Əbu  Hüzeyfənin  narahatlığı  getdi”

1

.



Rəvayət  olunur  ki,  Həzrəti  Əsma  

(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:

“(Bir  dəfə)  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

so-


ruşdum:  “Ey  Allahın  rəsulu,  Zübeyrin  mənə  verdiyindən  başqa  

heç  nəyim  yoxdur.  (Amma  sədəqə  çıxmaq  istəyirəm.)  Sədəqə  

verə  bilərəmmi?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ver  və  əsla  xəsislik  etmə,  yoxsa  sənə  də  xəsislik  olunar!”

2

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Hind  bint  

Ütbə  (bir  dəfə)  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşur:  “Ey  Allahın  rəsulu,  Əbu  Süfyan  xəsis  kimsədir:  mənə  

və  övladıma  yetəcək  qədər  (xərclik)  vermir.  Mən  də  ondan  

(gizlicə)  götürürəm.  (Bu  olarmı?)”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

dedi:  “Özün  və  övladın  üçün  gözəl  şəkildə  

götürə  bilərsən”

3

.



Əsma  bint  Əbubəkr  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  anam  bizə  gəlmişdi.  Peyğəmbərin  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

sağlığında  ikən  müşrik  idi.  (Gedib)  Pey-

ğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdum:  “Anam  

bizə  gəlib.  İstəyir  ki,  ona  yaxşılıq  edim,  köməklik  göstərim.  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yəni,  simic  olma,  

yoxsa  Allah  da  səndən  lütfünü  əsirgəyər.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə