Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə152/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   148   149   150   151   152   153   154   155   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

486


dediyini  eşidib:  “Ümmətimdən  dənizdə  yürüşə  çıxan  ilk  ordu  

cənnətə  daxil  olacaqdır.”  (Ümmi-Həram  deyir:)  “Ey  Allahın  

rəsulu,  mən  də  həmin  ordudamı  olacağam?”  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bəli,  sən  onların  arasında  

olacaqsan.”  Sonra  buyurdu:  “Ümmətimdən  Qeysərin  şəhərinə  

yürüş  edən  ilk  ordunun  günahları  bağışlanıb”)  Dedim:  “Ey  Al-

lahın  rəsulu,  mən  də  onlardanammı?”  Peyğəmbər  dedi:  “Xeyr,  

(sən  birincilərdənsən)”

1

.  


Rəvayət  olunur  ki,  Əbu  Vail  deyib:

“Bir  gün  sübh  namazını  qıldıqdan  sonra  Abdullah  ibn  Mə-

sudun  yanına  getdik.  Qapının  ağzında  dayanıb  salam  verdik  və  

o  da  bizə  (içəri  girmək  üçün)  icazə  verdi.  Qapının  ağzında  bir  

az  ləngidik.  Bu  arada  bir  cariyə  çıxıb  soruşdu:  “Gəlmirsinizmi?”  

Biz  də  içəriyə  daxil  olduq.  Abdullah  oturmuş  vəziyyətdə  zikr  

edirdi.  Soruşdu:  “Nə  üçün  ləngidiniz?  Sizə  ki  içəriyə  girmək  

izni  verilmişdi.”  Dedik:  “Güman  etdik  ki,  ailənizdən  kimsə  ya-

tıb.”  Abdullah  dedi:  “Yəni,  güman  etdiniz  ki,  İbn  Ümmi-Abdul-

lahın  ailəsi  yatmışdır?!”  (Əbu  Vail  deyir:)  “Abdullah  yenidən  

zikr  etməyə  başladı.  Sonra  günəşin  çıxdığını  zənn  edib  soruş-

du:  “Ey  cariyə,  bax  gör  günəş  çıxıbmı?”  Cariyə  baxdı  ki,  günəş  

hələ  çıxmayıb.  Abdullah  yenidən  zikr  etməyə  başladı.  Sonra  

günəşin  çıxdığını  zənn  edib  soruşdu:  “Ey  cariyə,  bax  gör  günəş  

çıxıbmı?”  Cariyə  baxdı  ki,  günəş  çıxıb.  Abdullah  dedi:  “Bu  

günümüz  üçün  də  günahlarımızı  bağışlayan,  səhvlərimizə  görə  

bizə  cəza  verməyən,  günahlarımıza  görə  bizi  məhv  etməyən  Al-

laha  həmd  olsun!”  (Əbu  Vail  deyir:)  “Oradakılardan  biri  dedi:  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

487


“Dünən  bütün  günü  “müfəssəl”i

1

  oxumuşam.”  Abdullah  dedi:  



“Şer  oxuyurmuş  kimi  sürətlimi  oxudun?  Mən  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ardı-ardına  oxuduğu  surələri  

əzbər  bilirəm.  Bunlar  “müfəssəl”dən  18  ayədir.  İki  surə  də  “Hə  

Mim”lərdəndir”

2

.

Rəvayət  olunur  ki,  Əbu  Bürdə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Əbu  Musanın  yanına  getmişdim.  Binti-Fəzl  ibn  Abbasın  

evində  idi.  Asqırdım,  amma  o  mənə  “Allah  sənə  rəhm  etsin!”  

–  demədi.  Sonra  Binti-Fəzl  asqırdı.  Əbu  Musa  ona:  “Allah  

sənə  rəhm  etsin!”  –  dedi.  Qayıdıb  olanları  anama  danışdım.  

Əbu  Musa  anamın  yanına  gəldiyində  dedi:  “Oğlum  yanında  

asqırıb,  amma  ona  “Allah  sənə  rəhm  etsin!”  –  deməmişsən.  

Binti-Fəzlə  isə  demişsən.”  Əbu  Musa  dedi:  “Çünki  oğlun  as-

qırdıqda  Allaha  həmd  etmədi,  mən  də  ona:  “Allah  sənə  rəhm  

etsin!”  –  demədim.  Binti-Fəzl  isə  etdi,  mən  də  ona:  “Allah  sənə  

rəhm  etsin!”  –  dedim.  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

belə  dediyini  eşitmişəm:  “Sizdən  biri  asqırıb  Allaha  həm  

edərsə,  ona:  “Allah  sənə  rəhm  etsin!”  –  deyin.  Yox,  etməzsə,  

deməyin”


3

.

1



 “əl-Fəth” surəsinin  birinci  ayəsindən Quranın  son ayəsindək olan hissə.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

488


Fədakarlıq və qayğı zamanı kişilərlə 

qadınların görüşməsi

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Xədicənin  bacısı  Halə  bint  Xüveylid  Peyğəmbərin  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlmək  üçün  icazə  istədi.  Onun  

bu  hərəkəti  Peyğəmbərə  (vaxtı  ilə)  Xədicənin  icazə  istəməsini  

xatırlatdı.  Bu  səbəbdən  Peyğəmbər  bərk  həyəcanlanıb  dedi:  

“Allahım,  bu  ki  Halədir.  (Həzrəti  Aişə  deyir:)  “Onu  qısqandım  

və  dedim:  “Sən  çoxdan  ölüb  getmiş,  Qüreyş  qarılarından  olub  

(dişləri  tökülmüş)  qırmızı  damaq  bir  qarının  nəyini  xatırlayır-

san?  Axı  Allah  sənə  onun  əvəzində  ondan  daha  yaxşısını  nəsib  

edib”

1

.  



Rəvayət  olunur  ki,  Əbu  Musa  əl-Əş`əri  

(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“Qardaşımla  Yəməndən  gəlmişdik.  (Mədinədə)  bir  az  qaldıq.  

Gördük  ki,  Abdullah  ibn  Məsud  Peyğəmbər  ailəsinin  bir  üz-

vüdür.  Çünki  hər  dəfə  onu  anası  ilə  birlikdə  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  girib  çıxan  görürdük  (Müsli-

min  versiyasında:  Tez-tez  Peyğəmbərin  yanına  girir,  orada  çox  

qalırdılar)”

2

.

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


mıza  gəlmişdi.  Evdə  mən,  anam  və  xalam  Ümmi-Həram  vardı.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Durun,  sizə  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə