Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə149/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   145   146   147   148   149   150   151   152   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

477


İmam  Buxari  bu  hədisi  “Qadının  toyda  kişilərin  yanında  

olmağı  və  onlara  xidmət  etməsi”  başlığı  altında  göstərmişdir.  

Hafiz  ibn  Həcər  demişdir:  

“Hədisdən  məlum  olur  ki,  qadın  ərinə  və  çağırdığı  şəxslərə  

xidmət  edə  bilər.  Məlumdur  ki,  bu,  fitnə-fəsaddan  uzaq  mə-

qamlarda  və  qadının  örtünmə  qaydalarına  riayəti  şərti  ilə  müm-

kündür”

1

.



Bayramlarda iştirak

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Mədinəyə  gəl-

diyində  (Mədinə  əhalisinin)  çalıb-oynadıqları  iki  günü  vardı.  

Peyğəmbər  onlara  dedi:  “Allah  Təala  sizin  üçün  bu  iki  günü  

daha  yaxşı  iki  günlə  əvəzləmişdir:  Oruc  və  Qurban  günləri  

(bayramları)”

2

.

Bayram namazı, mömin kişi və 



qadınların bayramı qeyd etmələri

Əyyub  rəvayət  edir  ki,  Həfsə  bint  Sirin  deyib:  

“Bayram  günlərində  bakirə  qızlarımıza  evdən  kənarda  ibadət  

etməyi  qadağan  edirdik...  Bir  qadın  gələrək  Bəni-Xilf  qəbiləsinə  

qonaq  düşdü.  Bacısından  danışdı...  Bacım  Peyğəmbərdən  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Bizdən  kimsə  (bayram  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI,  səh.  160.



2

 Hədisi  Nəsai  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

478


namazlarına)  cilbabsız

1

  çıxa  bilərmi?”  Peyğəmbər  



(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

dedi:  “Qoy  o,  rəfiqəsinin  cilbabını  geyinsin,  

xeyirdə  və  möminlərin  dualarında  iştirak  etsin.”  Ümmi-Ətiyyə  

gəldiyində  soruşdum:  “Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

bu  haqda  bir  şey  eşitmisənmi?”  Dedi:  “Atam  ona  fəda  

olsun!  Bəli,  eşitmişəm  ki,  deyib:  “Qoy  gənc  qızlar  və  pərdə  

arxasında  oturanlar  (və  ya  pərdə  arxasında  oturan  gənc  qızlar)  

və  aybaşı  qadınlar  (evlərindən)  bayıra  çıxıb  xeyirxah  işlərdə,  

möminlərin  dualarında  iştirak  etsinlər.  Aybaşı  qadınlar  isə  na-

mazgahdan  kənarda  dursunlar.”  (Həfsə  deyir:)  “Soruşdum:  “Ay-

başı  qadınlar?”  Ümmi-Ətiyyə  dedi:  “Ümmi-Ətiyyə  dedi:  “Məgər  

onlar  Ərəfatda  və  filan,  filan  yerlərdə  olmurlar?!”

2

  



Rəvayət  olunur  ki,  Ümmi-Ətiyyə  

(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:

“Bayram  günləri  bizə  (namazgaha,  məscidə)  getmək  əmr  

olunmuşdu.  Bakirə  qızlar,  evdə  oturan  iff ətli  qadınlar  və  aybaşı  

qadınlar  (namazgaha)  gedərdik.  Amma  aybaşı  qadınlar  (namaz-

gahdan  uzaqda)  insanların  arxasında  dayanır,  onlara  birlikdə  

təkbir  gətirir,  dua  edir,  (Allahdan)  həmin  günün  bərəkətini  və  

günahlardan  təmizlənməyi  diləyirdilər”

3

.



Buxari  bu  hədisi  “Minada  və  Ərəfəyə  gedildikdə  təkbir  gə-

tirmək”  başlığı  altında  göstərmişdir.  Sonra  bu  başlıq  altında  

digər  hədisləri  rəvayət  etmişdi:  Həzrəti  Ömər  

(Allah  ondan  razı  

qalsın!)

  Minada  çadırında  təkbir  gətirir,  səsini  məsciddəkilər,  ba-

zarlarda  olanlar  eşidib  təkbir  gətirirdilər.  Mina  təkbir  sədaları  

1

 Bədəni  başdan-ayağadək  örtən  geyim



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

479


ilə  silkələnirdi.  İbn  Ömər  də  həmin  günlər  Minada  namazlar-

dan  sonra,  yatağına  uzandıqda,  çadırında,  oturduqda,  gəzdikdə  

təkbir  gətirirdi.  Həmçinin  Məymunə  qurban  kəsilən  gündə  

təkbir  gətirirdi.  Qadınlar  Mina  günlərində  (təşriq  gecələrində)  

məsciddə  kişilərlə  birlikdə  Əban  ibn  Osman  və  Ömər  ibn  

Əbdüləzizdən  sonra  təkbir  gətirirdilər.  

Rəvayət  olunur  ki,  İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Oruc,  yaxud  Qurban  bayramında  Peyğəmbərlə  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

məscidə  getmişdim.  Bayram  namazını  qıl-

dıqdan  sonra  xütbə  oxudu.  Sonra  qadınların  yanına  gəlib  onla-

ra  öyüd-nəsihət  verdi,  sədəqə  çıxmalarını  əmr  etdi”

1

.

İmam  Buxari  bu  hədisi  “Uşaqların  namazgaha  getmələri”  



başlığı  altında  göstərmişdir.  

Hafiz  ibn  Həcər  demişdir:

“Uşaqlar  namaz  qılmasalar  da,  bayramlarda  məscidlərə  ge-

dərdilər.  Zeyn  ibn  əl-Münir  demişdir:  “Kitabı  fəsillərə  ayıran  

(İmam  Buxari  –  mütərcim)  “bayram  namazına”  sözü  yerinə  

“namazgaha”  sözünü  işlətmişdir.  Məqsədi  bu  sözlə  həm  namaz  

qılanları,  həm  də  qılmayanları  ifadə  etmək  olmuşdur”.

Uşaqları  məscidə  aparmaq  təbərrük  üçündür,  (bayram  na-

mazında)  iştirak  edənlərin  çoxluğu  ilə  islamın  şüarlarını  iz-

har  etdirmək  üçündür.  Bu  səbəbdən  aybaşı  olanlara  da  (bu  

mərasimdə)  iştirak  etmək  icazəsi  verilib.  Bu,  namaz  qılanlara  

da,  qılmayanlara  da  aiddir.  Həmçinin  uşaqları  (məsciddə)  oy-

nayarkən  nəzarətdə  saxlamaq  üçün  müəyyən  kimsələrə  ehtiyac  

vardır.  Bu  şəxslər  namaz  qılsalar  da,  qılmasalar  da,  lazımlıdırlar”

2

.

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III,  səh.  117-118.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə