Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə144/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   140   141   142   143   144   145   146   147   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

461


gördük.  Qantökənə  gəlincə,  onun  ancaq  sən  olduğunu  güman  

edirəm.”  Bunu  eşidən  Həccac  ondan  ayrıldı,  bir  daha  onun  

yanına  getmədi”

1

.



QADINLAR VƏ KİŞİLƏR BİRLİKDƏ 

YAXŞILIQ ETMİŞ, XEYİR ƏMƏLLƏRİN 

GÖRÜLMƏSİNİ İSTƏMİŞLƏR

Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“(Bir  dəfə)  ənsardan  bir  qadın  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

dedi:  “Ey  Allahın  rəsulu,  istəyirsənsə,  sənə  üstündə  

əyləşəcəyin  bir  şey  düzəltdirim.  Oğlum  dülgərdir.”  Peyğəmbər  

buyurdu:  “İstəyirsən,  düzəltdir.”  Qadın  Peyğəmbər  üçün  bir  

minbər  düzəltdirdi.  Cümə  günü  gəldiyində  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

həmin  minbərdə  əyləşdi”

2

.

Abdullah  ibn  əbu  Övfaya  istinadən  İmam  Nəsai  aşağıdakı  



hədisi  rəvayət  etmişdir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dul  qadın  və  yox-

sullarla  yanaşı  getməkdən  çəkinməzdi.  Onlarla  gedər,  müşkül-

lərini  həll  edərdi”

3

.

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:

lançı  imiş.  Hətt a  Cəbrayılla  görüşdüyünü  iddia  edirmiş.  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

3

 Hədisi  Nəsai  rəvayət  etmişdir.  Bax:  hədis  №  1341.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

462


“Bir  dəfə  qayğılı  görünən  bir  qadın  Peyğəmbərə  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ey  Allahın  rəsulu,  sənə  işim  düşüb  

(ehtiyacım  var,  kömək  et).  Peyğəmbər:  “Ey  filankəsin  anası,  

(evinə  aparan)  hansı  yolla  istəsən  gedək,  sənə  kömək  edim”,  –  

deyib  onunla  bir  neçə  küçə  getdi,  müşkülünü  həll  etdi”

1

.



Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Zübeyrin  fərsəxin

2

  üçdə  biri  qədər  uzaqlıqdakı  tarlasına  (tar-



lanı  ona  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vermişdi)  

başımda  toxum  daşıyırdım...  Bir  gün  başımda  toxum  daşıyarkən  

Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

rastlaşdım.  Yanında  

ənsardan  bəzi  şəxslər  var  idi.  Məni  çağırdı,  (dəvəsini  saxla-

maq  üçün)  dedi:  “İx!  İx!”  Məni  dəvəsinin  arxasına  mindirmək  

istəyirdi.  Kişilərlə  getməkdən  utandım  və  Zübeyri,  qısqanclığını  

yadıma  saldım.  Zübeyr  çox  qısqanc  birisi  idi.  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

biləndə  ki,  utanıram,  keçib  getdi...”

3

.

“Fəth  əl-Bari”  kitabında  yazılıb:  



“Mühəlləb  demişdir:  “Hədisdən  məlum  olur  ki,  bir  qadı-

nın  kişilərdən  ibarət  karvanda  bir  kişinin  arxasında  miniyə  

minməyi  caizdir

4



5

.

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Bir  fərsəx  təxminən  üç  milə  bərabərdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



4

 Əgər  zərurət  varsa,  qadın  müəyyən  ədəb-ərkana  riayət  etmək  şərti  ilə,  

xüsusən  də  birbaşa  fi ziki  təmasdan  çəkinməklə  bir  kişinin  miniyinə  arxa-

dan  əyləşə  bilər.  Biz  bu  ədəb-ərkan  haqda  ikinci  fəsildə  söz  açmışıq.  

5

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  237.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

463


“Əsləm  qəbiləsindən  bir  gənc  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

yanına  gəlib  dedi:  “Mən  döyüşə  getmək  istəyirəm,  

amma  yaraq-əsləhəm  yoxdur.”  Peyğəmbər  dedi:  “Filankəsin  ya-

nına  get,  o,  bütün  yaraq-əsləhələri  hazırladığından  xəstələnib.”  

Gənc  onun  yanına  gedib  dedi:  “Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

sənə  salamı  var.  Deyir  ki,  hazırladığından  mənə  

verəsən.”  Kişi  (zövcəsinə)  səsləndi:  “Ay  filankəs,  hazırladığım-

dan  bu  gəncə  də  ver,  ondan  heç  nəyi  əsirgəmə,  Allaha  and  

olsun  ki,  ondan  heç  nəyi  əsirgəmə!  Bunu  etsən,  Allah  buna  

görə  səni  mübarək  qılar!”

1

Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:  

“Məscidi  süpürüb  təmizləyən  bir  zənci  kişi,  ya  da  qadın  

vardı  (Buxarinin  versiyasında:  “O,  qadın  idi”).  (Bir  gün)  vəfat  

etdi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  xəbər  aldı-

ğında  (səhabələri):  “O  öldü”,  –  deyə  cavab  verdilər.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:


  

“Nə  üçün  bunu  mənə  xəbər  

verməmişsiniz?  Mənə  qəbrini  göstərin!”  Sonra  onun  qəbrinin  

yanına  getdi  və  cənazə  namazını  qıldı”

2

.

Hafiz  ibn  Həcər  demişdir:  



“...hədisdə  adı  çəkilmiş  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

razılığından  sonra  özünü  məscidə  xidmətə  həsr  

etmişdi”

3

.



Büreydə  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

deyib:


1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  II  cild,  səh.  100.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə