Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə147/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   143   144   145   146   147   148   149   150   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

471


“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səhabələrindən  

yanımıza  gələn  ilk  şəxslər  Musab  ibn  Ümeyr  və  İbn  Ümmi-

Məktum  idi.  Bizə  Quran  oxumağa  başladılar.  Sonra  Əmmar,  

Bilal  və  Sə`d  gəldilər.  Daha  sonra  iyirminci  kişi  olaraq  Ömər  

ibn  əl-Xətt ab  gəldi.  Nəhayət,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

gəldi.  Mədinə  əhlinin  onun  gəlişinə  sevindikləri  qədər  

nəyəsə  sevindiklərini  görməmişdim.  Gördüm  ki,  dul  qadınlar  

və  oğlanlar  deyirlər:  “Budur  Peyğəmbər  gəldi!”  (Hədisin  başqa  

versiyasında:  “Dul  qadınlar  dedilər:  “Peyğəmbər  gəldi!”).  Mən  

də  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gəldiyində  “(Ya  

Peyğəmbər!)  Ən  uca  olan  Rəbbinin  adını  pak  (müqəddəs)  tu-

tub  şəninə  tərifl ər  de!”  ayəsini  oxudum”

1

.

İbn  Sə`d  rəvayət  edir  ki,  Abdullah  ibn  Ömər  



(Allah  ondan  razı  

qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Səfiyyəyə  baxdı-

ğında  niqab  geymiş  Aişəni  insanların  arasında  görüb  tanıdı”

2

.



İmam  Tirmizi  rəvayət  edir  ki,  Büreydə  deyib:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yürüşə  çıxmış-

dı.  Qayıtdıqdan  sonra  qara  rəngli  bir  cariyə  gəlib  dedi:  “Ey  

Allahın  rəsulu,  mən  nəzr  demişdim  ki,  Allah  səni  sağ-salamat  

qaytarsa,  qarşında  dəf  çalıb  oxuyacağam.”  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Əgər  nəzir  deyibsənsə,  et!  Yox,  

deməyibsənsə,  olmaz”

3

.



Hafiz  ibn  Həcər  demişdir:

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Nasirəddin  Əlbani.  Müsəlman  qadının  örtüyü,  səh.  50.

3

 Tirmizi.  Sünən,  IX  cild,  səh.  284.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

472


“Hələbiyyat”da  “qırıq”  istinadla  rəvayət  etmişdik  ki,  Peyğəm-

bər  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gəldiyində  qadınlar  oxu-

muşdular:  “Vəda  təpələrindən  üstümüzə  ay  doğdu”.  Bəzilərinə  

görə,  bu,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Mədinəyə  

gəldiyində,  başqalarına  görə  isə  Təbuk  səfərindən  qayıtdığında  

olmuşdu”


1

.

Zifaf mərasimində iştirak

Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  bir  qadını  

ənsardan  bir  kişiyə  gəlin  apardığında  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

ona  deyibmiş:  “Ey  Aişə,  özünüzlə  çalıb-oxu-

maq  götürməyibsinizmi?  Çünki  çalıb-oxumaq  ənsarın  xoşuna  

gəlir”


2

.

  Hafiz  ibn  Həcər  demişdir:  



“(Peyğəmbərin)  “özünüzlə  çalıb-oxuma  (alətləri)  götürməyib-

sinizmi?”  sözü  Təbəraninin  “Möcəmi-Övsət”ində  Şərikə  istina-

dən  belədir:  “Onunla  (gəlinlə)  birlikdə  dəfdə  çalıb-oxuyan  cari-

yə  göndərmədinizmi?”  (Həzrəti  Aişə)  deyir:  “Nə  oxuyacaq  ki?”  

(Peyğəmbər)  dedi:  “Belə  oxuyacaq:

Sizə  gəldik,  sizə  gəldik,

Biz  də,  siz  də  çox  yaşayın!

Qrmızı  qızıl  olmasaydı,

Səhranız  gözəlləşməzdi.

Sarı  buğdanız  olmasaydı,

Qızlarınız  ətə-qana  dolmazdı.

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  IX  cild,  səh.  193.



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

473


(Peyğəmbərin)  “Çünki  çalıb-oxumaq  ənsarın  xoşuna  gəlir”  

sözünə  gəlincə,  bu  sözlər  İbn  Macə  tərəfindən  rəvayət  olunmuş  

İbn  Abbas  hədisi  və  “Əmali  əl-məhamili”  kitabında  Cabirin  

hədisində  bu  versiyadadır:  “Onlar  qəzəl  oxuyan  xalqdır”.  Ca-

birin  versiyası  isə  belədir:  “Ey  Zeynəb,  get  ona  (gəlinə)  yetiş.”  

Zeynəb  Mədinədə  çalıb-oxuyan  qadın  idi”

1

.

Qeyd  edək  ki,  Peyğəmbərin  “Çünki  çalıb-oxumaq  ənsarın  



xoşuna  gəlir”  sözü  bizə  Allah  Təalanın  aşağıdakı  kəlamını  xa-

tırladır:

“Onlar  (möminlər)  bir  alış-veriş,  yaxud  bir  əyləncə  gördük-

ləri  zaman  səni  ayaq  üstə  (minbərdə  xütbə  oxuduğun  hal-

da)  qoyub  ona  tərəf  cumdular.  (Ya  Peyğəmbər!)  De:  “Allah  

dərgahında  olan  savab  əyləncədən  də,  ticarətdən  də  xeyirlidir.  

Allah  ruzi  verənlərin  ən  yaxşısıdır!”

2

Bu  ayənin  təfsiri  ilə  əlaqədar  olaraq,  Təbərinin  “Təfsir”ində  



bir  neçə  rəvayət  mövcuddur.  Onlardan  biri  Cabir  ibn  Ab-

dullahın  rəvayət  etdiyi  hədisdir.  Hədisdə  deyilir:  “Bakirə  qız-

lar  nişanlandıqda  ikiüzlü  təbillər  və  neylər  çalınırdı.  İnsan-

lar  oraya  tələsir,  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

minbərdə  ayaqüstə  qoyub  gedirdilər.  Bu  səbəbdən  Allah  “Onlar  

(möminlər)  bir  alış-veriş,  yaxud  bir  əyləncə  gördükləri  zaman  

səni  ayaq  üstə  (minbərdə  xütbə  oxuduğun  halda)  qoyub  ona  

tərəf  cumdular...”  ayəsini  endirdi”.  

İmam  Təbəri  yazır:  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  133.



2

 “Cümə”  surəsi,  11-ci  ayə.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə