Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə150/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   146   147   148   149   150   151   152   153   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

480


Bayram günü mahnı oxumaq

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“(Bir  dəfə)  Əbubəkr  yanıma  gəlmişdi.  Yanımda  ənsardan  iki  

cariyə  (digər  versiyada:  iki  gənc  qız)  vardı.  Buas  günü  ənsarın  

oxuduğu  mahnıları  oxuyurdular.  Amma  müğənni  deyildilər  

(başqa  bir  versiyada:  dəf  çalıb  oxuyurdular).  Əbubəkr  dedi:  

“Peyğəmbərin  evində  şeytanın  neylərimi  (çalınır)?!”  Bayram  

günü  idi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Ey  Əbubəkr,  hər  bir  xalqın  öz  bayramı  vardır,  bu  da  bizim  

bayramımızdır”

1

.

Hafiz  ibn  Həcər  demişdir:



“Həzrəti  Aişə  “müğənni  deyildilər”  deməklə  mahnı  sözü-

nün  ifadə  etdiyi  mənanı  rədd  etmişdir.  Çünki  mahnı  dedikdə  

səsin  yüksəldilməsi,  ərəblərin  “nəsb”  adlandırdıqları  tərənnüm,  

təhrik  başa  düşülür.  Bir  kimsə  o  halda  müğənni  adlanır  ki,  

mahnısını  uzatmaqla,  sındırmaqla,  cuşa  gətirməklə  oxusun,  

əxlaqsızlığa  sövq  etsin,  ya  da  aşkar  şəkildə  çağırsın.  Qürtubi  

demişdir:  “Həzrəti  Aişə  “müğənni  deyildilər”  deməklə  onların  

mahnı  oxumağı  yaxşı  bacaranlardan  olmadıqlarını  göstərmişdir.  

O,  bu  sözü  deməklə  (həmin  cariyələrin  oxuduqları  mahnını)  

məşhur  müğənnilərin  peşəsi  olan  mahnılardan  fərqləndirmişdir.  

O  mahnılardan  ki,  gizli  olanı  oyadır,  sakit  olanı  cuşa  gətirir.  

Qadınların  gözəlliklərini,  şərabı  və  digər  haram  şeyləri  vəsf  

edən  şerlərin  oxunmasının  haram  sayılmağında  fikir  ayrılığı  

yoxdur.  Mahnı  oxuyan  cariyənin  səsinə  qulaq  asmağın  caiz  ol-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

481


mağı  haqda  bu  hədis  dəlil  göstərilib.  Çünki  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Əbubəkrə  (mahnıya)  qulaq  asdığı  

üçün  deyil,  onu  inkar  etdiyi  üçün  etiraz  etmişdir.  İki  cariyə  də  

Həzrəti  Aişə  onlara  çıxmaq  işarəsi  verənədək  oxumaqda  davam  

etmişdilər.  Şübhə  yoxdur  ki,  fitnə-fəsad  çıxmamaq  şərti  ilə  bu  

caizdir.  Allah  düzünü  bilir”

1

.

Kişilər və qadınlar bir-birinə sual 



verib, hal-əhval tutmuşlar

Allah  Təala  buyurur:

“(Musa)  Mədyən  kənarındakı  bir  quyuya  çatanda  onun  ba-

şında  (heyvanlarını  sulayan)  bir  dəstə  adam  və  onlardan  baş-

qa  (qoyunlarını  özgə  heyvanlara  qarışmasın  deyə)  geri  çəkən  

iki  qadın  (qız)  görüb  dedi:  “Sizə  nə  olub  (dərdiniz  nədir)?”  

Onlar:  “Çobanlar  (heyvanlarını)  sulayıb  getməmiş  biz  (qo-

yunlarımıza)  su  vermirik.  Atamız  da  ixtiyar  bir  qocadır  (buna  

görə  qoyunları  sulamağa  biz  gətiririk)”,  -  deyə  cavab  verdilər”  

(əl-Qəsəs,  23).

Övn  ibn  əbu  Cüheyfə  rəvayət  edir  ki,  atası  demişdir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Salman  və  Əbu  

Dərdanı  bir-birinə  qardaş  elan  etmişdi.  Bir  dəfə  Salman  Əbu  

Dərdagilə  baş  çəkdi.  Anasının  əyni-başını  tör-töküntü  görüb  

soruşdu:  “Nə  baş  verib?”  Qadın  dedi:  “Qardaşın  Əbu  Dərda  

dünyadan  üz  çevirib...”

2

.

1



 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III,  səh.  96.

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

482


Əgər  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

tanıdığımız  

və  tanımadığımız  insanlara  salam  verməyi  bizə  əmr  etmişdirsə,  

belə  məqamlarda  öyrənirik  ki,  ehtiyacı  olan  və  ya  hiss  olunan  

şəxslərə  salam  verməklə  yanaşı,  onların  halını  da  soruşmalıyıq.  

Ziyarət zamanı kişilər qadınlarla 

birgə olmuşlar

  Rəvayət  olunur  ki,  İbn  Abbasın  qulamı  Küreyb  deyib:

“(Bir  dəfə)  İbn  Abbas,  Misvər  ibn  Məxrəmə  və  Əbdürrəhman  

ibn  Əzhər  məni  Aişənin  yanına  göndərib  dedilər:  “Bizdən  ona  

salam  söylə  və  ondan  ikindi  namazından  sonrakı  iki  rükət  

haqqında  soruş.  Ona  de:  “Eşitmişik  ki,  sən  bu  iki  rükəti  qılır-

san.  Halbuki  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bunu  


qadağan  edib.”  

İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  “Ömər  ibn  Xətt abla  

mən  insanlara  həmin  iki  rükəti  qılmağı  qadağan  edirdik”.  

(Küreyb  sözünə  davam  edir:)  “Aişənin  yanına  gedib,  deyil-

ənləri  ona  xəbər  verdim.  Dedi:  “Bunu  Ümmi-Sələmədən  so-

ruş.”  Onun  yanından  ayrılıb  onların  yanına  getdim  və  Aişənin  

dediyini  onlara  xəbər  verdim.  Onlar  da  məni  Aişənin  yanı-

na  göndərdikləri  kimi  Ümmi-Sələmənin  yanına  göndərdilər.  

Ümmi-Sələmə  dedi:  “Eşitmişdim  ki,  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

bu  iki  rükəti  qadağan  edib.  Sonra  gördüm  

ki,  ikindini  qıldığında  bu  iki  rükəti  də  qılır.  (Bir  dəfə)  ənsarın  

Bəni-Həram  qəbiləsinin  qadınları  ilə  birlikdə  ikən  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gəldi.  Yanına  bir  cariyə  göndərib  

dedim:  “Yanına  gedib  de:  “Ey  Allahın  rəsulu,  Ümmi-Sələmə  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə